Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-607/2025 04.09.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Süleymanov Kamran Şakir oğlunun sədrliyi, Abbaszadə Fərid Şahüseyn oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən-Azərbaycan Dövlət Su Ehtiyyatları Ağentliyi yanında Suların İstifadəsinə və X1 Xidmətinin 5 saylı Lənkəran-Astara Regional bölməsinin nümayəndəsi Nümayəndə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1964-cü il tarixdə Lənkəran rayonu Təngivan kəndində anadan olmuş, həmin kənddə yaşayan, evli, fərdi identifikasiya nömrəsi xxxxxxx Şəxs barəsində Azərbaycan Dövlət Su Ehtiyyatları Ağentliyi yanında Suların İstifadəsinə və X1 Xidmətinin 5 saylı Lənkəran-Astara Regional bölməsi tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 264.0.3-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərə Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyənetdi: Şəxs xx.xx.2025-ci il tarixdə Lənkəran çayının Lənkəran rayonu Narbağı kəndinin ərazisindən keçən hissəsində su qanunvericiliyinin tələblərinə zidd olaraq su mühafizə zonasından qarışıq süxur çıxarması faktına görə onun barəsində Azərbaycan Dövlət Su Ehtiyyatları Ağentliyi yanında Suların İstifadəsinə və X1 Xidmətinin 5 saylı Lənkəran-Astara Regional bölməsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 264.0.3-cü maddəsi ilə xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə Lənkəran Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokol tərtib edən orqan - Azərbaycan Dövlət Su Ehtiyyatları Ağentliyi yanında Suların İstifadəsinə və X1 Xidmətinin 5 saylı Lənkəran-Astara Regional bölməsinin nümayəndəsi Nümayəndə məhkəmə iclasında izahat verərək göstərdi ki, Azərbaycan Dövlət Su Ehtiyyatları Ağentliyi yanında Suların İstifadəsinə və X1 Xidmətinin 5 saylı Lənkəran-Astara Regional bölməsinin xx.xx.2025-ci il tarixli 009 saylı sərəncamına əsasən Lənkəran rayonunun inzibati ərazisində su qanunvericliyinin tələblərinə riayət olunması vəziyyətinin araşdırılması məqsədilə keçirilən nəzarət tədbirləri zamanı Lənkəran çayının Narbağı kəndi ərazisindən keçən hissəsində üzərində dövlət qeydiyyat nişanı olmayan təkərli ekskavatorla Lənkəran çayının su mühafizə zonasından qarışıq süxur çıxarılaraq “KAMAZ” markalı ** BR *** dövlət qeydiyyat nişanlı avtomobilə yüklənməsi faktı aşkar olunmuşdur. Araşdırma zamanı ekskavatorun sürücüsünün Lənkəran rayonun Təngivan kənd sakini Şəxs olduğu müəyyən edilmiş və onun barəsində akt tərtib edilmişdir. Lənkəran çayının uzunluğu 81 kilometr olduğundan çayın mühafizə zonasının minimum eni 200 metr müəyyən edilir. Şəxs tərəfindən Azərbaycan Respublikası Su Məcəlləsinin 103-cü maddəsinin 20-ci abzasının və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 56 saylı Qərarı ilə təsdiq edilmiş “Su mühafizə zolaqlarının, onların sahil mühafizə zolaqlarının, ölçülərinin, sərhədlərinin və istifadəsinin müəyyən edilməsi Qaydalarının” 22 və 23-cü bəndlərinin tələbləri pozulmuş və bununla bağlı ondan izahat tələb edilmişdir. Lakin Şəxs yazılı izahat verməkdən imtina etmişdir. Aşkar olunmuş fakt üzrə onun barəsində xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmədən iş üzrə qanunamüvafiq qərar qəbul edilməsini xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, o, barəsində tərtib olunan protokolda qeyd olunan inzibati xəta hadisəsi törətməsini başa düşməmişdir. Belə ki, Lənkəran rayonu Rvo bələdiyyəsinin sədri ona Lənkəran çayının Lənkəran rayonu Narbağı kəndinin ərazisindən keçən hissəsindən şəhid ailəsi üçün çınqıl aparması tapşırığını vermiş və o da həmin tapşırığa əsasən həmin əraziyə gedib 2-3 maşın çınqıl aparmışdır. Çınqılı özü üçün aparmamış, həmin ərazi bələdiyyəyə aid olduğu üçün hesab etmişdir ki, onun səlahiyyəti vardır və bunun üçün müvafiq orqandan icazə almasına ehtiyac yoxdur. Hazırki işlə bağlı bildiriş aldıqdan sonra bələdiyyə sədrinə bu barədə məlumat vermiş və bildirmişdir ki, onun tapşırığını icra etdiyi üçün hazırda barəsində inzibati qaydada protokol tərtib edilmiş və məhkəmədə işə baxılacaqdır. O, bələdiyyə sədrinin tapşırığlı ilə yerinə yetirdiyi işin sonradan onun üçün inzibati məsuliyyətə səbəb olacağını əvvəlcədən bilməmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Dövlət Su Ehtiyyatları Ağentliyi yanında Suların İstifadəsinə və X1 Xidmətinin 5 saylı Lənkəran-Astara Regional bölməsi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli 001035 nömrəli aktdan görünür ki, Lənkəran çayının Lənkəran rayonun Narbağı kəndinin ərazisindən keçən hissəsində Şəxs tərəfindən su qanunvericiliyinin tələblərinin pozulduğu aşkar edilmişdir. İş materiallarına əlavə edilmiş fotoşəkillərdə üzərində dövlət qeydiyyat nişanı olmayan təkərli ekskavatorla Lənkəran çayının su mühafizə zonasından qarışıq süxur çıxarılaraq “KAMAZ” markalı ** BR *** dövlət qeydiyyat nişanlı avtomobilə yüklənməsi təsvir olunmuşdur. Məhkəmə tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 264.0.3-cü maddəsində nəzərdə tutulmuş xəta hadisəsi törədilmişdir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, xx.xx.2025-ci il tarixdə Azərbaycan Dövlət Su Ehtiyyatları Ağentliyi yanında Suların İstifadəsinə və X1 Xidmətinin 5 saylı Lənkəran-Astara Regional bölməsinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Şəxs Lənkəran çayının Lənkəran rayonu Narbağı kəndinin ərazisindən keçən hissəsində su qanunvericiliyinin tələblərinə zidd olaraq su mühafizə zonasından qarışıq süxur çıxarması aşkar edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 103-cü maddəsinin 20-ci abzasının məzmununa görə su qanunvericiliyini pozan vəzifəli şəxslər, fiziki və hüquqi şəxslər bu Məcəllənin 102-ci maddəsində göstərilən hallarda (o cümlədən, su mühafizəsi zonalarına və sahil mühafizə zolaqlarına riayət etmədikdə) Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada mülki, maddi, inzibati və cinayət məsuliyyəti daşıyırlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 56 nömrəli qərarı ilə təsdiq edilmiş, “Su mühafizə zonalarının, onların sahil mühafizə zolaqlarının ölçülərinin, sərhədlərinin və istifadəsinin müəyyən edilməsi” Qaydalarının 8-ci bəndinin məzmununa görə çayın uzunluğu 50 km-dən 100 km-dək olduqda çayın su mühafizə zonasının minimum eni 200 metr müəyyən edilir. Həmin Qaydaların 22-ci bəndinə əsasən su mühafizə zonalarında su obyektlərinin istifadəsi və mühafizəsinə nəzarət orqanı ilə razılaşdırılmış layihə sənədləri olmadan faydalı qazıntıların, boru, kabel və digər kommunikasiyaların çəkilməsi, ictimai-iaşə və digər xidmət müəssisələrinin yerləşdirilməsi, tikinti, quraşdırma, partlayış, torpaq qazma, buruq qazma və digər işlərinin aparılması qadağan edilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 264.0.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi onun özünün həmin hadisəni törətməsinə dair etirafedici izahatı, akt, fotoşəkillər, inzibati xəta haqqında protokol və digər iş materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin yerinə yetirdiyi işin sonradan onun üçün inzibati məsuliyyətə səbəb olacağını əvvəlcədən bilmədiyi ilə bağlı məhkəmə iclasında verdiyi izahatında qeyd etdiyi xüsusatları onun inzibati məsuliyyətdan azad olunması üçün əsas hesab etmir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 264.0.3-cü maddəsinə əsasən su obyektlərinin mühafizəsi qaydalarının pozulmasına, yəni su mühafizəsi zonaları və sahil mühafizə zolaqları ilə bağlı Azərbaycan Respublikasının Su Məcəlləsində müəyyən edilmiş tələblərə riayət edilməməsinə görə fiziki şəxslər altı yüz manatdan min manatadək məbləğdə, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər yeddi min beş yüz manatdan on min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tədbiq edərkən törədilmiş inzibati xətanın xarakterini, törədilmə şəraitini, inzibati xəta törədən şəxsin təqsirinin dərəcəsini nəzərə almaqla, onun barəsində qeyd olunan maddənin sanksiyasında nəzərdə tutulan aşağı həddə uyğun - 600 manat miqdarında inzibati cərimə inzibati tənbehinin tətbiq edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 25, 31, 40, 43, 110-115, 117-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Dövlət Su Ehtiyyatları Ağentliyi yanında Suların İstifadəsinə və X1 Xidmətinin 5 saylı Lənkəran-Astara Regional bölməsi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 264.0.3cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək onun barəsində 600 manat miqdarında inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Kamran Süleymanov
Məhkəmə qərarları › İş №3(049)-607/2025
Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-607/2025
04.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver