Məhkəmə qərarları › İş №3(049)-59/2025

Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-59/2025

20.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-59/2025 20.02.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Süleymanov Kamran Şakir oğlunun sədrliyi, Abbaszadə Fərid Şahüseyn oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1990-cı il tarixdə Lənkəran rayonu Şağlaküçə kəndində anadan olmuş, həmin kənddə yaşayan, ali təhsilli, Lənkəran TTTYS-nın Liman bölməsində tibb qardaşı vəzifəsində işləyən, evli, fərdi identifikasiya nömrəsi xxxxxxx Şəxs barəsində Lənkəran Şəhər Rayon Polis şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyənetdi: xx.xx.2024-cü il tarixdə saat 23:00 radələrində Şəxs idarə etdiyi “HYUNDAİ-TUCSON” markalı ** CJ *** dövlət nömrə nişanlı minik avtomobili ilə Lənkəran şəhəri 20 Yanvar küçəsi ilə Astara-Lənkəran avtomobil yoluna keçmək istəyərkən sol tərəfdən gələn, X1 idarə etdiyi “VİTO” markalı ** JV *** dövlət nömrə nişanlı TTTYS-na məxsus avtomobilin hərəkət istiqamətinə keçərək onunla toqquşmuş və nəticədə təxirəsalınmaz təclili tibbi yardım avtomobilində olan xəstə Zərərçəkmiş şəxs alın nahiyyəsinin əzilmiş yarası xəsarəti yetirməklə dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarət yetirmişdir. Baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar toplanmış material üzrə Lənkəran ŞRPŞ-nin İB-nin müstəntiqi Rauf Aslanovun xx.xx.2024-cü il tarixli qərarı ilə cinayət işinin başlanması rədd edilmiş və Şəxs barəsində Lənkəran ŞRPŞ-nin Yol Patrul Xidməti inspektoru Amid Şərifov tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddələri ilə xx.xx.2025-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək göstərdi ki, o, “HYUNDAİ-TUCSON” markalı ** CJ *** dövlət nömrə nişanlı avtomobili idarə edir və özünün həmin avtomobili idarə etməyə hüquq verən BC dərəcəli sürücülük vəsiqəsi vardır. O, xx.xx.2024-cü il tarixdə saat 23:00 radələrində həmin avtomobili idarə edərkən Lənkəran şəhəri 20 Yanvar küçəsi ilə Astara-Lənkəran avtomobil yoluna çıxan zaman hava yağışlı və qaranlıq olduğundan sol tərəfdən “VİTO” markalı ** JV *** dövlət nömrə nişanlı TTTYS-na məxsus avtomobili görməmiş və qəfildən onunla toqquşmuşdur. Nəticədə yalnız həmin vaxt avtomobildə olan Zərərçəkmiş şəxs adlı xəstə yüngül xəsarət almışdır. Hadisədən sonra o və ailə üzvləri Zərərçəkmiş şəxs bir neçə dəfə baş çəkmiş, onun səhhətinin vəziyyəti ilə maraqlanmış, ona maddi və mənəvi cəhətdən yardım etmişlər. Zərərçəkmiş şəxs ondan heç bir şikayəti və tələbi olmamış, sonradan isə digər xəstəlik səbəbi ilə vəfat etmişdir. O, baş vermiş hadisədə özünü təqsirli bilir və əməlindən peşmandır. Qeyd etdiklərini və himayəsində azyaşlı uşaqlarının olmasını barəsində inzibati tənbeh tətbiq edilərkən nəzərə alınmasını və ona daha yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Lənkəran Rayon Məhkəməsinin sorğusu əsasında Astara rayon qeydiyyat şöbəsi tərəfindən məhkəməyə göndərilmiş xx.xx.2025-ci il tarixli məktub, həmçinin, ona əlavə olunan nikah, ölüm və doğum haqqında akt qeydlərindən çıxarışlardan məlum olur ki, hazırki iş üzrə Zərərçəkmiş şəxs X8 ilə ailə qurmuş, hazırda onlar hər ikisi ölmüşlər. Onların birgə nikahlarından xx.xx.1975-ci il tarixdə X3, xx.xx.1977-ci il tarixdə X5, xx.xx.1980-ci il tarixdə X7, xx.xx.1989-cu il tarixdə X6 adlı övladları olmuş, həmin uşaqlardan da X7 xx.xx.2017-ci ildə ölmüşdür. Zərərçəkmiş şəxs - mərhum Zərərçəkmiş şəxs övladları, yəni onun qanun üzrə birinci növbədə vərəsələri olan şəxslər X5, X6 və X2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada rəsmi məlumat verilməsinə, habelə, mərhum analarının hüquq varisləri kimi tanınmaq istəyib-istəmədikləri barədə müraciət göndərilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş, gəlmədiklərinin səbəbləri barədə məlumat verməmiş, mərhumun hüquq varisləri kimi tanınmaq istədikləri barədə məhkəməyə vəsatət verməmişlər. Qeyd olunan əsaslara görə məhkəmə işə hazırki vəziyyətdə baxılmasını qərara almışdır. İş materiallarına əlavə edilmiş Lənkəran ŞRPŞ-nin İB-nin müstəntiqi Rauf Aslanovun xx.xx.2024-cü il tarixli qərarından müəyyən edilir ki, baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar toplanmış material üzrə araşdırma zamanı Şəxs əməlində cinayət tərkibi olmadığı üçün barəsində cinayət işinin başlanması rədd edilərək Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulan inzibatı xətanı törətdiyinə görə barəsində inzibati tədbir görülməsindən ötrü həmin qərarın surəti Lənkəran ŞRPŞ-nin DYPB-nə göndərilmiş, digər avtomobilin sürücüsü X1 da əməlində hər hansı cinayətin tərkibi aşkar edilmədiyi üçün barəsində cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş sürücülük vəsiqəsinin surətindən müəyyən edilir ki, Şəxs avtomobili idarə etməyə hüquq verən BC dərəcəli sürücülük vəsiqəsi vardır. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixli izahatının surətindən müəyyən edilir ki, xx.xx.2024-cü il tarixdə baş vermiş hadisə ilə əlaqədar onun heç bir şikayət və tələbi yoxdur. İş materiallarına əlavə edilmiş Lənkəran rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli AZ-İİ 433348 nömrəli ölüm şəhadətnaməsinin surətindən müəyyən edilir ki, Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixdə beyin ödemi səbəbindən ölmüşdür. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 23:00 radələrində nəqliyyat vasitələrini idarə etmə hüququ əsasında idarə etdiyi “HYUNDAİ-TUCSON” markalı ** CJ *** dövlət qeydiyyat nişanlı avtomobillə yol-nəqliyyat hadisəsi törədərək “VİTO” markalı ** JV *** dövlət nömrə nişanlı avtomobillə toqquşmuş, nəticədə avtomobildə olan Zərərçəkmiş şəxs dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurma xəsarəti almışdır. İş materiallarından və işin məhkəmədə müəyyən edilmiş faktiki hallarından görünür ki, Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixdə beyin ödemi səbəbindən ölmüş, onun ölümü ilə xx.xx.2024-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi arasında səbəbli əlaqə olmamışdır. Məhkəmə iş materiallarını nəzərdən keçirib barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyərək qərara gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və o, həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilərək inzibati tənbeh edilməlidir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən törədilmiş inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, təqsirin dərəcəsini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şəxs səmimi peşmançılığı, törədilmiş inzibati xətanın zərərli nəticələrinin aradan qaldırılması və vurulmuş zərərin əvəzinin könüllü surətdə ödənilməsinə yönələn hərəkətlər etməsi məsuliyyəti yüngülləşdirən hallar kimi nəzərə alınmalıdr. Şəxs tərəfindən törədilmiş inzibati xətada onun məsuliyyətini ağırlaşdıran hallar aşkar edilməmişdir. Məhkəmə Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, onun şəxsiyyətini, təqsirinin dərəcəsini, habelə, məsuliyyəti yüngülləşdirən halları nəzərə alaraq barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə tətbiq edilməsini qanunamüvafiq hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 25, 43, 106- 115, 117-ci maddələrini rəhbər tutaraq məhkəmə, qəraraaldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Lənkəran şəhər-rayon Polis Şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8ci maddəsi ilə təqsirli bilinib 300 manat miqdarında inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Kamran Süleymanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar