Məhkəmə qərarları › İş №3(049)-586/2025

Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-586/2025

08.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-586/2025 08.09.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ələsgərov Elvin Əvəz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Bağırov Əkrəm Muxtar oğlunun katibliyi ilə, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında iş üzrə icraat materiallarına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasi Dövlət Gömrük Komitəsi Astara Gömrük İdarəsi tərəfindən "xxxx" MMC tərəfindən inzibati xəta törədilməsi faktı üzrə toplanılmış materiallar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 43, 110.1 və 114.3-cü maddələrinin tələblərinə əsasən 31 iyul 2025-ci il inzibati xəta haqqında işin aidiyyəti üzrə göndərilməsi barədə qərardad qəbul olunaraq baxılmaqdan ötrü aidiyyəti üzrə Lənkəran Rayon Məhkəməsinə göndərilmişdir. EP ******* nömrəli, 18 iyul 2025-ci il tarixli inzibati xəta haqqında protokolda görünür ki, Astara Gömrük İdarəsi "Lənkəran" gömrük postundan daxil olmuş 1300/012/001361 saylı raportun araşdırması zamanı müəyyən edilmişdır ki, hüquqi şexs "xxxx" MMC (vöen: **********) tərəfindən xx.xx.2024-cü il tarixli, "**********7218" və xx.xx.2024-cü il tarixli, "**********1824" sorğu nömrəli gömrük bəyannamələri üzrə ixrас edilən malların müqabilində köçürülməli olan 840000 (səkkiz yüz qırx min) Rus rublunu Azərbaycan Respublikasındakı müvəkkil bankında olan hesabına köçürməmişdir. Bununla əlaqədar MMC-nin hüquqi ünvanına qalıq vəsaitin köçürülməsinin təmin edilməsi, əks təqdirdə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinin və ya Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 208-ci maddəsinin tələblərinə uyğun qanunamüvafiq tədbirlər görüləcəyinə dair bildiriş göndərilmiş, lakin vəsaitin köçürülməsi "xxxx" MMC tərəfindən təmin edilməmişdir. Faktla bağlı Astara Gömrük İdarəsi Əməliyyat və Təhqiqat şöbəsində hüquqi şəxs "xxxx" MMC (vöen: **********) barəsində ilkin araşdırma başlanmışdır İlkin araşdırma müddətində iştirak edən "X.B.İmport MMC-nin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X1 20 iyun 2025-ci il tarixdə izahatında bildirmişdir ki, "xxxx" MMC-də icraçı direktoru vəzifəsində çalışır. MMC tərəfindən Rusiya Federasiyası Astarxan şəhəri Ş.Medikov küçəsi, ev 9, mənzil 92 ünvanında geydiyyatda olan İP X3 ilə 25 09.2020-ci il tarixdə müqavilə bağlayaraq "dondurulmuş Xəzər dənizinin kilkə balıği (1-ci növ) yukünü sataraq, Astara Gömrük İdarəsinin "Lənkəran" gömrük postunda rəsmiləşdirməklə, gömrük bəyannaməsinin 20-ci grafasında malların “004- malın dəyərinin bir hissəsini əvvəlcədən, qalan hissəsi isə ixracdan sonra ödənildikdə” keçirilmə xüsusiyyətində bəyan edərək, Azərbaycan Respublikasından Rusiya Federasiyasına ixrac edilmişdir. Rusiya-Ukranya müharibəsinə görə Rusiya Federasiyasında müəyyən banklara köçürmə ilə əlaqədar sansksıyalar qoyuimuşdur İP X3 ilə MMC arasında bağlanan müqaviləyə əsasən köçürmələr RF-da yerləşən "Unicredit bank"dan “X6 Azərbaycan" QSC-də MMC-nin hesab nömrəsinə köçürülməli idi. Müharibə nəticəsində "Unicredit bank"-a da sansksiyalar tətbiq edildiyindən geri qaytımalı olan pul vaxtinda müvəkkil bankın hesabına köçürülməmişdir. Mütəmadi olaraq MMC-nin rəhbərliyi tərəfinden Rusiya Federasiyasındakı tərəfdaşları İP X3 ilə danışıqiar aparılır. Aparılan danışıqlara əsasən təxminən 15- 20 gün ərzində xx.xx.2024-cü il tarixli, "**********7218" və xx.xx.2024-cü il tarixli. “**********1824" sorğu nömrəli gömrük bəyannamələri üzrə milli valyutaya nisbətdə 17019,6 (on yeddi min on doqquz manat, altı qəpik) manat təşkil edən 840000 (səkkiz yüz qırx min) Rus rublunu xarici valyuta vəsaiti Azərbaycan Respublikasında müvəkkil bankımızın hesabina köçürüləcəkdir. Qanunvericiliyin tələblərini pozduqlarını, milli valyutaya nisbətdə 17019,6 (on yeddi min on dogquz manat, altı qəpik) manat təşkil edən 840000 (səkkız yüz qirx min) Rus rublunu xarici valyuta vəsaiti müvəkkil bankın hesabına köçürülmədiklərini qeyd etmişdir. Təxminən 15-20 gün ərzində bütün vəsaitin geri qayıdacağını, bu səbəbdən onlara vaxt verilməsini, əks halda toplanmış materialların məhkəməyə göndərilməsini etiraz etmədiklərini bildirmişdir. Hüquqi şəxs "xxxx" MMC Rusiya Federasiyası Astarxan şəhəri Ş.Medikov küçəsi, ev 9, mənzil 92 ünvanında qeydiyyatda olan İP X3 ilə xx.xx.2020-ci il tarixdə müqavilə bağlayaraq "dondurulmuş Xəzər dənizinin kilkə balığı (1-ci növ)" yükünü hər iki bəyannamə üzrə 11820000 rus rublu qiymətinə sataraq, Astara Gömrük İdarəsinin "Lənkəran" gömrük postunda rəsmiləşdirməklə, gömrük bəyannaməsinin 20-ci qrafasında malların "004-malın dəyərinin bir hissəsini əvvəlcədən, qalan hissəsi isə ixracdan sonra ödənildikdə" keçirilmə xususiyyətində bəyan edərək, Azərbaycan Respublikasından Rusiya Federasiyasına ixrac etmiş, xx.xx.2024-cü il tarixli, “**********7218" sorğu nömrəli gömrük bəyannaməsi üzrə əvvəlcədən 924000 Rus rublu, xx.xx.2024-cü il tarixli, "**********1824" sorğu nömrəli gömrük bəyannaməsi üzrə isə əvvəlcədən 600000 rus rublu ödəniş etmiş, Azərbaycan Respublikasi Prezidentinin xx.xx.1997-ci il tarixli 609 nömrəli fərmanı ilə təsdıq edilmiş Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi" Qaydalarının 12.1-ci yarım bəndinin tələblərinə riayət etməklə konsiqnasiya yolu ilə ixrac etdikləri malların (işlərin, xidmətlərin) müqabilində vəsaitlərin onların bəyan olunduğu gündən 180 (yüz səksən) gün ərzində Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülməsini təmin etməli olduğu halda, xx.xx.2024-cü il tarixli, "**********7218" və xx.xx.2024-cu il tarixli, "**********1824" sorgu nömrəli gömrük bəyannamələri üzrə malların qalıq dəyərini qaytarmayaraq, milli valyutaya nisbətdə 17019,6 (on yeddi min on doqquz manat, altı qəpik) manat təşkil edən 840000 (səkkiz yüz qırx min) Rus rublu xarici valyuta vəsaitini bu müddət ərzində müvəkkil bank hesabına köçürülməsini təmin etməmiş, xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarina məcburi qaydada köçürülməli olan xarici valyuta vəsaitlərinın xaricdən qaytarmamışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikasi Dövlət Gömrük Komitəsi Astara Gömrük İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmənin ilk iclasında iştirak etmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi X2 tərtib edilmiş protokolla razı olduqlarını qısa müddətdə pul vəsaitinin köçürüləcəyini bildirmişdir. Lakin sonrakı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə AR İXM-nin 112.1.4-cü maddəsinə əsasən Azərbaycan Respublikasi Dövlət Gömrük Komitəsi Astara Gömrük İdarəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İnzibati xəta haqqında iş üzrə icraaat materiallarında olan tədqiq edilmiş: Astara Gömrük İdarəsi rəsmiləşdirmə mərkəzi 2-ci bölmənin böyük inspektoru Zaman Kamalov tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli raportdan görünür ki, hüquqi şəxsin ünvanına qalıq vəsaitin köçürülməsinin təmin edilməsi, əks təqdirdə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinin və ya Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 208-ci maddəsinin tələblərinə uyğun qanunamüvafiq tədbirlər görüləcəyinə dair xx.xx.2025 -ci il tarixli 3-33-1300/2- 000303/2025 nömrəli bildiriş göndərilmiş, lakin vəsaitin köçürülməsinə dair hüquqi şəxsin hər hansı nümayəndəsi tərəfindən heç bir məlumat vermədiyindən aidiyyəti üzrə icraata başlanmışdır. "xxxx" MMC-nin rəhbərliyinə Astara Gömrük İdarəsi tərəfindən ixrac etdiyi malların qarşılığında vəsaiti 180 gün ərzində öz müvəkkil bank hesabına köçürməməsi səbəbilə xəbərdarlıq bildirişi göndərilmişdir. "xxxx" MMC tərəfindən Umarova A.R-ya təqdim edilmiş 062 nömrəli xx.xx.2024 tarixli hesab-fakturada 750 qutu Xəzər kilkə balığının (ümumi çəki 19,700 kq) ümumi dəyəri 1,182,000.00 Rusiya rublu olaraq göstərilir. Ödəniş şərtləri, bank məlumatları və AZ-03 nömrəli müqavilə ilə onun əlavələri qeyd edilir. Umarova A.R. tərəfindən "xxxx" MMC-nin hesabına edilmiş ödəniş sənədinin məzmunundan görünür ki, xx.xx.2024 tarixində Umarova A.R. tərəfindən AZ-03 nömrəli müqavilə və 062 nömrəli hesab-faktura əsasında "xxxx" MMC-nin hesabına 600,000.00 Rusiya rublu məbləğində ödəniş edildiyi təsdiq olunur. “Azərterminalkompleks" Birliyi ilə "xxxx" MMC arasında gömrük xidmətləri müqaviləsindən görünür ki, "xxxx" MMC ("Sifarişçi") gömrük bəyannamələrinin rəsmiləşdirilməsi və digər gömrük prosedurlarının həyata keçirilməsi xidmətlərini göstərmək üçün "Azərterminalkompleks" Birliyi ("Təmsilçi") ilə müqavilə bağlayır. "xxxx" MMC ilə Umarova A.R. (İP) arasında bağlanmış AZ-03 nömrəli əsas satış müqaviləsindən görünür ki, xx.xx.2020 tarixli müqaviləyə əsasən "xxxx" MMC Umarova A.R.-ya Xəzər kilkə balığı satmağı, o isə almağı öhdəsinə götürür. Müqavilədə malın keyfiyyəti, qiyməti, ödəniş və tədarük şərtləri (CPT Astraxan), tərəflərin məsuliyyəti və bank məlumatları müəyyən edilir. Ümumi həcm 500 ton, ümumi dəyər 28 milyon rubl təşkil edir. AZ-03 nömrəli, xx.xx.2020 tarixli müqaviləyə 1 nömrəli əlavə ilə müqavilə üzrə tədarük olunacaq 500 ton kilkə balığının ümumi dəyəri (28.000.000 RUB) təsdiq edilir. AZ-03 nömrəli, xx.xx.2020 tarixli müqaviləyə 2 nömrəli əlavədən qablaşdırma, markalama və nəqliyyat avadanlığının dəyərinin malın qiymətinə daxil olduğu və daşınmanın satıcı tərəfindən həyata keçiriləcəyi müəyyən edilir. AZ-03 nömrəli, xx.xx.2020 tarixli müqaviləyə 3 nömrəli əlavədən müəyyən olunur ki, xx.xx.2021 tarixli əlavədə "xxxx" MMC-də direktorun dəyişməsi qeydə alınır və müqavilənin preambulası buna uyğun dəyişdirilir. AZ-03 nömrəli, xx.xx.2020 tarixli müqaviləyə 4 nömrəli əlavədən müəyyən olunur ki, xx.xx.2021 tarixli əlavədə müqavilənin müddəti 31 dekabr 2022-ci ilə qədər uzadılır. AZ-03 nömrəli, xx.xx.2020 tarixli müqaviləyə 5 nömrəli əlavədən görünür ki, xx.xx.2022 tarixli əlavədə malın təhvil verilmə yeri kimi Dağıstan Respublikasının Kaspiysk şəhərində yerləşən "xxxx" MMC göstərilir. AZ-03 nömrəli, xx.xx.2020 tarixli müqaviləyə 6 nömrəli əlavə ilə müəyyən olunur ki, xx.xx.2022 tarixli əlavədə müqavilənin müddəti 31 dekabr 2023-cü ilə qədər uzadılır. AZ-03 nömrəli, xx.xx.2020 tarixli müqaviləyə 7 nömrəli əlavə ilə müəyyən olunur ki,xx.xx.2023 tarixli əlavədə müqavilənin müddəti 31 dekabr 2024-cü ilə qədər uzadılır. Azərbaycan Respublikasi Dövlət Gömrük Komitəsi Astara Gömrük İdarəsində araşdırılma aparılan zaman "xxxx" MMC-nin direktoru və nümayəndəsi X1 izahatında göstərmişdir ki, MMC tərəfindən Rusiya Federasiyası Astarxan şəhəri Ş.Medikov küçəsi, ev 9, mənzil 92 ünvanında qeydiyyatda olan İP X3 ilə xx.xx.2020-ci il tarixdə müqavilə bağlayaraq “dondurulmuş Xəzər dənizinin kilkə balığı (1-ci növ)” yükünü sataraq, Astara Gömrük İdarəsinin “Lənkəran” gömrük postunda rəsmiləşdirməklə, gömrük bəyannaməsinin 20-cı qrafasında malların “004- malın dəyərinin bir hissəsini əvvəlcədən, qalan hissəsi isə ixracdan sonra ödənildikdə' keçirilmə xüsusiyyətində bəyan edərək, Azərbaycan Respublikasından Rusiya Federasiyasına ixrac etmişdir. Rusıya-Ukranya müharibəsinə görə Rusiya Federasiyasında müəyyən banklara köçürmə ilə əlaqədar sansksıyalar qoyulmuşdur İP X3 ilə MMC arasında olan müqaviləyə əsasən köçürmələr RF-da yerləşən “Unicredit bank’dan “X6 Azərbaycan" QSC-də MMC-nın hesabına köçürülməli idi. Müharibə nəticəsində “Unicredit bank"-a da sansksiyalar tətbiq edildiyindən geri qaytımalı olan pul vaxtında müvəkkil bankın hesabına köçürülməmişdir. İxrac edilən malların işlərin, xidmətlərin) müqabilində vəsaitlərin onların bəyan olunduğu gündən 180 (yüz səksən) gün ərzində Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülməməsinin dəyərindən asılı olaraq inzibati və cinayət məsuliyyəti yaratdığını barədə məlumatları var. MMC -nin rəhbərliyi tərəfindən Rusiya Federasiyasındakı tərəfdaşımız İP X3 ilə danışıqlar aparılır. Aparılan danışıqlara əsasən təxminən 15-20 gün ərzində xx.xx.2024-cü il tarixli. “**********7218” və xx.xx.2024-cü il tarixli, “**********1824” sorğu nömrəli gömrük bəyannamələri üzrə milli valyutaya nisbətdə 17019,6 (on yeddi min on doqquz manat, altı qəpik) manat təşkil edən 840000 (səkkiz yüz qırx min) Rus rublu xarici valyuta vəsaiti Azərbaycan Respublikasında müvəkkil bankımızın hesabına köçürüləcəkdir. MMC tərəfindən qeyd olunan qaydaların tələbləri pozulmuş, milli valyutaya nisbətdə 17019,6 (on yeddi min on doqquz manat, altı qəpik) manat təşkil edən 840000 (səkkiz yüz qırx min) Rus rublu xarici valyuta vəsaiti müvəkkil bankın hesabına köçürülməmişdir. Lakin təxminən 15-20 gün ərzində bütün vəsait geri qayıdacaqdır, bu səbəbdən bizə vaxt verilməsini istəyir, əks halda toplanmış materialların məhkəməyə göndərilməsini etiraz etmirlər. Məhkəmə aşağıdakı qanunvericiliyin müddəalarını izah etməyi məqsədə müvafiq hesab edir: Azərbaycan Respublikası Prezidentinin 24 iyun 1997-ci il tarixli, 609 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları”nın 12.2-ci bəndinə əsasən hüquqi və fiziki şəxslər konsiqnasiya yolu ilə ixrac etdikləri malların (işlərin, xidmətlərin) müqabilində vəsaitlərin onların bəyan olunduğu gündən 180 (yüz səksən) gün ərzində Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülməsini təmin etməlidirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinin şərh edilməsinə dair” 17 may 2021-ci il tarixli Qərarına əsasən “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikası Qanununa və Azərbaycan Respublikası Prezidentinin 24 iyun 1997-ci il tarixli, 609 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları”na müvafiq olaraq, xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan xarici valyuta vəsaitlərinin xaricdən qaytarılması qarşılıqlı hesablaşmanın üsulundan asılı olmayaraq 180 gün ərzində təmin olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinin “əldə edilmiş xarici valyuta vəsaitləri” müddəası xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində faktiki əldə edilməsindən asılı olmayaraq Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan xarici valyuta vəsaitlərini nəzərdə tutur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3 və 12-ci maddələrinin tələblərinə müvafiq olaraq məhkəmələr həmin Məcəllənin 483-cü maddəsində nəzərdə tutulmuş məsuliyyət tədbirini tətbiq edərkən inzibati xətanı törədən şəxsin təqsirini müəyyən etməlidir. Konstitusiya Məhkəməsinin Plenumu belə qənaətə gələrkən, yəni İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə inzibati məsuliyyətin yaranmasının əsaslarına dair qeyd etmişdir ki, həmin maddə ilə nəzərdə tutulan inzibati xətanın ictimai təhlükəliliyi iqtisadi fəaliyyət sahəsində stabilliyin pozulmasında ifadə olunur. İnzibati məsuliyyətin yaranması üçün iki əsas nəzərdə tutulmuşdur: xarici valyuta vəsaitinin xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilməsi; əldə edilmiş və məcburi qaydada köçürülməli olan vəsaitin xaricdən qaytarılmaması. Həmin maddə ilə nəzərdə tutulan hüquqazidd əməlin subyekti kimi xarici iqtisadi fəaliyyəti həyata keçirən fiziki və ya hüquqi şəxs çıxış edir. Şərh olunan maddədə nəzərdə tutulan inzibati xətanın obyektiv cəhəti məcburi qaydada köçürülməli olan vəsaitin xaricdən qaytarılmamasında ifadə olunur. Bu əməl həmin şəxslər tərəfindən hərəkət və ya hərəkətsizliklə törədilə bilər. Eyni zamanda qeyd edilməlidir ki, müvəkkil banklara köçürülməli olan xarici valyuta vəsaitinin geri qaytarılmaması xarici iqtisadi fəaliyyətin subyektindən asılı olmayan səbəblərdən baş verdikdə, yəni subyektin hərəkət və ya hərəkətsizliyinin nəticəsi olmadıqda, şəxs təqsirsiz olduğundan həmin vəsaitlərin qaytarılmamasına görə İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Belə ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İnzibati xəta bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) kimi müəyyən edilmişdir (İnzibati Xətalar Məcəlləsinin 3 və 12.1-ci maddələri). Göründüyü kimi, İnzibati Xətalar Məcəlləsi yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini ehtiva edən əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxsin inzibati məsuliyyətə cəlb olunmasını müəyyən etmişdir. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, yuxarıda qeyd edilən normaların tələbləri baxımından məhkəmələr səlahiyyətli orqan tərəfindən barəsində protokol tərtib edilən şəxsin İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə nəzərdə tutulmuş xətanın törədilməsində təqsirini müəyyən etməlidir. Bəzi hallarda hüquqi və fiziki şəxslərin ixrac etdikləri malların (işlərin, xidmətlərin) müqabilində vəsaitlərin müvəkkil bankda olan hesablara köçürülməsi şəxsin iradəsindən asılı olmayan səbəblərdən (məsələn qarşı tərəfin öhdəliyi icra etməməsi və s.) baş tutmaya və ya qanunvericilikdə müəyyən edilmiş müddətdən daha çox zaman tələb edə bilər. Buna görə məhkəmə işin bu hallarını şəxsin təqsirini istisna edən əsas kimi qiymətləndirməlidir. İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə müəyyən edilmiş tənzimləmə xarici iqtisadi fəaliyyəti həyata keçirən şəxsin mülkiyyət hüququna qanunla nəzərdə tutulmuş müdaxilə olmaqla, dövlətin mənafeyinin qorunmasına və xarici iqtisadi fəaliyyətlə məşğul olan şəxslərin ölkənin iqtisadi inkişafına töhfə verməsinə yönəlmişdir. Lakin qeyd edilən maddədə nəzərdə tutulmuş cərimə hüquqi şəxsin maliyyə vəziyyətinin pisləşməsi ilə yanaşı, işgüzar nüfuzunun zədələnməsi nəticəsində gələcəkdə əldə edilə bilən gəlirdən də məhrum olunmasına səbəb ola bilər. Konstitusiya Məhkəməsinin Plenumu bir daha qeyd etməyi zəruri hesab edir ki, məhkəmələr tərəfindən İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulmuş məsuliyyət tədbirinin tətbiq edilməsi üçün səlahiyyətli orqanın tərtib etdiyi protokol əsasında inzibati xətanı törədən şəxsin təqsiri İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun müəyyən edilməlidir. Məghkəmə işin tam, obyektiv araşdırması üçün zəruri olan bütün tədbirləri görmüşdür. Belə ki, Şəxs MMC-in nümayəndəsi tərəfindən işin ilkin araşdırması dövründə xx.xx.2025-ci il tarixdə verdiyi izahatında 15-20 gün ərzində pul vəsaitinin müvəkkil banka köçürüləcəyini bildirmiş, lakin həmin müddətdə pul vəsaiti köçürülmədiyindən protocol tərtib edilərək məhkəməyə göndərilmişdir. İşə Lənkəran Rayon Məhkəməsində baxıldığı müddətdə də eyni ifadələri X.B İMPORT” MMC-in nümayəndəsi bildirmiş və bu səbəbdən iclas 3 dəfə təxirə salımışdır. Lakin bu müddətdə də pul vəsaitinin köçürülməsi təmin edilməmişdir. Məhkəmə hüquqi şəxsin nümayəndəsinin izahatını dinləyib, işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirərək, o nəticəyə gəlir ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla MMC-nin həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törədilən əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsi ilə tövsif olunmuşdur. Odur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC həmin maddə ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsinə əsasən xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə - inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizindən əlli faizinədək məbləğdə cərimə edilir. Maddənin “Qeyd”indən görünür ki, bu Məcəllənin 483-cü maddəsində “az miqdarda” dedikdə, iyirmi min manatadək olan məbləğ başa düşülür. Məhkəmə hüquqi şəxsin nümayəndəsinin məhkəmə iclasında izahatında irəli sürdüyü dəlillər işin icraatını istisna edən, icraata xitam verilməsinə əsas verən hallar deyildir. Qeyd edilməlidir ki, “Vahid avtomatlaşdırılmış idarəetmə sistemi”ndən görünür ki, Şəxs MMC-nin xx.xx.2024-cü il tarixli, "**********7218" və xx.xx.2024-cu il tarixli, "**********1824" sorgu nömrəli gömrük bəyannamələri üzrə xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə etdiyi 840.000 (səkkiz yüz qırx min) RUS RUBLU pul vəsaitinin Azərbaycan Respublikasının müvəkkil olunmuş bankının hesabına məcburi qaydada köçürülməsi hazıradək də təmin edilməmişdir, qalıq borc kimi görünür. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur: Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Hüquqi şəxs barəsində inzibati tənbeh tətbiq edərkən məhkəmə Azərbaycan Respublikası İXM-nin 31.3-cü maddəsinə əsasən inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmini və ya onun maraqlarının təmin edilməsinin xarakterini və dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları, o cümlədən onun maliyyə və əmlak vəziyyətini, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olmasını, habelə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İXM-nin 32.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti yüngülləşdirən, həmin Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə hüquqi şəxs Şəxs MMC-nin barəsində inzibati tənbeh tətbiq edərkən inzibati xətanın xarakterini, hüquqi şəxsi xarakterizə edən halları, onun təqsirlilik dərəcəsini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alır və hesab edir ki, hüquqi şəxsin barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə inzibati cərimə tətbiq edilməsi məqsədəmüvafiqdir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək, məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut və məhkəmə məsrəfi yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 18, 40, 43, 114115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsi ilə təqsirli bilinib, barəsində inzibati xətanın bilavasitə obyekti olan 840.000 (səkkiz yüz qırx min) RUS RUBLU məbləğinin otuz faizi – 252.000 (iki yüz əlli iki min) RUS RUBLU məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elvin Ələsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar