Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-574/2025 31.07.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Pənahov Anar Elman oğlunun sədrliyi, Şabanov Vidadi Fərman oğlunun katibliyi, Lənkəran rayon İcra və probasiya şöbəsinin icra məmuru X2, tələbkar Zərərçəkmiş şəxs və barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1969-cu ildə Lənkəran rayonu, Kirov qəsəbəsində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏNETDİ: Lənkəran rayon İcra və probasiya şöbəsinin icra məmuru X2 tərtib etdiyi xx.xx.2025ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolun məzmunundan, habelə inzibati xəta haqqında iş üzrə toplanmış digər materiallardan görünür ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-3655/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən, borclu Şəxs maddi ziyana görə 52.244,8 manat məbləğində pul vəsaitinin alınaraq tələbkar Zərərçəkmiş şəxs ödənilməlidir. Qeyd edilən icra sənədinə dair hal-hazıradək borclu tərəfindən tələbkara 9,500 (doqquz min beş yüz) ödəniş edilmiş, 42.744,8 manat borc ödənilməmiş qalmışdır. Borclu məhkəmə qərarını icra emkdən qərəzli olaraq boyun qaçırmışdır. Borclu Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Lənkəran rayon İcra və probasiya şöbəsinin icra məmuru X3 işə məhkəmədə baxılması zamanı inzibati xəta haqqında protokolda göstərilənlərə uyğun məzmunlu izahat verərək, əlavə olaraq bildirdi ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)- 3655/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi onun icraatına 06 dekabr 2024-cü il tarixdə daxil olmuşdur. Həmin tarixdə icra sənədinə dair icraata başlamaq haqqında qərar qəbul edilərək, tələbin könüllü icrası haqında bildirişlə birlikdə boclu Şəxs ünvanına göndərilmişdir. Məcburi icra tədbirləri çərçivəsində məhkəmə qərarına əsasən, borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Borclu icra məmurunun çağırışına gəlməkdən boyun qaçırdığına görə onun icra və probasiya şöbəsinə məcburi gətirilməsi barədə məhkəmə tərəfindən qərar qəbul edilmiş və həmin qərarın icrası ilə əlaqadar o, şöbəyə gətirilmişdir. Şöbəyə gətirildikdən sonra Şəxs tərəfindən icra məmuruna təqdim etdiyi qəbzlərdən müəyyən edilmişdir ki, mütəmadi olaraq tələbkara 9.500 manat məbləğində pul ödəmişdir. 31 iyul 2025-ci il tarixdə də tələbkarın bank hesabına 1.500 manat məbləğində pul vəsaiti ödəmişdir. İşlə əlaqədar qərar qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxdı. Tələbkar Zərərçəkmiş şəxs məhkəmə iclasında iştirak edərək, izahatında bildirdi ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-3655/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə dair hal-hazıradək borclu Şəxs tərəfindən ona 9,500 (doqquz min beş yüz) manat məbləğində pul vəsaiti ödənilmişdir. Hazırda icra sənədində qeyd edilən qalan vəsaiti tam şəkildə borcludan tələb edir, həmin vəsaitin hissə-hissə ödənilməsinə razı deyildir. Borclu isə həmin vəsaiti ödəməkdən qərəzli olaraq boyun qaçırır, məhkəmə qərarını icra etmir. İcra sənədində qeyd edilən olan borc borclunun onu aldadaraq, mənzilin satılması ilə əlaqədar ondan beh alması və sonradan həmin mənzili başqa bir şəxsə satması ilə əlaqadar olmuşdur. Borclu 2024-cü ilin dekabr ayında sözügedən mənzili digər şəxsə satmışdır, lakin pul əldə etməyinə baxmayaraq onun borcunu ödəməmişdir. Qeyd edilənlərə əsasən, Şəxs cəzalandırılmasını məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs məhkəmə iclasında izahatında bildirdi ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)- 3655/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi barədə məlumatlıdır. İcra sənədinin icrası ilə əlaqadar tələbkara cəmi 11.000 manat məbləğində pul ödəmişdir. Həmin pul vəsaitini tam şəkildə ödəyə bilmir. Heç bir yerdə işləmir, gəliri yoxdur, özü də üçüncü qrup əlildir. Tələbkarın izahatında bildirdiyi mənzili satdıqdan sonra həmin mənzilə dair banka olan borcunu ödəmişdir. Bu səbəbdən də əlində pul qalmamışdır. Barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə inzibati xəta haqqında protokolu, ona əlavə edilmiş sənədləri və icra işini nəzərdən keçirib belə qənaətə gəlir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcuddur. Belə ki, o, məhkəmə qətnaməsi barədə məlumatlı olduğu, ona tələbin könüllü icrası haqqında bildiriş təqdim edildiyi təqdirdə həmin müddət ərzində tələbi icra etməyərək icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-3655/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədindən görünür ki, həmin icra sənədinə əsasən, borclu Şəxs maddi ziyana görə 51.112,4 manat məbləğində pul vəsaitinin alınaraq tələbkar Zərərçəkmiş şəxs ödənilməlidir. İş materiallarına əlavə edilmiş Lənkəran Rayon Məhkəməsinin 8(049)-146/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadından görünür ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-3655/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinin icrası ilə əlaqadar işi üzrə borclu xx.xx.1969-cu il tarixdə doğulmuş, ünvan 2 ünvanında yaşayan Şəxs ölkədən getmək hüququ məhdudlaşdırılmışdır. İş materiallarına əlavə edilmiş Lənkəran Rayon Məhkəməsinin 8(049)-232/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadından görünür ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-3655/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinin icrası məqsədi ilə xx.xx.1969-cu il tarixdə doğulmuş, ünvan 2 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs Lənkəran Rayon İcra və Probasiya Şöbəsinə məcburi qaydada gətirilməsi qərara alınmışdır. Sözügedən icra sənədinin icrası ilə əlaqadar icra məmuru tərəfindən xx.xx.2024-cü il tarixdə “icraat başlamaq haqqında” qərar və “tələbin könüllü icrası haqqında” bildiriş tərtib edilərək borcluya göndərilmişdir. Sözügedən icra sənədinin icrası ilə əlaqadar icra məmuru tərəfindən borclunun xx.xx.2024-cü il tarixdə izahatı alınmışdır və o, izahatında borcluya olan borcunu hissəhissə ödəyəcəyini bildirmişdir. İş materillarına əlavə edilmiş ödəniş qəbzlərinin surətindən görünür ki, borclu tərəfindən tələbkara 9.500 manat məbləğində ödəniş edilmişdir. “Elektron məhkəmə” informasiya sistemindən əldə edilmiş məlumatdan müəyyən edilir ki, borclu Şəxs 3-cü qrup əlildir və əlilliyə görə 150 manat pensiya alır. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli inkasso sərəncamından görünür ki, sözügedən icra sənədinin icrası ilə əlaqadar borclunun pensiyasından hər ay 75 manat tutulması ilə əlaqadar icra məmuru tərəfindən qərar qəbul edilmişdir. Beləliklə işin faktiki hallarından müəyyən edilmişdir ki, borcluya təqdim edilmiş bildirişə əsasən tələbin könüllü icrası müddətinin bitməsinə baxmayaraq qeyd edilən icra sənədinə dair hal-hazıradək onun tərəfindən tələbkara tam ödəniş edilməmişdir. Tələbkar icra sənədində qeyd edilən vəsaiti tam olaraq borcludan tələb edir və tələbin hissə-hissə icra edilməsinə razı deyildir. Qətnamənin hissə-hissə icra edilməsi ilə əlaqadar məhkəmə qərarı mövcud deyildir. Eyni zamanda borclu icra məmurunun qanuni tələblərini yerinə yetirməyərək, onun çağırışlarından yayınmışdır və məhkəmənin qərarı ilə o, Lənkəran rayon İcra və Probasiya Şöbəsinə polis tərəfindən məcburi qaydada gətirilmişdir. Göstərilənlərə əsasən Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən «Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır». İş üzrə məsuliyyəti ağırlaşdıran hal müəyyən edilməmişdir. Borclu Şəxs 3-cü qrup əlil olması məhkəmə trəfindən onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alınır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 115, 117, 128 – 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 500 (beş yüz) manat inzibati cərimə tətbiq olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Anar Pənahov
Məhkəmə qərarları › İş №3(049)-574/2025
Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-574/2025
31.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver