Məhkəmə qərarları › İş №3(049)-58/2025

Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-58/2025

30.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-58/2025 30.01.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ələsgərov Elvin Əvəz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədov Tural Məhərrəm oğlunun katibliyi, Zərərçəkmiş şəxs və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1982-ci il tarixdə Lənkəran rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, Lənkəran rayonu, Ürgə kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-nin) 327.8-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında icraat materiallarına Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs 30 noyabr 2024-cü il tarixdə saat 17:00 radələrində idarə etdiyi Kia Sportage minik markalı **-VP-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil ilə Lənkəran şəhəri, Şəhidlər xiyabani dairəsi ilə Ləvəngi dairəsi istiqamətində hərəkətdə olan zaman Sultan şadlıq sarayının yaxınlığında işiqfora az qalmış zərərəkmiş şəxs Zərərçəkmiş şəxs avtomobilin ön hissəsi ilə vurmuş və nəticəsində Zərərçəkmiş şəxs sağlamlığına yüngül zərər vurmaya aid xəsarətlər yetirdiyinə görə barəsində İXM-nin 327.8-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında bildirmişdir ki, 30 noyabr 2024-cü il tarixdə saat təxminən 17:00 radalərində yaşadığı Ürgə kəndindən avtomobilimlə Lənkəran şəhərinə şəxsi işi ilə bağlı gəlmişdir. Həmin gün saat təxminən 18:00 radələrində Lənkəran şəhəri şəhidlər xiyabanı dairəsi ilə Ləvəngi dairəsi istiqamətində hərəkətdə olan zaman Sultan şadlıq sarayının yaxınlığında işiqfora az qalmış təxminən 18 yaşlı bir qız yolu soldan sağa keçirdi. Mən asfat yolda saatda 30-40 kilometrlə hərəkətdə olan zaman həmin piyada asta yerişlərlə yolu keçən zaman avtomobili görüb dayanmış və o da piyadanın yolu tam keçecəyini zənn etmişdir. Lakin piyada yolda dayanmış və o, əyləc sistemini işə salsa da, astaca piyadanı avtomobilinin ön orta hissəsi ilə vurmuşdur. Piyada yerə yıxılmış və o da avtomobilini saxlayıb yərə düşmüşdür. O, yerə düşənə kimi piyada yerdən qalmış və bildirmiş ki, ona heç bir şey olmayıb evinə getmək istəyir. Lakin O, israr edib onu güclə də olsa Lənkəran rayon Mərkəzi xəstəxanasına aparmışdır. Piyadanın ağzı azacıq qanlamış. O, piyadanı əvvəllər tanımamışdır. Xəstəxanada ona aydın olmuş ki, piyada Lənkəran rayon Osaküçə kənd sakinidi və adı Zərərçəkmiş şəxsdır. Xəstəxanada Zərərçəkmiş şəxs ilk tibbi yardım olunmuş və səhhətində heç bir ciddi narahatçılığı olmadığı üçün evə buraxılmışdır. Əməlindən səmimi peşimandır. O zərərçəkmiş şəxslə barışmışdır. Buna görə də barəsində yüngül tənbeh tədbiri tətbiq olunmasını xahiş edir. Zərərçəkmiş şəxs məhkəmə iclasında bildirmişdir ki, qeyd etdiyi ünvanda ailəsi ilə birlikdə yaşayır. 30 noyabr 2024-cü il tarixdə Lənkəran şəhərində saat 18 radələrində müllim yanından çıxıb evə getmək üçün Lənkəran şəhəri Sultan şadlıq sarayını yaxınlığında yolu keçən zaman bir avtomobil Lənkəran şəhəri Şəhidlər xiyabani istiqamətindən Ləvəngi dairəsinə hərəkət edən qara rəngli Kia markalı avtomobil onu avtomobilinin ön hissəsi ilə vurmuşdur. O, yerə yıxılmışdır. Ciddi xəsarət almasa da, çənə hissəsindən xəsarət almışdır. Sonradan tanıdığı sürücü onu vurduqdan sonra yerə düşüb ona köməklik etməyə başlamışdır. Sürücü sonradan adını bildiyi Cavid onun atasına zəng etmiş və atası da hadisə yerinə gəlib sonra Lənkəran rayon mərkəzi xəstəxanasına getmişlər. Xəstəxanada həkimlər onu müayinə etdikdən sonra səhhətində də heç bir ciddi problem olmadığından ona ilkin yardım edib evə buraxılmışdır. Onun sürücüdən heç bir şikayət və tələbi yoxdur, onunla barımış və sürücü Cavid avtomobilini çox asta idare edirmiş. Hazırda Şəxsla barışmış, Cavidə qarşı heç bir şikayət və tələbi yoxdur. HK-1-3513 №-li material üzrə «cinayət işi başlanmasının rədd edilməsi haqqında» 17 dekabr 2024-cü il tarixli qərardan görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş, o İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibat xətanı törətdiyindən barəsində inzibati icraat işinin açılmasından ötrü qərarın surəti aidiyyəti üzrə Lənkəran ŞRPŞ-nin DYPB-nə göndərilmişdir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası qanununun 42-ci maddəsinə əsasən sürücü yola bitişik ərazidən (yolun hər iki tərəfinə bitişik olan və nəqliyyat vasitələrinin birbaşa hərəkəti üçün nəzərdə tutulmayan torpaq sahələri və orada yerləşən həyətlər, yaşayış massivləri, avtomobil duracaqları, yanacaqdoldurma məntəqələri, müəssisələr və başqa obyektlər) yola çıxarkən, yolda gedən nəqliyyat vasitələrinə və piyadalara, yoldan kənara çıxdıqda isə, hərəkət yolunu kəsən piyadalara və velosipedçilərə yol verməlidir. Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ аltı аydаn bir ilədək müddətə məhdudlaşdırılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan inzibati xətanın törətməsində təqsiri iş materiallarında olan cinayət işinin rədd edilməsi haqqında 17 dekabr 2024-cü il tarixli qərar, tərtib edilmiş inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Odur ki, o həmin maddənin sanksiyası həddində inzibati tənbeh edilməlidir. İXM-nin 32.2 maddəsinə əsasən inzibati xəta törətmiş Şəxs qarşı inzibati tənbeh tətbiq edilərkən inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə məhkəmə, inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, xəta törədənin təqsirinin dərəcəsini, əmlak vəziyyətini, zərərçəkmiş şəxslə barışmasını nəzərə alaraq inzibati xəta törətmiş şəxs Şəxs barəsində inzibati cərimə növündə inzibati tənbehin tətbiq edilməsini mümkün hesab edir. Qeyd olunanlara əsasən İXM-nin 40, 43, 53, 115 və 128-130-cu maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 300 (üç yüz) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın icrası Lənkəran rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Elvin Ələsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar