Məhkəmə qərarları › İş №3(049)-592/2025

Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №3(049)-592/2025

22.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № 3(049)-592/2025 22.08.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, məhkəmə iclasının katibi Qənbərov Mirnamiq Nazim oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş orqan – Azərbaycan Respublikası Dövlət X2 Regional Reklam İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, Şəxs (bundan sonra MMCnin)barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 428.7.3-cü maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş inzibati xəta haqqında iş üzrə icraat materiallarına Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: 05 avqust 2025-ci il tarixdə saat 11:43 radələrində ünvan 1i ünvanında yerləşən obyektin qarşısında soyuducuların üzərində olan Şəxs MMC-yə məxsus reklamlar ilə bağlı verilən yazılı gösətriş tam və vaxtında yerinə yetirilmədiyinə görə X4 İdarəsi tərəfindən Şəxs MMC barəsində İXM-nin 428.7.3-cü maddəsi ilə 05 avqust 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, Şəxs MMC tərəfindən məhkəməyə vəsatət ünvanlanaraq “Sun Food MMC-nin AZ1029, ünvan 2smi qeydiyyata alındığını, buna görə də tərtib edilmiş inzibati xəta haqqında protokol və materialların aidiyyəti üzrə Cəmiyyətin hüquqi ünvanının yerləşdiyi Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Məhkəmə İXM-nin 61.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraat materiallarına barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Dövlət X2 Regional Reklam İdarəsinin nümayəndəsi X3 işin məhkəmə baxışı zamanı protokolun məzmununa uyğun izahat verdi, əlavə olaraq Şəxs MMC tərəfindən məhkəməyə verilmiş vəsatətin təmin edilməməsini və işə mahiyyəti üzrə Lənkəran Rayon Məhkəməsində baxılmasını xahiş etdi. Məhkəmə barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs Şəxs MMC tərəfindən verilmiş vəsatət və əlavə edilmiş sənədləri inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərlə əlaqəli şəkildə araşdırıb bu nəticəyə gəlir ki, vəsatət əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan vəsatət əlavə edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsindən təqdim edilən çıxarışdan görünür ki, Şəxs hüquqi ünvanı Bakı şəhəri, Heydər Əliyev prospekti, ev 94 ünvanıdır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, 11-3-6/2-967/2025 Yazılı Göstərişdən görünür ki, “açıq məkanda reklam yayımının həyata keçirilməsi ilə bağlı qanunvericiliyin tələblərinin pozulması hallarının aradan qaldırılması barədə” həmin göstəriş yerinə yetirilməsi üçün Azərbaycan Respublikası Dövlət X2 Regional Reklam İdarəsi tərəfindən Şəxs hüquqi ünvanı üzrə ünvan 5 Azərbaycan Respublikası İXM-nin 110.1-ci maddəsinə görə inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. İXM-nin 428.7.3-cü maddəsində müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun açıq məkanda reklam sahəsində (o cümlədən tikintisinə icazə tələb olunmayan açıq məkanda reklam qurğularının quraşdırılması və sökülməsi sahəsində) nəzarətin həyata keçirilməsi çərçivəsində verdiyi yazılı göstərişlərin və qərarların (bu Məcəllənin 394.0.7-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla) vaxtında və tam yerinə yetirilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinin şərh edilməsinə dair 17 mart 2021-ci il tarixli Qərarında qeyd olunur ki, İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinin tələblərinə uyğun olaraq hüquqi şəxs tərəfindən hərəkətlə törədilən gömrük qaydaları əleyhinə olan inzibati xətanın törədildiyi yer onun nəticəsinin baş verdiyi yerdən asılı olmayaraq xətanın faktiki törədildiyi yer hesab edilməlidir; İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinin tələblərinə müvafiq olaraq gömrük qaydaları əleyhinə olan inzibati xəta hərəkətsizlik formasında törədildiyi halda, işə qanunvericiliklə hüquqi şəxsin üzərinə düşən öhdəliyi icra etməli olduğu yer üzrə baxılmalıdır; informasiyakommunikasiya texnologiyalarından istifadə etməklə törədilən gömrük qaydaları əleyhinə olan inzibati xəta haqqında işlərə inzibati xətanın aşkarlandığı, yəni səlahiyyətli vəzifəli şəxsin inzibati xəta haqqında protokol tərtib etdiyi yerdə baxılmalıdır. Göründüyü kimi, İXM-nin 428.7.3-cü maddəsinin obyektiv cəhətini müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun açıq məkanda reklam sahəsində nəzarətin həyata keçirilməsi çərçivəsində verdiyi yazılı göstərişlərin və qərarların vaxtında və tam yerinə yetirilməməsi təşkil edir. Başqa sözlə, qeyd olunan normada nəzərdə tutulan inzibati məsuliyyətə səbəb olan əməl hərəkətsizlik formasında törədilir. İXM-nin 112.4-cü maddəsinə görə Bu Məcəllənin 110-cu maddəsinə müvafiq olaraq işin aidiyyəti üzrə göndərilməsi barədə qərardad çıxarılır. Beləliklə yuxarıda göstərilənlərə əsasən hüquqi ünvanı Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti, ev 94 olan Şəxs tərəfindən onun ünvanına Azərbaycan Respublikası Dövlət X2 Regional Reklam İdarəsi tərəfindən göndərilmiş xx.xx.2025-ci il tarixli, 11-3-6/2-967/2025 Yazılı Göstəriş yerinə yetirilmədiyindən və həmin inzibati xəta hərəkətsizlik formasında törədildiyindən məhkəmə bu nəticəyə gəlir ki, vəsatət təmin edilməli, X4 İdarəsi tərəfindən Şəxs MMC barəsində İXM-nin 428.7.3-cü maddəsi ilə tərtib edilmiş 05 avqust 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 40, 43, 48-51, 53, 110 və 112-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs tərəfindən verilmiş vəsatət təmin edilsin. X4 İdarəsi tərəfindən Şəxs MMC barəsində İXM-nin 428.7.3-cü maddəsi ilə tərtib edilmiş 05 avqust 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə göndərilsin. Hakim Nicat Ağabəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar