Məhkəmə qərarları › İş №3(049)-584/2025

Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-584/2025

19.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-584/2025 19.08.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, məhkəmə iclas katibi Qənbərov Mirnamiq Nazim oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs Şəxs Qapalı Səhmdar Cəmiyyətinin (VÖEN **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Astara Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Astara Gömrük İdarəsindən daxil olmuş 01 avqust 2025-ci il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şri-Lankadan “Volvo” markalı, “93AE185/93AE186” dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsi ilə daxil olmuş, xx.xx.2025-ci il tarixli, “90” №-li invoysa əsasən, Şəxs QSC ünvanına gələn mallara dair Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilməzdən əvvəl iş həmin mallara dair gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi təqdim edilməmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxsin nümayəndəsinə məlumat verilsə də, nümayəndə məhkəmə iclasında iştirak etməmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməyib bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, işə tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli raportdan görünür ki, Şəxs QSC-nin adına 90 nömrəli xx.xx.2025-ci il tarixli invoysla ”93AE185/93AE186” nömrəli nəqliyyat vasitəsilə daxil olmuş və **********1093 sorğu nömrəsi ilə bəyan olunmuş mallara dair Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilməzdən əvvəl qısa idxal bəyannaməsinin təqdim edilmədiyi müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş X1 Sistemi informasiya resursuna baxış keçirilməsi haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, baxış zamanı xx.xx.2025-ci il tarixdə Şəxs QSC-nin ünvanına ”93AE185/93AE186” dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsi ilə gətirilən “Çayların qablaşdırılmasında istifadə olunan etiketlər” yükünə dair qısa idxal bəyannaməsi təqdim edilmədiyi müəyyən edilmişdir. İXM-in 485.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsinə əsasən fiziki şəxslər tərəfindən gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların keçirilməsi halları istisna olmaqla, mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verilir. Qısa idxal bəyannaməsinin verilməməsi bəyannaməsinin inzibati məsuliyyətinə səbəb olur, lakin gömrük rəsmiləşdirilməsinin və malların buraxılışının həyata keçirilməsinə mane olmur. Qısa idxal bəyannaməsinin formasını beynəlxalq standartlar və ticarət təcrübəsi nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Şəxs QSC-nin ünvanına Şri-Lanka Respublikasından idxal edilmiş malların daşındığı ”93AE185/93AE186” dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsi xx.xx.2025-ci il tarixdə ölkə ərazisinə daxil olmuş və bəyan olunan yüklər üçün qısa idxal bəyannaməsi tərtib olunmamışdır. Məhkəmə iclasında Şəxs QSC-nin məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs QSC barəsində İXM-in 485.2-ci maddəsinin sanksiyası hədləri daxilində inzibati cərimə növündə tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə və İXM-in 31, 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Şəxs Qapalı Səhmdar Cəmiyyəti Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 1500 (min beş yüz) manat məbləğində cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın icrası Lənkəran Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nicat Ağabəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar