Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-595/2024 30.05.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ X5 Əhmədağa oğlunun sədrliyi, Hüseynov Murad Əbdül oğlunun katibliyi, inzibati protokolu tərtib edən- BNMİ CBPŞ-nin əməliyyat müvəkkili X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx.xx.1982-cü il tarixdə Biləsuvar rayonu, Xırmandallı kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, iki azyaşlı uşağı olan, orta təhsilli, İİ qrup əlil, Biləsuvar şəhəri, ünvan 1 ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-nin) 206-cı maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş inzibati xəta haqqında iş üzrə icraat materiallarına materiala Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs xx.xx.2024-cü il tarixdə saat 13:30 radələrində Biləsuvar şəhəri ərazisində saxlanılaraq BNMİ CBPŞ-ə gətirlmiş, üzərinə baxış zamanı 0,757 qram qurudulmuş marixuana aşkar edilmiş, buna görə barəsində İXM-nin 206-cı maddəsi ilə xx.xx.2024-cü il tarixli MN ******* №-li inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati protokolu tərtib edən - BNMİ CBPŞ-nin əməliyyat müvəkkili X2 izahat verərək bildirmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə saxladıqdan sonra sonuncu bildirmişdir ki, dərmanları qurtardığı üçün məcbur olub marixuana qəbul etmişdir. Şəxs və onun anası xəstə olaraq Bakı şəhərində müalicə aldıqlarından, orada olduğu zaman həmin marixuananı orada əldə etdiyini və əməlində peşman olduğunu bildirmişdir. Məhkəmə iclasında barəsində inzibati iş üzrə icraat aparılan Şəxs izahat verərək bildirmişdir ki, anadangəlmə əsəb xəstəsidir. Əsəb xəstəliyi ilə əladədar xəstəxanadan dərman alıb qəbul etmişdir. Sonuncu dəfə dərmanı qurtarmış, başındakı ağrıllar şiddətlənmiş, buna görə də iki dəfə məcburiyyət qarşısında marixuana qəbul etmişdir. Marixuananı Bakı şəhərində adını bilmədiyi şəxsdən almışdır. BNMİ CBPŞ-nin əməkdaşları onu xx.xx.2024-cü ildə saxlamış və xx.xx.2024-cü il tarixdə buraxmışlar. Onlar ona təziq və zor tətbiq etməmişlər. İİ qrup əlil olmaqla cəmi 220 manat pensiya alır. Himayəsində xəstyə anasının, eləcə də etdiyi əməldən peşman olmasını nəzərə alaraq barəsində yeüngül cəza verilməsini istəyir. Məhkəmə iclasında şahid qismində izahat verən BNMİ CBPŞ-nin əməliyyat müvəkkili X4 bildirmişdir ki, ona daxil olmuş əməliyyat məlumatı əsasında Şəxs saxlayaraq BNMİ CBPŞ-ə gətirlmişlər və orada üzərinə baxış keçirilən zaman üzərindən marixuana aşkar edilmişdir. Özü etiraf edərək bildirmişdir ki, marixuananı şəxsi istifadəsi üçün üzərində gəzdirmişdir. Ona qarşı təziq və zor tətbiq etməmişdir. İnzibati xəta haqqında iş üzrə icraat materiallarına əlavə edilmiş: Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin X3 Şöbəsinin HK-1/46 saylı material üzrə xx.xx.2024-cü il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarından görünür ki, toplanmış material üzrə cinayət işinin başlanması Şəxs əməlində cinayət tərkibinin olması müəyyən edilmədiyindən cinayət işinin başlanması rədd edilmiş, qərarın surəti Şəxs barəsində İXM-nin 206-cı maddəsi ilə tədbir görülməsi üçün BNMİ-nin X3 Şöbəsinin aidiyyəti əməkdaşına göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 19/303 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Vət. Şəxs təqdim etdiyi 01 bükümdə qurudulmuş marixuanaya bənzər kütlə qablaşdırıldı və möhürləndi...” sözlər və imza olan 1 ədəd zərfdəki, təmiz çəkisi - 0,757 qram olan bitki mənşəli kütlə-tərkibində narkotik maddə olan çətənə (kannabis bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata 0,05 qram istifadə edilmiş, qalıq 0,707 qram qalmışdır. Ekspertiza tədqiqatının dəyəri 60 manat təşkil edir. Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli 310 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Şəxs kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin ƏƏSMN-nin TSEK-da sonunsu müayinəyə dair verdiyi məlumata əsasən İİ qrup əli olması səbəbindən narkomaniyadan məcburi müalisəyə əks göstəriş vardır. Ərazi narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan inzibati xətanı törətməsində təqsiri HK-1/46 saylı material üzrə xx.xx.2024-cü il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarı, ekspert rəyləri, inzibati xəta haqqında protokolla və işdə olan sənədlərlə tam təsdiq olunur. Şübhəli şəxsin tutulması haqqında protokoldan və onun azad edilməsi barədə qərardan görünür ki, Şəxs xx.xx.2024-cü il saat 13:30-dan xx.xx.2024-cü il saat 12:45-dək şübhəli şəxs qismində tutulmuşdur. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq olunmuş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» Siyahılara əsasən dərman preparatı «qurudulmuş marixuana » narkotik maddədir, onun 5 qramdan artıq hissəsi şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun 1.0.9-cu maddəsində göstərilir ki, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi hesab edilir. Həmin Qanunun 1.0.10-cu maddəsində göstərilir ki, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin dispozisiyasına görə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, narkotik vasitələrin, psixotrop maddələrin satışı məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanması, əldə edilməsi, saxlanılması, daşınması və ya göndərilməsi-həmin maddədə nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradır. Məhkəmə inzibati xəta haqqında iş materiallarını və ona əlavə edilmiş sənədləri tədqiq edərək belə qənaətə gəlir ki, Şəxs qeyd olunan inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulan inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrinə əsasən inzibati xəta törətmiş Şəxs qarşı inzibati tənbeh tətbiq edilərkən inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Şəxs tutduğu əməldən səmimi peşmançılığı İXM-nin 32.1.1-ci maddəsinə əsasən, özünün xəstə olması və xəstə anasının himayəsində olması İXM-nin 32.2-ci maddəsinə əsasən iş üzrə məsuliyyəti yüngülləşdirən hallardır. İXM-nin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-nin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan az miqdarda hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görəüç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tədbiq edərkən xətanın xarakterini, törədilmə şəraitini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, həmçinin cəmiyyətin maraqlarını, habelə məsuliyyətini yüngülləşdirən halları, eləcə də İXM-nin 30.2 və 31.4-1ci maddələrinin tələblərini nəzərə almaqla ona inzibati cərimə növündə inzibati tənbehin tətbiq edilməsini mümkün hesab edir. Belə ki, İXM-nin 30.2-ci maddəsinə əsasən orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər barəsində inzibati həbs tətbiq edilə bilməz. Həmin Məcəllənin 31.4-1-ci maddəsinə əsasən isə inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Məhkəmə qeyd edir ki, Şəxs orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər sırasına daxil olunduğundan, onun barəsində 206-cı maddəsinin sanksiyasında nəzərdə tutlmuş həbs qismində inzibati tənbeh tətbiq oluna bilməz. Həmin maddənin digər cəzasının yuxarı həddi 400 manat cərimədir. İXM-nin 31.4- 1-ci maddəsinə əsasən həmin 400 manat məbləğində cərimənin dörddə üçü- 300 manat təşkil eləyir. Məhkəmə hesab edir ki, yuxarıda qeyd olunan müvafiq normativ hüquqi aktın tələbləri rəhbər tutulmaqla, Şəxs xx.xx.2024-cü il tarixli, 310 №-li rəyə əsasən ərazi narkoloji xəstəxanasında qeydiyyata alınmalıdır. Məhkəmə hesab edir ki, iş üzrə DİN BNMİ-nin CBRŞ-də saxlanılan maddi sübut – ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,707 qram narkotik vasitə qurudulmuş marixuana qərar qanuni qüvvəsini aldıqadan sonra müvafiuq qaydada məhv edilməlidir. Məhkəmə inzibati xəta haqqında məsrəflərlə əlaqədar qeyd edir ki, İXM-nin 55.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında məsrəflər zərər çəkmişlərə, şahidlərə, onların qanuni nümayəndələrinə, hal şahidlərinə, ekspertlərə, mütəxəssislərə və tərcüməçilərə verilmiş məbləğlərdən ibarətdir. Həmin Məcəllənin 55.2-ci maddəsinə görə fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Hüquqi şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər isə həmin şəxslərin üzərinə qoyulur. Məhkəmə hesab edir ki, ekspertiza xərci olan 60 manat dövlət büdcəsi hesabına ödənilməlidir. Qeyd olunanlara əsasən İXM-nin 40, 43, 53, 115 və 128-130-cu maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində 250 (iki yüz əlli) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Şəxs ərazi narkoloji xəstəxanasında qeydiyyata alınsın. İş üzrə DİN BNMİ-nin CBRŞ-də saxlanılan maddi sübut – ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,707 qram narkotik vasitə qurudulmuş marixuana qərar qanuni qüvvəsini aldıqadan sonra müvafiuq qaydada məhv edilsin. Şəxs 60 manat ekspertiza xərci tutularaq aşağıdakı hesaba köçürülsün: Büdcə təşkilatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, ekspertiza xərci SAP(XİİS)hesabı, Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VOEN **********, müxbir hesab: AZ41NABZ**********0000003944, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VOEN **********, hesab AZ34CTRE********************. Qərarın icrası Şəxs cərimə tənbeh tədbirinin tətbiqi və ekspertizadan sonra qalıq qalmış 0,707 qram narkotik vasitə qurudulmuş marixuana məhv edilməsi hissəsində Lənkəran rayon İcra və Probasiya Şöbəsinə, Şəxs ərazi narkoloji xəstəxanasında qeydiyyata alınması hissəsində isə Biləsuvar rayon Narkoloji Xəstəxanasına həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. X6
Məhkəmə qərarları › İş №3(049)-595/2024
Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-595/2024
30.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver