Məhkəmə qərarları › İş №3(049)-60/2023

Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-60/2023

25.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-60/2023 25.01.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Azad oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədov Tural Məhərrəm oğlunun katibliyi ilə, xx.xx.1980-ci il tarixdə Lənkəran rayonu Sütəmurdov kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanda yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 272.3 və 590.1-ci maddələri ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında protokol və ona əlavə edilmiş inzibati xəta haqqında iş üzrə icraat materiallarına məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2023-cü il tarixdə saat 16:50 radələrində Lənkəran rayonu Nərimanabad qəsəbəsində qanunsuz ov ilə əlaqədar sonuncunun barəsində İXM-nin 272.3 və 590.1-ci maddələri ilə 10 yanvar 2023-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş Şəxs məhkəmə iclasına gəlməmiş və məhkəmə iclasının təxirə salınması barədə məhkəməyə vəsatəti daxil olmamışdır. İnzibati xəta haqqında iş üzrə icraat materiallarına əlavə edilmiş: Lənkəran ŞRPŞ-nin xx.xx.2023-cü il tarixli raportdan görünür ki, VAZ 2106 markalı ağ rəngli dövlət nömrə nişanı **-CE-*** olan avtomaşının yük yerində ov ləvazimatları, salondan iki ədəd ov silahı və salafanlarda qanunsuz ovlanmış çoxlu sayda çöl quşları aşkar olunaraq götürülmüşdür. Şəxs Lənkəran ŞRPŞ-nə ünvanladığı izahatdan görünür ki, xx.xx.2023-cü il tarixdə Lənkəran rayonu, Balıqçılar qəsəbəsinə gələrək əvvəllər tanıdığı Lənkəran rayon Balıqçılar qəsəbə sakini Asif adlı şəxslə telefon əlaqəsi yaratmış, Qızılağac qoruğuna gəlib ov etmək istədiyini bildirmişdir. Asif adlı şəxs Qızılağac qoruğunda mühafizəçi-yeger işləyir. Ov etməyə gəldiyi zaman qohumu X1 da ounla birlikdə olmuşdur. Əvvəllər Asif adlı şəxslə şərikli qayıq almışlar. xx.xx.2023-cü il tarixdə o Asifə zəng edən zaman ona bildirmişdir ki, həmin qayığı Asifin birinci həyat yoldaşının həyətindən götürəcək və Qızılağac qoruğuna ova gedəcəkdir. Asif isə ona bildirmişdir ki, qoruğa ova getməsin. O isə Asifə Qızılağa qoruğunun müavinindən icazə aldığını bildirmişdir. Daha sonra İlhamla birlikdə qayığa minərək «Bala dəniz» adlandırılan ərazidən keçərək Qızılağac qoruğuna getmişlər. İki gün həmin ərazidə çadır quraraq qalmış, ov etmişlər. xx.xx.2023-cü tarixdə həmən ərazidən «Bala dəniz» ərazisinə qayıdaraq qayığı sahilə bağlamış, ovladıqları quşlar və o alətlərini ona məxsus avtomobilin yük yerinə qoymuş, yaşadığı ünvana qayıtmışlar. Ov etməklərinin qanunsuz olduğunu bilmişlər. Əməlindən peşimandır və bir daha belə əməllərə yol verməyəcəkdir. İXM-nin 272.3-cü maddəsinə əsasən ov qaydalarının kobud şəkildə pozulmasına (lazımi icazə olmadan və ya qadağan edilmiş yerlərdə, yaxud qadağan olunmuş müddətlərdə, qadağan edilmiş alətlərlə və ya üsullarla ov edilməsinə), habelə digər ov qaydalarının müntəzəm pozulmasına görə- inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər müsadirə edilməklə və ya müsadirə edilməməklə, min manatdan iki min manatadək məbləğdə cərimə edilir, yaxud altı aydan iki ilədək müddətə ov hüququ məhdudlaşdırılır. İXM-nin 590.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almış şəxslər tərəfindən mülki silahın və ya onun üçün döyüş sursatının saxlanılması, daşınması və ya satılması qaydalarının pozulmasına görə- silah və döyüş sursatı müsadirə edilməklə və ya edilməməklə əlli manatdan yetmiş manatadək məbləğdə cərimə edilir. Məhkəmə, tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə nəticəyə gəlir ki, Şəxs İXM-nin 272.3 və 590.1-ci maddələrində nəzərdə tutulmuş xətanı törətmişdir. Belə ki, «Xidməti və mülki silah haqqında» Azərbaycan Respublikası Qanununun 3cü maddəsinin İİ hissəsinin 1-ci bəndinə əsasən xidməti və mülki silahın dövriyyəsi ilə əlaqədar Azərbaycan Respublikasında bu Qanunla nəzərdə tutulmuş müvafiq xüsusi icazəsi olmayan şəxslər tərəfindən həmin silahın əldə edilməsi, gəzdirilməsi və ondan istifadə edilməsi qadağandır. Həmin Qanunun 14-cü maddəsinin İİ hissəsində göstərilir ki, qanun üzrə vərəsəlik hallarında mülki silahı miras almış vərəsənin mülki silahı əldə etmək üçün xüsusi icazəsi yoxdursa, o üç ay ərzində həmin xüsusi icazəni almalıdır. Vərəsə ona miras qalmış mülki silahı əldə etmək üçün xüsusi icazəni almaq istəməzsə və ya ona bu cür xüsusi icazə verilməzsə, o bir ay müddətində həmin silahı ya bağışlamalı, təhvil verməli və ya satmalıdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan inzibati xətanın törətməsində təqsiri özünü Lənkəran ŞPRŞ-nə yazdığı izahatı, inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.3-cü madəsində göstərilir ki, bir şəxsin törətdiyi bir neçə inzibati xətaya dair işlərə eyni vaxtda eyni orqan tərəfindən baxıldıqda, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Həmin Məcəllənin 272.3 və 590.1-ci maddələrindən görünür ki, İXM-nin 272.3-cü maddəsində nəzərdə tutulan xəta daha ciddidir. Belə olan halda məhkəmə hesab edir ki, inzibati xəta törədən şəxs Şəxs İXM-nin 272.3-cü maddəsinin sanksiyası həddində inzibati tənbeh edilməlidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlindən səmimi peşmançılıq hissi keçirməsi İXM-nin 32.1.1-ci maddəsinə əsasən onun məsuliyyətini yüngülləşdirən haldır. Şəxs məsuliyyətini ağırlaşdıran hal yoxdur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tətbiq edərkən, İXM-nin 31.2-ci maddəsinə müvafiq olaraq inzibati xətanın xarakterini və inzibati xəta törədən şəxsin təqsirinin dərəcəsini nəzərə almaqla barəsində altı müddətinə ay ov hüququnun məhdudlaşdırılması inzibati cərimə tənbehinin tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına inzibati xəta törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 40, 43, 48-51, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 272.3 və 590.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaı törətməkdə təqsirli bilinsin. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsi tətbiq edilməklə həmin Məcəllənin 272.3-cü maddəsi ilə Şəxs ov hüququ 6 ay müddətinə məhdudlaşdırılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Rəşad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar