Məhkəmə qərarları › İş №3(049)-625/2024

Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-625/2024

13.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-625/2024 13.06.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, məhkəmə iclasının katibi Caniyev Tofiq Əmrəli oğlunun katibliyi, Lənkəran Rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X2 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1994-cü il tarixdə Lənkəran rayonu Şiləvar kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Lənkəran rayonu, Şiləvar kəndində qeydiyyatda olmaqla həmin kəndə yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-nin) 529.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş inzibati xəta haqqında iş üzrə icraat materiallarına materiala Lənkəran rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti X1 20 sentyabr 2023-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında qərarına əsasən borclu 3000 manat inzibati cərimə məbləğini dövlət büdcəsinə ödəmədiyinə görə barəsində Lənkəran Rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru Mehdiyev Gündüz tərəfindən İXM-nin 529.1-ci maddəsi ilə 04 iyun 2024-cü il tarixli MN ******* №-li inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati iş üzrə icraat aparılan Şəxs izahat verərək bildirmişdir ki, o barəsində tətbiq edilmiş inzibati cərimə tənbeh tədbirini maddi imkanı olmadığı üçün icra edə bilmir. Buna görə də inzibati cərimənin başqa tənbeh növü ilə əvəz edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Lənkəran Rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X2 bildirmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti X1 20 sentyabr 2023-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında qərarına əsasən barəsində tətbiq edilmiş 3000 manat məbləğində inzibati cərimə tutularaq dövlət hesabına köçürülməlidir. Həmin icra sənədinin icrası üzrə icraata başlamaq haqqında qərar qəbul edilmiş, borcluya icra sənədinin könüllü icrası ilə bağlı bildiriş göndərilmişdir. İcra sənədinin icrası ilə əlaqədar borclu Şəxs edilmiş bütün xəbərdarlıqlara baxmayaraq o, qərarının icrasından yayınmaqla müəyyən edilmiş cərimə məbləğini borcunu ödəməmişdir.. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti X1 20 sentyabr 2023-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında qərarından görünür ki, Şəxs İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində 3000 manat inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. İcraata başlamaq haqqında qərardan və tələbin könüllü icrası barədə bildirişdən görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti X1 20 sentyabr 2023-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında qərarı Lənkəran Rayon İcra və Probasiya Şöbəsinin icraatına daxil olmuş və tələbin könüllü icrası barədə Şəxs bildiriş göndərilmişdir. Azərbaycan Respublikası İXM-nin 529.1-ci maddəsinin dispozisiyasına görə yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların və bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə istisna olmaqla, inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarının qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsi inzibati məsuliyyətə səbəb olur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxsnın qeyd olunan inzibati xətaları törətməsində təqsiri özünün etirafedici izahatı ilə yanaşı, inzibati xəta haqqında protokolla və işdə olan sənədlərlə tam təsdiq olunur. İXM-nin 32 və 33-cü maddələrinə əsasən inzibati xəta törətmiş Şəxs qarşı inzibati tənbeh tətbiq edilərkən inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. İnzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə məhkəmə, inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, inzibati xəta törədən Şəxs şəxsiyyətini, xəta törədənin təqsirinin dərəcəsini nəzərə alaraq inzibati xəta törətmiş şəxs Şəxs barəsində ictimai işlər növündə inzibati tənbehin tədbiri tətbiq edilməsini mümkün hesab edir. İXM-nin 28.3-1-ci maddəsinə əsasən məhkəmə tərəfindən ictimai işlər növündə inzibati tənbeh tətbiq olunmuş şəxslərin üzərinə həmin işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulur. Qeyd olunanlara əsasən İXM-nin 40, 43, 53, 115 və 128-130-cu maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində 160 (bir yüz altmış) saat müddət ictimai işlər inzibati tənbeh tədbiri tətbiq edilsin. Şəxsnın üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Qərarın icrası Lənkəran Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Nicat Ağabəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar