Məhkəmə qərarları › İş №3(049)-585/2025

Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-585/2025

19.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-585/2025 19.08.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlunun sədrliyi, Məhkəmə iclas katibi: X1 iştirakı ilə, ünvan 1i ünvanında qeydiyyatda olan hüquqi şəxs "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin (VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Astara Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Astara Gömrük İdarəsindən daxil olmuş 001 avqust 2025-ci il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Astara Gömrük İdarəsi Lənkəran gömrük postundan daxil olmuş 3-33- 1300/019/002081 saylı raportun icrası ilə əlaqədar tərəfimdən araşdırma aparılaraq müəyyən edilmişdir ki, 24 iyul 2025-ci il tarixdə Beta Gida Sanayi ve ticaret A.Ş.Adana Türkiyə tapşırığı ilə T-Print(PVT) LTD Şri-Lanka tərəfindən ünvan 1i ünvanında qeydiyyatda olan, hüquqi şəxs "xxxx" QSC-nin(VÖEN: **********) ünvanına “Volvo” markalı, “93AE185/93AE186" dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsi ilə daxil olmuş, xx.xx.2025-ci il tarixli, “352” №-li invoysa əsasən, **********1212 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan olunmuş mallara dair Azərbaycan Respublikasının gömrük ərazisinə qətirilməzdən əvvəl qısa idxal bəyannaməsinin təqdim edilmədiyi müəyyən edilmişdir. İnzibati araşdırma zamanı toplanmış materiallara əsasən Gömrük Xıdmətinin VAİS proqram təminatına baxış keçirilmiş və baxış zamanı xx.xx.2025-ci il tarixdə hüquqi şəxs “Best-Tarım" QSC-nin ünvanına gələn "Çayların qablaşdırılmasında istifadə olunan etiketlər'' yükünə dair əvvəlcədən qısa idxal bəyannaməsi verilmədiyi öz təsdiqini tapmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli raportdan görünür ki, 24 iyul 2025-ci il tarixdə Beta Gida Sanayi ve ticaret A.Ş.Adana Türkiyə tapşırığı ilə T-Print(PVT) LTD Şri-Lanka tərəfindən ünvan 1i ünvanında qeydiyyatda olan, hüquqi şəxs "xxxx" QSCnin(VÖEN: **********) ünvanına “Volvo” markalı, “93AE185/93AE186" dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsi ilə daxil olmuş, xx.xx.2025-ci il tarixli, “352” №-li invoysa əsasən, **********1212 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan olunmuş mallara dair Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilməzdən əvvəl qısa idxal bəyannaməsinin təqdim edilməmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxsə elektron məhkəmə sistemində yaradılmış elektron kabinet vasitəsi ilə xx.xx.2025-ci il tarixdə məlumat verilsə də, nümayəndə məhkəmə iclasında iştirak etməmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, işə tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İXM-in 485.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsinə əsasən fiziki şəxslər tərəfindən gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların keçirilməsi halları istisna olmaqla, mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verilir. Qısa idxal bəyannaməsinin verilməməsi bəyannaməsinin inzibati məsuliyyətinə səbəb olur, lakin gömrük rəsmiləşdirilməsinin və malların buraxılışının həyata keçirilməsinə mane olmur. Qısa idxal bəyannaməsinin formasını beynəlxalq standartlar və ticarət təcrübəsi nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, 24 iyul 2025-ci il tarixdə Beta Gida Sanayi ve ticaret A.Ş.Adana Türkiyə tapşırığı ilə T-Print(PVT) LTD Şri-Lanka tərəfindən ünvan 1i ünvanında qeydiyyatda olan, hüquqi şəxs "xxxx" QSC-nin (VÖEN: **********) ünvanına “Volvo” markalı, “93AE185/93AE186" dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsi ilə daxil olmuş, xx.xx.2025-ci il tarixli, “352” №-li invoysa əsasən, **********1212 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan olunmuş mallara dair Azərbaycan Respublikasının gömrük ərazisinə qətirilməzdən əvvəl qısa idxal bəyannaməsinin təqdim edilmədiyi müəyyən edilmişdir. Məhkəmə iclasında "xxxx" QSC-nin məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, "xxxx" QSC-nin barəsində İXM-in 485.2-ci maddəsinin sanksiyası hədləri daxilində inzibati cərimə növündə tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə və İXM-in 31, 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: "xxxx" Qapalı Səhmdar Cəmiyyəti (VÖEN: **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 1500 (min beş yüz) manat məbləğində cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Murad Aslanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar