Məhkəmə qərarları › İş №3(049)-600/2025

Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-600/2025

22.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-600/2025 22.09.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlunun sədrliyi ilə, Məhkəmə iclas katibi: X2, Şikayət verən şəxs: X1 iştirakı ilə, X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 idarəsinin 09 iyul 2025-ci il tarixli, 16/1-B125221 saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə baxaraq, müəyyən etdi: X3 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 idarəsinin 09 iyul 2025-ci il tarixli, 16/1-B125221 saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, 22 may 2025-ci il tarixdə Lənkəran-Boradigah- Masallı avtomobil yolunun Lənkəran rayonu Girdəni kəndi ərazisində saat 09:07 radələrində ona məxsus **-DP-*** dövlət qeydiyyat nişanlı Renault Megane minik markalı avtomobilim ilə hərəkət edərkən, yolun sol tərəfində Baş X7 İdarəsinin Yol Patrul Xidməti Alayının 11-ci tağımının əməkdaşı **-YP-*** xidməti avtomobilində tam hərəkətsiz duraraq dayandığının şahidi olmuşdur. Təqribən 3 saat keçdikdən sonra mobil nömrəmə SMS gələrək, Lənkəran, İmadəddin Nəsimi küçəsində güya yolda müəyyən edilmiş sürət həddini 21-40 km/saat aşaraq, İnzibati Xətalar Məcəlləsinin 328.2-ci maddəsinin tələblərini pozmuşdur. Nəticə etibarı ilə inzibati tənbeh vermə haqqında qərarla tanış olarkən, aydın şəkildə qeyd edilmişdir ki, “sürət həddi 40 km/saat tələb olunan ərazidə 67 km/saat sürətlə **-DP-*** dövlət qeydiyyat nişanlı Renault Megane minik markalı avtomobilim ilə sürət həddini pozmaqla, barəsində “EQ 28094314” nömrəli inzibati tənbeh vermə haqqında qərar tərtib edilmişdir”.Qeyd etdiyi protokol üzrə qəbul edilmiş 22 may 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsindən ötrü aidiyyatı üzrə Lənkəran Rayon Məhkəməsinə müraciət etmişdir. Yekun olaraq xx.xx.2025-ci il tarixli qərar qəbul edilərək DİN BDYPİ-nin E-Patrol tərəfindən 22 may 2025-ci il tarixli,”EQ 28094314”nömrəlii protokol üzrə qəbul olunmuş inzibati tənbeh vermə haqqında qərar ləğv edilərək, yenidən araşdırılmasından ötrü BDYP idarəsinə qaytarılmışdır. Belə ki, Lənkəran Rayon Məhkəməsinin qərarının icrasından uzun müddət keçməsinə baxmayaraq, DİN BDYPİ-dən heç bir rəsmi qərar faktiki yaşadığı ünvana gəlmədiyindən nigaran qalaraq, SMS RADAR mobil tətbiqi üzərindən cərimə balımın silinib-silinmədəyini yoxlayarkən, tam fərqli mənzərənin şahidi olmuşdur. Tarix olaraq xx.xx.2025-ci il, qərarın nömrəsi “EQ 28094314”, inzibati xətanın törədildiyi yer Lənkəran, İmadəddin Nəsimi küçəsi 84 olaraq qalmaqda idi, lakin qərar hissəsində xx.xx.2025-ci il qeyd olunmuşdur. Burdan da belə aydın olur ki, inzibati xəta yenidən araşdırılıb, xx.xx.2025-ci il tarixli yeni qərar qəbul olunur, lakin şikayətçiyə göndərmədən, prosessual müddəti qazanmaq istəyirlər. Bununla bağlı xx.xx.2025-ci il tarixdə Lənkəran RPŞ-yə yaxınlaşaraq, xx.xx.2025- ci il tarixli qərarın nədən bəhs etdiyini bilməkdən ötrü, əməkdaşların köməkliyi sayəsində yeni tərtib olunmuş xx.xx.2025-ci il tarixli 16/1-B-125221 nömrəli qərarla tanış olaraq, onun surətini almışdır. xx.xx.2025-ci il tarixli 16/1-B-125221 nömrəli qərarla tanış olarkən, şikayətində xüsusilə vurğuladığı inzibati xətanın törədildiyi ərazi barədə heç bir qeyd və əsaslandırıcı iddia ilə rastlaşdır. Burdan da belə qənaətə gəlinir ki, Lənkəran Rayon Məhkəməsinin 3(049)-481/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadın icrasından ötrü inzibati xəta haqqında işin yenidən araşdırılıması Baş X7 İdarəsinin rəis müavini Pərvin Səfərəliyev tərəfindən obyektiv araşdırılmamışdır.Hesab edir ki, Baş X7 İdarəsinin rəis müavini Pərvin Səfərəliyev tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında iş üzrə 16/1-B- 125221 nömrəli qərar ləğv edilməlidir. Qeyd olunan qərarda inzibati xətanın baş verdiyi ərazinin qeyd olunmaması (və ya düzgün qeyd olunmaması) inzibati xətanın natamam sübuta yetirilməsi hesab olunur. Yuxarıda qeyd etdiklərini rəhbər tutaraq bildirir ki, 16/1-B-125221 nömrəli qərar ona rəsmi şəkildə təqdim olunmadığından hesab edir ki, prosessual müddəti ötürməmişdir. Məhkəmə iclasında iştirak edən şikayət verən şəxs X3 ərizəsinə uyğun izahat verərək ərizəsinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə, habelə iş üzrə sübutları təqdim edilməsi üçün məhkəmə bildirişi, qərarından şikayət verilən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsinə çatdırılmasına baxmayaraq qərarından şikayət verilən orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsi barədə məhkəməyə rəsmi məlumat verməmişdir. Məhkəmə, qərarından şikayət verilən orqanı məhkəmə iclası barədə məlumatlandırılmış hesab edərək şikayətə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə, şikayəti və materialları nəzərdən keçirərək hesab edir ki, şikayət təmin edilməlidir. Belə ki, şikayətə əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsinin 09 iyul 2025-ci il tarixli, 16/1-B125221 nömrəli protokol üzrə qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X3 İXM-nin 328.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə görə 50 manat məbləğində inzibati cərimə edilmişdir. İXM-nin 328.2-ci maddəsinin tələbinə görə yolda müəyyən edilmiş hərəkət sürətini 21-40 km/saat həddində aşmağa görə- 50 manat məbləğində cərimə edilir. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İXM-nin 80.2-ci maddəsinə əsasən sənədlər yazılı və ya digər formada müəyyən edilmiş məlumatları özündə əks etdirə bilər. Fotoşəkillər, səsyazma və ya videoyazı materialları, məlumat bazası və məlumat bankı və digər məlumatları olan müvafiq daşıyıcılar sənədlər hesab olunur. İXM-nin 61.1.9-cu maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xəta xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının nömrəsi, inzibati xəta sürət həddinin aşılması ilə əlaqədar olduqda sürətölçən cihazın göstəricisi, inzibati xətanın törədilmə yeri və tarixi barədə məlumatlar göstərilməklə, inzibati xətanın törədildiyi anın fotoşəklini almaq hüququ vardır. İXM-nin 93.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsinə baxış fasiləsiz videoçəkiliş aparılmaqla nəqliyyat vasitəsi sahibinin iştirakı ilə həyata keçirilir. İXM-nin 93.3-1-ci maddəsinə əsasən nəqliyyat vasitəsinə baxış haqqında protokolda fasiləsiz videoçəkilişdən istifadə barədə müvafiq qeyd aparılır və videoçəkilişi əks etdirən məlumat daşıyıcısı həmin protokola əlavə edilir. İXM-nin 122.1-ci maddəsinin tələbinə görə Bu Məcəllənin 327.1 - 327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346, 346-1, 353.1, 353.2, 353.4, 353.5 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. Bu Məcəllənin 346-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaların törədilməsi barədə təsdiq edilmiş qərarlar real vaxt rejimində həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminə göndərilir. “X4” Azərbaycan Respublikası Qanunun 83-cü maddəsinin İİ hissəsinə əsasən yollarda hərəkət təhlükəsizliyinin təmin edilməsinə nəzarət Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının əməkdaşları tərəfindən stasionar və digər postlarda, eləcə də xüsusi avadanlığı olan nəqliyyat vasitələrində və ya xüsusi texniki vasitələrin tətbiqi ilə həyata keçirilir. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminə inteqrasiya olunmalıdır. Göründüyü kimi qanunvericilik konkret olaraq yol hərəkəti təhlükəsizliyi əleyhinə törədilmiş inzibati xətaların aşkar edilməsini videomüşahidə aparılmaqla müəyyən edilməsini, habelə vizual müşahidə nəticəsində aşkar edildikdə belə həmin halların xüsusi texniki vasitələr vasitəsi ilə inteqrasiyasını təsbit etmişdir. Məhkəmə iclasında araşdırılan şikayətdən müəyyən olunur ki, şikayət verən şəxs inzibati xətanın baş vermədiyini, həmin süurətlə hərəkət etmədiyini bildirib, həmin xətaya dair videogörüntünü tələb etmişdir. Məhkəmə tərəfindən iştirak edən şikayət verilən orqanın nümayəndəsinə iş üzrə sübutları- konkret halda videogörünütünü təqdim etməsi təklif edilmiş, lakin sübutların məhkəməyə təqdim edilməməsi ilə yanaşı qərar qəbul edən orqanın nümayəndəsi də məhkəmədə iştirak etməmişdir. Məhkəmə hesab edir ki, hazırkı vəziyyətdə, yəni inzibati xəta haqqında sübutlar mübahisələndirildiyindən inzibati xətaya görə inzibati tənbeh vermə qərarının qüvvədə saxlanılması qanunvericilik baxımından da yolverilməzdir. İXM-nin 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qəra qəbul edilir. Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsinin 09 iyul 2025-ci il tarixli, 16/1-B125221 nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli, inzibati xəta haqqında iş yenidən baxılmaq üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, qərara aldı: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsinin 09 iyul 2025-ci il tarixli, 16/1-B125221 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin, inzibati xəta haqqında iş yenidən baxılmaq üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Lənkəran Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Murad Aslanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar