Məhkəmə qərarları › İş №3(049)-606/2025

Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-606/2025

15.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-606/2025 15.09.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, məhkəmə iclas katibi Qənbərov Mirnamiq Nazim oğlunun katibliyi ilə, inzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X5 Xidməti 5 saylı X2 nümayəndəsi X10 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.1.2 və 264.0.3-cü maddələri ilə daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X5 Xidməti 5 saylı X1 daxil olmuş xx.xx.2025-ci il tarixli, ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, xx.xx.2025-ci il tarixdə Mənsimov X8 çayının Lənkəran rayonu Rvo kəndi ərazisindən keçən hissəsində çay yatağının xx.xx.2025-ci il tarixində özbaşına tutaraq, özünə məxsus ekskavatorla Lənkəran rayonu, Rvo kəndində Lənkəran çayının mühafizə zolağında qazıntı işləri aparmışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X5 Xidməti 5 saylı X2 nümayəndəsi X10 inzibati xəta haqqında protokolu müdafiə etdi, protokolun məzmununa uyğun çıxış edərək bildirdi ki, xx.xx.2025-ci il tarixdə Mənsimov X8 çayının Lənkəran rayonu Rvo kəndi ərazisindən keçən hissəsində çay yatağının xx.xx.2025-ci il tarixində özbaşına tutaraq, ekskavatorla Lənkəran rayonu, Rvo kəndində Lənkəran çayının mühafizə çay yatağından və su mühafizə zonasından qarışıq süxur çıxardığı aşkar edilmiş, Şəxs izahatı alınmış, izahatında o, öz təqsirini etiraf etmişdir. Lənkəran çayı 20 km-dən uzun çay olmaqla, çayın sağ və sol sahildə mühafizə zolağı 100 metr təşkil edir. Məhkəmədən qanunamüvafiq qərar qəbul edilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs məhkəmə iclasına iştirak edərək, öz təqsirini etiraf etdi, əməlindən səmimi peşmançılıq hissi keçirdiyini bildirin barəsində yüngül tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etdi. İş materiallarına əlavə edilmiş Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X5 Xidməti 5 saylı X4 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, 001026 №-li Aktdan görünür ki, Xidmətin xx.xx.2025-ci il tarixli 71 EƏ nömrəli əmrinə və regional bölmənin xx.xx.2025-ci il tarixli 009 saylı sərəncamına əsasən keçirilən nəzarət tədbirləri zamanı Lənkəran çayını özbaşına tutmaqla **-BA-*** dövlət qeydiyyat nişanlı təkərli ekskavatorla Lənkəran çayının yatağından və su mühafizə zonasından (o cümlədən sahil müfahizə zolağından) qarışıq süxur çıxarılaraq **-ZP-*** dövlət qeydiyyat nişanlı “Kamaz” maraklı yük avtomobilinə yüklənməsi faktı aşkar edilmişdir. Araşdırma zamanı ekskavatorun sürücüsünün İş materiallarına əlavə edilmiş Şəxs Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X5 Xidməti 5 saylı X3 verdiyi izahatın məzmunundan görünür ki, o, öz təqsirini etiraf etmişdir. İXM-nin 262.1.2-ci maddəsinə görə su obyektlərinin özbaşına tutulmasına görə fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. İXM-in 264.0.3-cü maddəsinə əsasən su mühafizəsi zonaları və sahil mühafizə zolaqları ilə bağlı Azərbaycan Respublikasının Su Məcəlləsində müəyyən edilmiş tələblərə riayət edilməməsinə fiziki şəxslər altı yüz manatdan min manatadək məbləğdə, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər yeddi min beş yüz manatdan on min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 mart 2000-ci il tarixli 56 nömrəli Qərarı ilə təsdiq edilmiş “Su mühafizə zonalarının, onların sahil mühafizə zolaqlarının ölçülərinin, sərhədlərinin və istifadəsinin müəyyən edilməsi” Qaydalarının 8-ci bəndinə görə çayların başlanğıcından uzunluğu boyu su mühafizə zonalarının minimum eni onların ayrı-ayrı hissələri üzrə uzunluğu 10 km-dən 50 km-dək olduqda—100 m həddində qəbul edilir. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Lənkəran rayonu, Gərmətük qəsəbə sakini Mənsimov X8 çayının Lənkəran rayon, Rvo kəndi ərazisindən keçən hissəsində çay yatağının xx.xx.2025-ci il tarixində özbaşına tutaraq, xx.xx.2025-ci il tarixdə Lənkəran çayını özbaşına tutmaqla **-BA-*** dövlət qeydiyyat nişanlı təkərli ekskavatorla Lənkəran çayının yatağından və su mühafizə zonasından (o cümlədən sahil müfahizə zolağından) qarışıq süxur çıxarmışdır. Qeyd olunan hal inzibati xəta haqqında protokol, işdə olan sənədlər və şəxsinin özünün etirafedici izahatı ilə öz təsdiqini tapmışdır. Məhkəmə Şəxs barəsində tətbiq ediləcək tənbehlə əlaqədar aşağıdakıları qeyd edir: AR İXM-nin 32 və 33-cü maddələrinə əsasən inzibati xəta törətmiş Şəxs qarşı inzibati tənbeh tətbiq edilərkən inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Məhkəmə iclasında Şəxs əməlini etiraf edib səmimi peşmançılıq hissi keçirməsi onun məsuliyyətini yüngülləşdirən haldır. Məhkəmə iclasında onun məsuniyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası İXM-nin 34.3-cü madəsində göstərilir ki, bir şəxsin törətdiyi bir neçə inzibati xətaya dair işlərə eyni vaxtda eyni orqan tərəfindən baxıldıqda, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Həmin Məcəllənin 262.1.2 və 264.0.3-cü maddələrindən görünür ki, Azərbaycan Respublikası İXM-nin 264.0.3-cü maddəsində nəzərdə tutulan xəta daha ciddidir. Belə olan halda məhkəmə hesab edir ki, inzibati xəta törədən şəxs Şəxs İXM-nin 264.0.3-cü maddəsinin sanksiyası həddində inzibati tənbeh edilməlidir. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tədbiq edərkən xətanın xarakterini, törədilmə şəraitini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, həmçinin cəmiyyətin maraqlarını, məsuliyyətini yüngülləşdirən halların olmasını və məsuliyyəti ağırlaşdıran halların olmamasını nəzərə almaqla ona aşağı həddə inzibati cərimə növündə inzibati tənbehin tətbiq edilməsini mümkün hesab edir. Qeyd olunanlara əsasən İXM-nin 40, 43, 53, 115 və 128-130-cu maddələrini rəhbər tutub, məhkəmə Qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.1.2 və 264.0.3-cü maddələrində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin. Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsi tətbiq edilməklə həmin Məcəllənin 264.0.3-cü maddəsi ilə Şəxs barəsində 600 (altı yüz) manat məbləğində cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın icrası Lənkəran Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nicat Ağabəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar