Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-608/2025 29.08.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ələsgərov Elvin Əvəz oğlunun sədrliyi, Bağırov Əkrəm Muxtar oğlunun katibliyi ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 262.2.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə Azərbaycan Dövlət Su Ehtiyyatları Agentliyi yanında Suların İstifadəsinin və X1 Xidməti 5 saylı Lənkəran - Astara Regional bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İXM-nin 262.2.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında Azərbaycan Dövlət Su Ehtiyyatları Agentliyi yanında Suların İstifadəsinin və X1 Xidməti 5 saylı Lənkəran - Astara Regional bölməsinin rəis əvəzi X2 tərəfindən tərtib edilmiş protokol Lənkəran Rayon Məhkəməsinə daxil olmuşdur. İş materiallarında olan xx.xx.2025-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokoldan və Şəxs izahatından görünür ki, xx.xx.2025-ci il tarixdə Lənkəran şəhəri, H.Əliyev pr-də fiziki şəxs Şəxs tərəfindən içməli, məişət və tullantı sularının kənara təyinatsız axıtdığı üçün barəsində Azərbaycan Respublikası İXM-nin 262.2.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə inzibati protokolu tərtib etmiş Azərbaycan Dövlət Su Ehtiyyatları Agentliyi yanında Suların İstifadəsinin və X1 Xidməti 5 saylı Lənkəran - Astara Regional bölməsinə və Şəxs lazımı qaydada məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasına gəlməmişdir. Məhkəmə İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinin tələbinə uyğun olaraq inzibati protokolu tərtib etmiş Azərbaycan Dövlət Su Ehtiyyatları Agentliyi yanında Suların İstifadəsinin və X1 Xidməti 5 saylı Lənkəran - Astara Regional bölməsinin nümayəndəsini və Şəxs iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat materiallarındakı sübutları tədqiq edərək hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməllər Azərbaycan Respublikasının İXM-nin 262.2.3-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Azərbaycan Dövlət Su Ehtiyyatları Agentliyi yanında Suların İstifadəsinin və X1 Xidməti 5 saylı Lənkəran - Astara Regional bölməsinin 001004 nömrəli, xx.xx.2025-ci il tarixli aktında göstərilmişdir ki, Lənkəran şəhəri Heydər Əliyev pr-də Azərbaycan Dövlət Su Ehtiyyatları Agentliyi yanında Suların İstifadəsinin və X1 Xidməti 5 saylı Lənkəran - Astara Regional bölməsinin xx.xx.2025-ci il tarixli, 10 saylı sərəncamına əsasən keçirilən monitorinq zamanı fiziki şəxs Şəxs məxsus çayxanada istifadə etdiyi zaman yaranan tullantı sularının tikilmiş şambaya axıdılması və oradan da sızma baş verərək kənara təyinatsız axması halı aşkar olunmuş, aparılan monitorinq zamanı çayxananın ərazisinə baxış Şəxs iştirakı ilə aparılmış, monitorinq nəticəsi olaraq aşkar olunmuşdur ki, bu hal AR İXM-nin 262.2.3-cü maddəsində göstərilənlərə əsasən qanun pozuntusudur. Azərbaycan Dövlət Su Ehtiyyatları Agentliyi yanında Suların İstifadəsinin və X1 Xidməti 5 saylı Lənkəran - Astara Regional bölməsi tərəfindən Şəxs alınmış xx.xx.2025-ci il tarixli izahatdan görünür ki, Tofiq İsmayılov küçəsində dəniz kənarında çayxana işlədir, onun işlətdiyi səyyari çayxanada monitorinq onun iştirakı ilə aparılan zaman tullantı sularının şanbaya tökülərək, ətrafa sızması müşahidə olunmuş, onun barəsində yol verdiyi qanun pozuntusu ilə əlaqədar tərtib olunmuş akt və protokolu təsdiq edir, monitorinq keçirilməsinə etirazı yoxdur, onun vöen – vergi ödəyicilərinin eyniləşdirilməsi nişanı yoxdur, qeydiyyatsız işləyir, etirafı özü yazmışdır. Azərbaycan Dövlət Su Ehtiyyatları Agentliyi yanında Suların İstifadəsinin və X1 Xidməti 5 saylı Lənkəran - Astara Regional bölməsinin 001004 nömrəli, xx.xx.2025-ci il tarixli aktını ADSUEA-nın yanında SİMDNX-nin 5 saylı Lənkəran - Astara Regional bölməsinin əməkdaşları və Şəxs imzalayaraq, doğruluğunu təsdiq etmişdir. Azərbaycan Respublikasının İXM-nin 262.2.3-cü maddəsinə əsasən içməli məişət, texniki və tullantı sularının kənara (çöllərə, küçələrə, rabitə və enerji kommunikasiya şəbəkələrinə) təyinatsız axıdılmasına görə fiziki şəxslər yüz manatdan yüz əlli manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan üç min manatadək məbləğdə cərimə edilir. Şəxs tullantı suyunun təyinatsız axıdması, beləliklə İXM-in 262.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsi özünün etirafedici izahatı, akt və barəsində tərtib edilmiş protokol ilə tam şəkildə sübuta yetirilir. Azərbaycan Respublikasının İXM-nin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikasının İXM-nin 31.2-ci maddəsinə görə isə, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs əməlini etiraf etməsini, əməlindən peşman olmasını onun məsuliyyətini yüngülləşdirən hallar hesab edir. İş üzrə Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini və məsuliyyətini yüngülləşdirən halları nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 262.2.3cü maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə inzibati tənbeh tətbiq etməklə inzibati tənbehin məqsədlərinə nail olmaq olar, bu növ inzibati tənbehin təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati məsuliyyətə cəlbetmənin məqsədlərinə uyğundur. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona, 100 (yüz) manat miqdarında inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərardan təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elvin Ələsgərov
Məhkəmə qərarları › İş №3(049)-608/2025
Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-608/2025
29.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver