Məhkəmə qərarları › İş №3(049)-613/2025

Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №3(049)-613/2025

19.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № 3(049)-613/2025 19.08.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Ağabəyov Nicat Rauf oğlu, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti X1 Hirkan Milli Parkının barəsində tərtib etdiyi inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədləri Lənkəran Rayon Məhkəməsinin inzibati binasında nəzərdən keçirərək, m ü ə y y ə n e t d i m: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti X3 Hirkan Milli Parkının barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsi ilə xx.xx.2025-ci il tarixli, ******* №-li inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarını nəzərdən keçirərək hesab edirəm ki, inzibati xəta haqqında protokol və toplanmış material geri qaytarılmalıdır. Belə ki, təqdim edilmiş sənədlər əsasında müəyyən edilir ki, Hirkan Milli Parkı barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsinə əsasən xx.xx.2025-ci il tarixində MN ******* nömrəli İnzibati xəta haqqında protokol tərtib olunaraq, həmin tarixli MN ******* nömrəli inzibati xəta haqqında işin aidiyyəti üzrə göndərilməsi barədə qərardadla Lənkəran Rayon Məhkəməsinə yöndərilmişdir. Lənkəran Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 3(049)-396/2025 nömrəli qərarı ilə iş üzrə icraata xitam verilmişdir. Həmin qərardan X5 Xidmətinin Hüquq İdarəsi tərəfindən Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli 3(106)-402/2025 nömrəli qərarı ilə Lənkəran rayon məhkəməsinin xx.xx.2025-ci tarixli 3(049)-396/2025 nömrəli qərarı ləğv edilmiş və iş üzrə yenidən inzibati araşdırma aparılması səlahiyyətli orqanı olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin X2 həvalə edilmişdir. Yenidən araşdırmanın nəticəsi olaraq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin X3 Hirkan Milli Parkının Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsi ilə təqsirli olduğu qənaətinə gəlsə də, inzibati xəta haqqında protokol tərtib etməmiş, artıq mahiyyəti üzrə baxılmış və qərar qəbul edilmiş xx.xx.2025-ci il tarixli, ******* №-li inzibati xəta haqqında protokolun surətini hazırki materiallara əlavə etmiş, yalnız “inzibati xəta haqqında işin aidiyyəti üzrə göndərilməsi barədə” xx.xx.2025-ci il tarixli, ******* №-li qərardad qəbul etməklə kifayətlənmişdir. Azərbaycan Respublikası İXM-nin 100.2-ci maddəsinə əsasən inzibati xəta haqqında protokol ciddi hesabat sənədi olmaqla, əl ilə və ya informasiya sistemləri vasitəsilə nömrələnmiş blanklarda və ya səlahiyyətli orqanların informasiya sistemlərində elektron qaydada tərtib olunur. Həmin Məcəllənin 109.1.6-cı maddəsinə görə protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 may 2019-cu il tarixli Qərarında qeyd olunur ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apellyasiya şikayəti vermək hüququ istisna edilir. İnzibati protokolu tərtib etmək səlahiyyəti olan orqan (vəzifəli şəxs) həmin protokolu tərtib edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə ciddi riayət etməlidir. Məhkəmələr protokol və ya digər sənədlərin düzgün tərtib olunmadığını və ya təqdim edilmiş materialların natamam olduğunu müəyyən etdikdə “prosessual qənaət” və “işlərə ağlabatan müddətdə baxılması” prinsiplərini rəhbər tutaraq sənədləri onu tərtib etmiş orqana, vəzifəli şəxsə qərardadla qaytarmazdan əvvəl, həmin qüsur və natamamlıqların aradan qaldırılması üçün bütün imkan və vasitələrdən istifadə etməlidir. Qeyd olunan hüquq normalarının tələblərinə, eləcə də yuxarıda göstərilən qərarda ifadə edilmiş hüquqi mövqeyə əsaslnaraq məhkəmə bu nəticəyə gəlir ki, inzibati xəta haqqında protokol və əlavə edilmiş sənədlər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti X2 geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100, 109-cu maddələrini rəhbər tutaraq, Qəraraaldım: Hirkan Milli Parkının barəsində tərtib etdiyi inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti X2 geri qaytarılsın. Hakim Nicat Ağabəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar