Məhkəmə qərarları › İş №3(049)-624/2024

Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-624/2024

05.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-624/2024 05.06.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ X3 Əhmədağa oğlunun sədrliyi, məhkəmə iclasının katibi Hüseynov Murad Əbdül oğlunun katibliyi, Lənkəran Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 və borclu Şəxs iştirakı ilə xx.xx.1983-cü il tarixdə Lənkəran rayonu, Alxovka kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, üç azyaşlı işağı olan, orta təhsilli, işsiz, Lənkəran rayonu, Göyşaban kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.1 və 529.2-ci maddələri ilə inzibati xəta törətməsinə dair Lənkəran Rayon İcra və Probasiya Şöbəsinin daxil olmuş inzibati xəta haqqında protokola Lənkəran Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Lənkəran Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 tərəfindən Şəxs barəsində İXM-nin 529.1 və 529.2-ci maddələri ilə MN ******* №-li, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərilmişdir. Həmin protokoldan məlum olur ki, Şəxs Lənkəran Rayon Məhkəməsinin 3(049)- 618/2022 saylı xx.xx.2022-ci il tarixli və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinın ******* saylı, xx.xx.2023-cü il tarixli icra sənədlərinə əsasən müvafiq olaraq 700 və 700 manat olmaqla, cəmi 1400 manat cərimə hesablanmış, həmin cərimə ödənilməmişdir. Məhkəmə iclasında icra məmuru X2 göstərmişdir ki, yuxarıda qeyd olunmuş icra sənədlərini icra etmədiyinə görə borclu barəsində inzibati protokol tərtib edilərərk məhkəməyə verilmiş, məhkəmə iclası bir gün təxirə salınmışdır ki, borclu borcunu bağlasın. Borclu borcunu tam bağlamasa da, məhkəmənin icra sənədinə əsasən 700 manat cərimə məbləğinin tam, Ekologiya və Təbii Sərvətlər Nazirliyinın icra sənədinə əsasən isə cərimənin 200 manatını ödəməklə, ödənilməmiş cərimənin məbləği 500 manat təşkil eləyir. İcra məmuru ümumilikdə 900 manat məbləğində cərimə ödənişini təsdiqləyən iki ədəd qəbzi məhkəməyə təqdim edərək protokolun təmin edilib-edilməməsini məhkəmənin mülahizəsinə buraxmışdır. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs özünü ona elan edilmiş İXM-nin 529.1 və 529.2-ci maddələri ilə təqsirli bilərək göstərmişdir ki, maddi imkanı olmadığı üçün həmin cərimələri vaxtında ödəyə bilməmişdir. Hazırda həmin cərimələrdən məhkəmənin icra sənədinə əsasən 700 manat məbləğini tam, Ekologiya və Təbii Sərvətlər Nazirliyinın icra sənədinə əsasən isə cərimənin 200 manatını ödəmiş, qalan 500 manat cərimə məbləğini yaxın vaxtlarda ödəyəçəkdir. Buna görə də barəsində olan inzibati icraata xitam verilməsinbi xahiş edir. Məhkəmə iş materiallarını nəzərdən keçirib, icra məmurunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını dinləyərək qərar gəlir ki, inzibati hadisənin olmaması ilə bağlı inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 150.9-cu maddəsinin həmin Məcəllənin 38, 145.1.6 və 146.1-1-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 mart 2023-cü il tarixli Qərarında qeyd edilmişdir ki, İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsinə əsasən, yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların və bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə istisna olmaqla, inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarının qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə müvafiq inzibati tənbeh tədbirinin (ictimai işlərin) tətbiq edilməsi nəzərdə tutulmuşdur. İnzibati Xətalar Məcəlləsinin 150.1-ci maddəsinin tələbinə görə, inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı qanuni qüvvəyə mindikdən və ya bu Məcəllənin 143-cü maddəsində nəzərdə tutulmuş möhlət verilmənin, təxirəsalmanın müddəti bitdikdən otuz gündən gec olmayaraq, inzibati xəta törətmiş şəxs inzibati cəriməni ödəməlidir. Həmin Məcəllənin 150.9-cu maddəsinə müvafiq olaraq, fiziki və ya vəzifəli şəxs barəsində inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında səlahiyyətli orqanın (vəzifəli şəxsin) məcburi icraya yönəldilmiş qərarı 2 ay müddətində, məhkəmənin məcburi icraya yönəldilmiş qərarı isə 15 gün müddətində icra olunmadıqda, icra məmuru bu Məcəllənin 529.1 və ya 529.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edir. Məhkəmə iclasında müəyyən olundu ki, Lənkəran Rayon Məhkəməsi tərəfindən 3(049)-618/2022 saylı, xx.xx.2022-ci il tarixli inzibati qərar qəbul edilərək Şəxs İXM-nin 272.1-ci maddəsi ilə təqsirli bilinib ona 700 manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. Bunan əlavə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən MN ******* saylı, xx.xx.2023-cü il tarixli qərar qəbul edilərək Şəxs İXM-nin 272.1-ci maddəsi ilə təqsirli bilinib ona 700 manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. Azərbaycan Respublikası İXM-nin 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən Bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 - 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Qeyd olunan normaların tələbləri ilə bağlı məhkəmə qeyd edir ki, hər iki qərarla Şəxs təqsirli bilindiyi İXM-nin 272.1-ci maddəsi yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xəta hesab edilmədiyindən, onun Lənkəran Rayon Məhkəməsi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi həmin maddlərlə ilə təqsirli bilinməsinə dair qərarlarından, onların surətlərini aldığı gündən 10 gün müddətində şikayət vermək hüququ olmuş, lakin şikayət verməmişdir. İnzibati materialdan müəyyən olunur ki, qeyd olunan həmin qərarlar müvafiq olaraq xx.xx.2022 və xx.xx.2023-cü il tarixlərdə qanuni qüvvəsini almışdır. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin qərarı isə İnzibati Xətalar Məcəlləsinin 510.1-ci maddəsinin tələbinə əsasən ən geci otuz gün müddətində, yəni xx.xx.2023-cü il tarixədək icra edilmədiyindən, icra olunması üçün Lənkəran Rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. Məhkəmə qərarı da qanuni qüvvəsini aldıqdan sonra dərhal icra olunması üçün Lənkəran Rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. Yuxarıda qeyd olunmuş İXM-nin 150.9-cu maddəsinə müvafiq olaraq, fiziki və ya vəzifəli şəxs barəsində inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında məhkəmənin məcburi icraya yönəldilmiş qərarı 15 gün müddətində, səlahiyyətli orqanın (vəzifəli şəxsin) məcburi icraya yönəldilmiş qərarı isə 2 ay müddətində icra olunmadıqda, icra məmuru bu Məcəllənin 529.1 və ya 529.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edir. Hər iki qərar icraya yönəldikdən sonra icra məmuru icraata başlamaq haqqında qərar qəbul etməklə məhkəmə qərarı ilə bağlı 15 gün müddətində, yəni xx.xx.2022-ci il tarixədək, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin qərarı ilə bağlı isə 02 ay müddətində, yəni xx.xx.2023-cü il tarixədək icra tədbirləri görməli, həmin müddət ərzində, məhkəmənin və ya vəzifəli şəxsin qərarın qanuni qüvvəsini aldığı gündən müvafiq olaraq 25 gün və 03 ay müddəti ərzində borclunun əmlakı, digər gəlirləri aşkar olunmadıqda, qərarlar icra edilmədikdə borclu İXM-nin 529.1-ci və 529.2-ci maddələri ilə məsuiliyyətə cəlb oluna bilərdi. Lakin məhkəmə zamanı müəyyən olundu ki, qanunla müəyyən edilmiş icra tədbirləri müddətində borclunun mülkiyyətində qeydiyyat nömrəsi **********, reyestr nömrəsi isə **********85 olan torpaq sahəsi aşkar olunmuşdur. İXM-nin 150.10-cu maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin inzibati tənbehə yönəldilə bilən həcmdə əmlakı və ya gəlirləri bu Məcəllənin 150.9cu maddəsində göstərilən müddətlərdə aşkar edildikdə, bu Məcəllənin 529.1 və ya 529.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edilmir və məcburi icra tədbirləri davam etdirilir. Qeyd olunan mövqe yuxarıda göstərilmiş Konstitusiya Məhkəməsi Plenumunun Qərarında da öz əksini tapmışdır. Həmin Qərarında qeyd edilmişdir ki, Qeyd olunduğu kimi, inzibati cərimə növündə tənbeh tətbiq etmə barədə səlahiyyətli orqanın (vəzifəli şəxsin) və ya məhkəmənin məcburi icraya yönəldilmiş qərarı müvafiq olaraq 2 ay və ya 15 gün müddətində icra edilmədikdə, icra məmuru bu Məcəllənin 529.1 və ya 529.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında protokolu tərtib edir. İnzibati Xətalar Məcəlləsinin 150.10cu maddəsinə görə isə inzibati məsuliyyətə cəlb olunan şəxsin inzibati tənbehə yönəldilə bilən həcmdə əmlakı və ya gəlirləri bu Məcəllənin 150.9-cu maddəsində göstərilən müddətlərdə, yəni məcburi icra üçün müəyyən edilmiş müddətlərdə aşkar edildikdə, bu Məcəllənin 529.1 və ya 529.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edilmir və məcburi icra tədbirləri davam etdirilir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, məcburi icra üçün müəyyən edilmiş müddətlərdə Şəxs inzibati tənbehə yönəldilə bilən əmlakı aşkar edilmişdir. Bu hal isə İXMnin 529.1 və 529.2-ci maddələri ilə nəzərdə tutlmuş inzibati xəta hadisəsi olması anlamına gəlir. Buna görə də məhkəmə hesab edir ki, onun barədə əsasız olaraq İXM-nin 529.1 və 529.2-ci maddələri ilə təqsirli bilinməsinə dair inzibati protokol tərtib edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan hər hansı biri mövcud olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar çıxarılır. Konstitusiya Məhkəməsinin Plenum Qərarında isə qeyd edilmişdir ki, ... Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1 və ya 529.2-ci maddələrinə əsasən inzibati məsuliyyətə cəlb edilə bilmədikdə onun barəsində qəbul edilmiş inzibati cərimə növündə tənbeh tətbiq etmə haqqında qərar üzrə məcburi icra tədbirləri davam etdirilir. Şəxsin inzibati cərimə növündə tənbeh tətbiq etmə haqqında qərarın icra edilməməsinə görə təkrarən inzibati məsuliyyətə cəlb edilməsi istisna olunur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 105, 114-cü maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs barəsində Lənkəran rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 tərtib etdiyi MN ******* №-li, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokolla başlanılmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta hadisəsi olmadığından xitam verilsin. Şəxs barəsində qəbul edilmiş inzibati cərimə növündə tənbeh tətbiq etmə haqqında qərar üzrə məcburi icra tədbirləri davam etdirilsin. Şəxs inzibati cərimə növündə tənbeh tətbiq etmə haqqında qərarın icra edilməməsinə görə təkrarən inzibati məsuliyyətə cəlb edilməsi istisna olunsun. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. X4

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar