Məhkəmə qərarları › İş №3(049)-618/2025

Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-618/2025

10.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-618/2025 10.09.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Süleymanov Kamran Şakir oğlunun sədrliyi, Abbaszadə Fərid Şahüseyn oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən-Azərbaycan Dövlət Su Ehtiyatları Ağentliyi yanında Suların İstifadəsinə və X2 Xidmətinin 5 saylı X1nin nümayəndəsi Nümayəndə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X3 iştirakı ilə, xx.xx.1980-ci il tarixdə Lənkəran rayonu Vilvan kəndində doğulmuş, həmin kənddə yaşayan, “Cənnət Xıl” istirahət mərkəzində sahibkarlıq fəaliyyəti ilə məğul olan vəzifəli şəxs, evli, fərdi identifikasiya nömrəsi 27L008Z X4 barəsində Azərbaycan Dövlət Su Ehtiyatları Ağentliyi yanında Suların İstifadəsinə və X2 Xidmətinin 5 saylı X1 tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərə Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyənetdi: X4 tərəfindən xx.xx.2025-ci il tarixdə Lənkəran rayonu Osakücə kəndinin ərazisində yerləşən “Cənnət Xıl” istirahət mərkəzində içməli, məişət və tullantı sularının kənara təyinatsız axıdılması faktına görə onun barəsində Azərbaycan Dövlət Su Ehtiyatları Ağentliyi yanında Suların İstifadəsinə və X2 Xidmətinin 5 saylı X1 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsi ilə xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə Lənkəran Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokol tərtib edən orqan - Azərbaycan Dövlət Su Ehtiyatları Ağentliyi yanında Suların İstifadəsinə və X2 Xidmətinin 5 saylı X1nin nümayəndəsi Nümayəndə məhkəmə iclasında izahat verərək göstərdi ki, Azərbaycan Dövlət Su Ehtiyatları Ağentliyi yanında Suların İstifadəsinə və X2 Xidmətinin 5 saylı X1nin xx.xx.2025-ci il tarixli 10 nömrəli sərəncamına əsasən Veravul çayının Lənkəran rayonu Osakücə kəndi ərazisindən keçən hissəsində monitorinq aparılmışdır. Lənkəran rayonu Osakücə kəndinin ərazisində yerləşən “Cənnət Xıl” istirahət mərkəzinə baxış keçirilməsi zamanı əsasən sulardan istifadə və tullantı sularının axıdılması sistemləri yoxlanılmışdır. Yoxlama zamanı içməli, məişət və tullantı sularının kənara təyinatsız axıdılması faktı aşkar edilmişdir. Belə ki, kanalizasiya və tullantı sularının istirahət mərkəzinin ərazisində kanalizasiya və tullantı sularının yığılması üçün tikilmiş anbarlara axıdıldığı müəyyən edilmişdir. Lakin anbarlar tikilərkən tikinti norma və qaydalarına əməl edilmədiyindən anbarlardan mütəmadi olaraq ətraf ərazilərə sızmalar baş verir. Baxış keçirilməsində “Cənnət Xıl” istirahət mərkəzində sahibkarlıq fəaliyyəti ilə məşğul olan vəzifəli şəxs X4 özü də iştirak etmiş, çirkab və kanalizasiya sularının anbarlardan sızması onun özünün də nəzərinə çatdırılmışdır. X4 qeyd olunan nöqsanları qısa müddətdə aradan qaldıracağını öhdəsinə götürmüş, bununla bağlı yazılı izahat da vermişdir. Aşkar olunmuş nöqsablarla bağlı 5 saylı X1 tərəfindən fotoşəkillər çəkilməklə müvafiq akt tərtib edilərək imzalanmış, lakin X4 həmin aktı imzalamaqdan imtina etmişdir. Aşkar olunmuş fakt üzrə X3 barəsində xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və həmin protokol əsasında o, inzibati məsuliyyətə cəlb edilmişdir. Məhkəmədən iş üzrə qanunamüvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X4 məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, o, 2018-ci ildən “Cənnət Xıl” istirahət mərkəzində sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Həmin obyektdə çirkab sularının axıdılması üçün anbar vardır, lakin anbarlarda sızmalar olmamışdır. 5 saylı X1 tərəfindən çəkilmiş fotoşəkillərdə əks olunan anbar fontan anbarıdır. Çirkab suların yığılması üçün obyektdə 2 anbar vardır və həmin anbarların fontan anbarına hər hansı aidiyyəti yoxdur. Monitorinq keçirilərkən o özü də iştrak etmiş və aktda qeyd olunan nöqsanları qısa müddətdə aradan qaldıracağını öhdəsinə götürmüşdür. Əməlindən səmimi peşmandır. Qeyd etdiklərinə əsasən iş üzrə qanunamüvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş edir. İş materiallarına əlavə edilmiş Azərbaycan Dövlət Su Ehtiyatları Ağentliyi yanında Suların İstifadəsinə və X2 Xidmətinin 5 saylı X1 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli 001030 nömrəli aktdan və fotoşəkillərdən görünür ki, həmin müəssisənin əməkdaşları tərəfindən aparılan monitorinq zamanı Lənkəran rayonu Osakücə kəndinin ərazisində yerləşən “Cənnət Xıl” istirahət mərkəzində içməli, məişət və tullantı sularının kənara təyinatsız axıdılması faktı aşkar edilmişdir. Bununla bağlı 5 saylı X1 tərəfindən fotoşəkillər çəkilməklə müvafiq akt tərtib edilərək imzalanmış, lakin həmin aktda “Cənnət Xıl” istirahət mərkəzində sahibkarlıq fəaliyyəti ilə məşğul olan vəzifəli şəxs X3 aktı imzalamaqdan imtina etdiyi qeyd edilmişdir. Həmin fotoşəkillərdə məişət və tullantı sularının kənara axıdılması təsvirləri əks olunmuşdur. Məhkəmə tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək belə nəticəyə gəlir ki, X4 tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsində nəzərdə tutulmuş xəta hadisəsi törədilmişdir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, xx.xx.2025-ci il tarixdə Azərbaycan Dövlət Su Ehtiyatları Ağentliyi yanında Suların İstifadəsinə və X2 Xidmətinin 5 saylı X1nin əməkdaşları tərəfindən aparılan monitorinq zamanı Lənkəran rayonu Osakücə kəndinin ərazisində yerləşən, X3 vəzifəli şəxs olaraq sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu “Cənnət Xıl” istirahət mərkəzində içməli, məişət və tullantı sularının kənara təyinatsız axıdılması faktı aşkar edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X3 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi onun özünün həmin hadisəni törətməsinə dair etirafedici izahatı, akt, fotoşəkillər, inzibati xəta haqqında protokol və digər iş materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu obyektdə çirkab sularının axıdılması üçün anbar olduğu, lakin anbarlarda sızmalar olmadığı işə əlavə edilmiş fotoşəkillərdə əks olunan anbarın fontan anbarı olduğu ilə bağlı məhkəmə iclasında verdiyi izahatında qeyd etdiyi xüsusatları onun inzibati məsuliyyətdan azad olunması üçün əsas hesab etmir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsinə əsasən içməli məişət, texniki və tullantı sularının kənara (çöllərə, küçələrə, rabitə və enerji kommunikasiya şəbəkələrinə) təyinatsız axıdılmasına görə fiziki şəxslər yüz manatdan yüz əlli manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan üç min manatadək məbləğdə cərimə edilir.. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin ilk dəfə inzibati xəta törətməsi və əməlindən səmimi peşman olması məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Məhkəmə araşdırması zamanı onun məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X4 barəsində inzibati tənbeh tədbiq edərkən törədilmiş inzibati xətanın xarakterini, törədilmə şəraitini, inzibati xəta törədən şəxsin təqsirinin dərəcəsini, habelə, məsuliyyəti yüngülləşdirən halı nəzərə almaqla, onun barəsində qeyd olunan maddənin sanksiyasında nəzərdə tutulan aşağı həddə uyğun - 800 manat miqdarında inzibati cərimə inzibati tənbehinin tətbiq edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 25, 31, 40, 43, 110-115, 117-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X4 Azərbaycan Dövlət Su Ehtiyatları Ağentliyi yanında Suların İstifadəsinə və X2 Xidmətinin 5 saylı X1 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək onun barəsində 800 manat miqdarında inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Kamran Süleymanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar