Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-616/2024 22.07.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi X7, məhkəmə iclas katibi Hüseynov Murad Əbdül oğlunun katibliyi, X1 iştirakı ilə, X2 İXP ******* saylı inzibati xəta haqqında qərarın ləğv edilməsi və s. tələbinə dair şikayətə Lənkəran Rayon Məhkəməsində xx.xx.2024-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: X8 məhkəməyə müraciət edərək barəsində çıxarılmış İXP ******* saylı inzibati xəta haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi, avtomobilə qoyulmuş həbsin götürülməsi, ödəniş sisteminə yerləşdirilmiş cərimə məbləğinin və hesablanmış dəbbə məbləğinin silinməsi, barəsində qəbul edilmiş **-EK-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyətçisinə (X9, mobil telefon nömrəsi: +994-99-888- 6694) aid olan inzibati xəta haqqında qərarların və cərimə ballarının adından ləğv edilib X6 tətbiq edilməsi və ona məxsus şəxsi kabinetindən həmin qərarların və cərimələrin silinməsi və bu işlərdə vəzifələrini düzgün yerinə yetirməyən Yol Polisi əməkdaşlarının qanunvericiliyə əsasən cəzalandırılması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cii il tarixində, idarəetməsində olan **-SD-*** dövlət qeydiyyat nişanlı, Mercedes Benz L200 CDİ minik markalı avtomobillə X17 hərəkətdə olarkən Baş Dövlət Yol Polisi tərəfindən əsassız olaraq barəsində İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsini əsas gətirərək, inzibati xətta haqqında qərar qəbul edilmişdir. İnzibati Xətalar Məcəlləsinin 327.1.-ci maddəsində qeyd olunur ki, yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə sürücü cərimə edilir. Şəxsi kabinetə yerləşdirilmiş protokolda qeyd olunan maddənin hansı tələbini pozmağı haqqında heç bir qeyd, şəkil, video və ya inzibati xətanı təsdiq edən hər hansı bir dəlil yoxdur. Ona kağız daşıyıcıda nə protokol, nə də qəbul edilmiş qərar göndərilməmişdir. Sadəcə şəxsi kabinetinə yerləşdirilmişdir. Şəxsi kabinetə yerləşdirilən kimi qərardan elektron qaydada şikayət etmişdir. Sonuncu şikayəti yenə elektron qaydada xx.xx.2024-cü il tarixində Baş Dövlət Yol Polisi İdarəsin rəsmi saytı vasitəsiylə olmuşdur. Dəfələrlə elektron qaydada şikayət etməyinə baxmayaraq şikayətinə baxılmamışdır. Göründüyü kimi qanunvericiliyin tələblərini pozmadığı halda barəsində inzibati xəta haqqında qərar çıxarılaraq, cərimə olunmuşdur. xx.xx.2022-ci il tarixində, **-EK-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyətçisi (X9, mobil telefon nömrəsi: +994-99-888- 6694) həmin nəqliyyat vasitəsini bir neçə günlük idarə etmək üçün 7E-15004 saylı reyestr nömrəli etibarnamə vermişdir. Sonradan həmin nəqliyyat vasitəsini o, heç vaxt idarə etmədiyi halda Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən şəxsi kabinetinə inzibati xəta törətdiyi haqda əsassız olaraq 5 ədəd (LQ 20273929, LQ 20512438, LQ 20710231, LQ 20717137, LQ ********) müxtəlif qayda pozuntular haqqında qərar qəbul edilmiş və ona 8 cərimə balı tətbiq edilmişdir. Bu problemlə bağlı da Baş Dövlət Yol Polisi İdarəsinə elektron qaydada şikayət etməyinə baxmayaraq onun şiksayəti cavabsız qalmışdır. Şikayətçi məhkəmə iclasında şikayətini müdafiə edib onun təmin olunmasını xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, İXP ******* saylı inzibati xəta haqqında protokol istisan olmaqla onun barəsində qəbul edilmiş digər inzibati protokolların ona heç bir aidiyyatı yoxdur. Belə ki, digər inzibati protokollar tərtib edildiyi zamanlar, **-SD-*** dövlət qeydiyyat nişanlı, Mercedes Benz L200 CDİ minik markalı avtomobil onun mülkiyyətçisi X3 özündə olmuşdur. Həmin avtomobilin idarə olunasına dair Nərgiz tərəfindən ona etibarnamə verilsə də, faktiki olaraq o, həmin avtomobili idarə etməmişdir. Baş Dövlət Yol Polis İdarəsindən bu anlaşılmazlığın aradan qaldırılmasını tələb etsə də, onun şikayətlərinə əhəmiyyət verilməmişdir. İXP ******* saylı inzibati xəta haqqında protokola gəldikdə həmin protokol şəxsi kabinetə yerləşdirilmiş, lakin protokolda qeyd olunan maddənin hansı tələbini pozduğu göstərilməmiş, həmin pozuntunu əks etdirən şəkil, video və ya inzibati xətanı təsdiq edən hər hansı bir digər sübut göstərilməmişdir. Qanunla müəyyən edilmiş qaydada və müddətdə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, inzibati xəta haqqında protokollara görə cavabdeh olan Baş Dövlət Yol Polis İdarəsinin səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 112.1.4-cü maddəsinə əsaslanaraq, işə onlasrın səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayətçinin izahatını və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, şikayət qismən təmin edilməli, İXP ******* saylı inzibati xəta haqqında protokol ləğv edilməli, inzibati xəta haqqında iş yenidən araşdırılması üçün Baş Dövlət Yol Polis İdarəsinə qaytarılmalıdır. Belə ki, iş materiallarında olan “Nəqliyyat vasitəsindən istifadə edilməsinə dair” 2xx.xx.2022-ci il tarixli Etibarnamədən görünür ki, həmin Etibarnamə ilə **-SD-*** dövlət qeydiyyat nişanlı, “Mercedes Benz L200 CDİ minik” markalı avtomobilin mülkiyyətçisi X10 xx.xx.2023-cü il tarixədək nəqliyyat vasitəsindən istifadə etmək hüququnu X4 vermişdir. Məhkəmə iclasında X8 təkidlə bildirmişdir ki, qeyd olunan nəqliyyat vasitəsini idarə etmək hüququ ona verilsə də, faktiki olaraq o, həmin hüquqdan əsasən istifadə etməmiş və hər-hansı bir yol hərəkəti pozuntusuna yol verməmişdir. Məhkəmə qeyd edir ki, X4 qeyd olunan avtomobili idrə etməyə hüquq verildiyi kimi, həmin hüquq avtomobilin mülkiyyətçisinə də məxsusdur. Belə ki, Mçülki Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Göründüyüü kimi, etibarnamə ilə istifadə hüququ X4 verilsə də, həmin hüquq avtomobilin mülkiyyətçisi X5 da saxlanılmışdır. Protokollar çıxarıldığı zaman faktiki olaraq avtomobilin kim tərəfindən idarə olunduğunu müəyyən etmək məqsədilə məhkəmə, xx.xx.2024-cü il tarixdə, 3(049)-616/2024 saylı sorğu ilə Baş Dövlət Yol Polis İdarəsinə rəsmi olaraq müraciət edərək xx.xx.2024-cü il tarixə təyin edilmiş məhkəmə iclasına nümayəndələrinin iştirakını təmin edib EQ 20273929, EQ 20512438, EQ 20717137, EQ 20710231, EQ 20844161, və İXP ******* nömrəli qərarların çıxarılması üçün əsas olmuş foto və videogörüntüləri məhkəməyə təqdim etməsini xahiş etmişdir. Lakin məhkəmə iclasına onun nümayəndəsi gəlməmiş, eləcə də qeyd olunan protokolların çıxarılmasına səbəb olmuş foto və videogörüntüləri məhkəməyə təqdim etməmişdir. Məhkəmə bununla bağlı qeyd edir ki, şəxs inzibati məsuliyyətə şübhələr əsasında deyil, faktlar və həmin faktları təsdiqləyən mötəbər sübutlar əsasında cəlb oluna bilər. Lakin həmin faktları müəyyən etmək məqsədilə tələb olunan foto və videogörüntülər məhkəməyə təqdim etmədiyindən, şikayətçinin göstərdiklərinin həqiqət olub-olmadığınıl müəyyən etmək olmur. Məhkəmə qeyd edir ki, İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İXM-in 135.1.1 və 135.1.6-cı maddələrinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması və ya bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Azərbaycan Respublikası İXM-in 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. İXP ******* saylı prokol natamam olduğu, eləcə də digər protokollar çıxarıldığı zaman faktiki olaraq avtomobilin kim tərəfindən idarə olunduğunu müəyyən etmək mümkün olmadığı üçün yenidən araşdırmaya zərurət vardır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8, 76, 134, 135ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: X2 şikayəti qismən təmin edilsin. İXP ******* saylı inzibati xəta haqqında protokol ləğv edilsin. İnzibati xəta haqqında iş yenidən araşdırılması üçün Baş Dövlət Yol Polis İdarəsinə qaytarılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. X16
Məhkəmə qərarları › İş №3(049)-616/2024
Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-616/2024
22.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver