Məhkəmə qərarları › İş №3(049)-61/2023

Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-61/2023

26.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-61/2023 26.01.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Süleymanov Kamran Şakir oğlunun sədrliyi, Abbaszadə Fərid Şahüseyn oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1984-cü il tarixdə Lənkəran rayonu, Girdəni kəndində anadan olmuş, həmin kənddə yaşayan, evli, orta təhsilli, işsiz, fərdi identifikasiya nömrəsi xxxxxxx olan Şəxs barəsində Lənkəran şəhər rayon polis şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyənetdi: Şəxs mərhum babasına məxsus olan bir ədəd Y-10960 nömrəli, TOZ-63 markalı, 16 kalibrli, qoşa lüləli, yivsiz ov tüfəngini qanunsuz olaraq əldə etməsi və Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almadan üzərində gəzdirməsi, həmin silahın xx.xx.2023-cü il tarixdə Lənkəran şəhər-rayon X2 Patrul Xidmətinin polis nəfərləri tərəfindən onun üzərində aşkar edilərək götürülməsi faktı üzrə inzibati icraat başlanılmaqla Lənkəran şəhər-rayon polis şöbəsinin X1 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək göstərdi ki, Y-10960 nömrəli, TOZ-63 markalı, 16 kalibrli, qoşa lüləli, yivsiz ov tüfəngi onun mərhum babasına məxsusdur. Lakin onun özünün qeyd olunan silahı əldə etməsi, saxlaması və üzərində gəzdirməsi üçün müvafiq sənədləri yoxdur. xx.xx.2023-cü il tarixdə mərhum babasına məxsus ov tüfəngini götürərək Lənkəran rayonu, Girdəni kəndində yerləşən otlaq sahəsinə getmiş və orada saat təxminən 16:00 radələrinə polis əməkdaşları tərəfindən saxlanılaraq üzərinə baxış keçirilərkən ov tüfəngi üzərindən aşkar edilmişdir. Polis əməkdaşları ondan sənədlərini tələb etmişlər, lakin o, üzərində heç bir sənədinin olmadığını, tüfəngin mərhum babasına məxsus olduğunu bildirmiş və sonra da ov tüfəngini könüllü olaraq həmin ərazidə xidmətdə olan polis əməkdaşlarına təqdim etmişdir. O, ov silahını müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almadan gəzdirdiyinə görə əməlindən səmimi peşman olmuşdur. Məhkəmədən qeyd etdikləri nəzərə alınmaqla ona qanun çərçivəsində güzəşt edilməsini xahiş edir. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, Şəxs mərhum babasına məxsus bir ədəd Y-10960 nömrəli, TOZ-63 markalı, 16 kalibrli, qoşa lüləli, yivsiz ov tüfəngini qanunsuz olaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almadan üzərində gəzdirmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını dinləyərək belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və o, həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilərək inzibati tənbeh edilməlidir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun tərəfindən törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin səmimi peşmançılığı onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Şəxs tərəfindən törədilmiş inzibati xətada məsuliyyəti ağırlaşdıran hallar aşkar edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almamış şəxslər tərəfindən mülki silahın və ya onun üçün döyüş sursatının əldə edilməsi, saxlanılması, daşınması, başqa şəxslərə verilməsi və ya satılmasına görə silah və döyüş sursatı müsadirə edilməklə səksən manatdan yüz manatadək məbləğdə cərimə nəzərdə tutulmuşdur. Məhkəmə Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, onun şəxsiyyətini, təqsirinin dərəcəsini, habelə məsuliyyəti yüngülləşdirən halı nəzərə alaraq onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsində nəzərdə tutulan inzibati cərimənin aşağı həddində - 80 (səksən) manat miqdarında inzibati cərimə tətbiq edilməsini, bir ədəd Y-10960 nömrəli, Toz-63 markalı, 16 kalibrli, qoşa lüləli, yivsiz ov tüfənginin müsadirə edilməsini məqsədə müvafiq hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 25, 43, 106-115, 117-ci maddələrini rəhbər tutaraq məhkəmə, qəraraaldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2023cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol üzrə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə təqsirli bilinib bir ədəd Y-10960 nömrəli, Toz-63 markalı, 16 kalibrli, qoşa lüləli, yivsiz ov tüfəngi müsadirə edilməklə 80 manat miqdarında inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Kamran Süleymanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar