Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-625/2025 24.09.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, məhkəmə iclasının katibi Qənbərov Mirnamiq Nazim oğlunun katibliyi ilə, Hüquqi şəxs Şəxs (bundan sonra MMC-nin) barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin X2 vəzifəli şəxsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 529.1-1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş inzibati xəta haqqında iş üzrə icraat materiallarına Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ Hüquqi şəxs Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin X2 vəzifəli şəxsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 529.1-1-ci maddəsi ilə xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərilmişdir. Daxil olmuş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs MMC-nin işəgötürəni X1 əmək haqqından tutulmaların edilməsinə dair DƏMX-nin X2 xx.xx.2025-ci il tarixli, 3-17-5/2-61492/2025 nömrəli icrası məcburi göstərişi yerinə yetirilməmişdir. Nəticədə Şəxs MMC tərəfindən İXM-nin 529.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə baxış iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumatlandırılmış inzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin X2 vəzifəli şəxsi və barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə İXM-nin 61.3-cü maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin X2 vəzifəli şəxsi və barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli iclasında iştirak etmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin X2 rəis müavini X8 və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin məsləhətçisi X12 ayrı-ayrılıqda tərtib edilmiş inzibati xəta haqqında protokolu müdafiə edib hüquqi şəxs Şəxs MMC-nin barəsində inzibati tənbeh tətbiq edilməsini xahiş etdilər. Məhkəmə iclasında inzibati protokol tərtib etmiş orqan tərəfindən təqdim edilmiş Şəxs MMC-nin rəhbəri X3 ünvanlanan xx.xx.2025-ci il tarixli, 3-17-5/2-71539/2025 №-li bildirişin Şəxs MMC-yə çatmasını təsdiq edən sənədin məhkəməyə təqdim edilməsi təklif edilmiş, həmin bildirişin barəsində inzibati protokol tərtib edilmiş hüquqi şəxsə çatmasını təsdiq edən sənədin olduğu şöbənin rəis müavini Rasim Rəhimov tərəfindən təsdiq edilmiş, həmin təsdiqedici sənədin məhkəmənin növbəti iclasında təqdim ediləcəyi bildirilmişdir. Sözügedən bildirişin nə üçün imzalanmaması ilə bağlı məhkəmə tərəfindən verilmiş suala R.Rəhimov həmin bildiriş imzalı nüsxəsinin də növbəti iclasda təqdim edəcəyini bildirmişdir. Məhkəmə inzibati orqanın nümayəndələrinin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin X2 rəis müavini X8 tərəfindən qəbul edilmiş 16 aprel 2025-ci il tarixli, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, işəgötürən X5 Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 155-ci maddəsinin 1 və 3-cü hissələrinin tələblərini pozaraq işçilərə dövlət tərəfindən müəyyən edilmiş minimum əmək haqqı məbləğindən aşağı əmək haqqı ödəmişdir. Buna görə də o, İXM-nin 192.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və ona 1000 (bir min) manat məbləğində cərimə tənbeh tətbiq edilmişdir. Poçt orqanı tərəfindən verilmiş xəbərnamədən (F.119) görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin X6 tərəfindən Şəxs MMC-yə göndərilmiş xx.xx.2025-ci il tarixli, 3-17-5/2-61492/2025 nömrəli icrası məcburi göstəriş xx.xx.2025-ci il tarixdə X3 təqdim edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin X2 rəis müavini Rasim Rəhimov tərəfindən Şəxs MMC-nin rəhbəri X3 ünvanlanmış xx.xx.2025-ci il tarixli, 3-17-5/2-71539/2025 №-li imzalanmamış bildirişin məzmunundan görünür ki, sonuncu İXM-nin 529.1-1-ci maddəsi ilə inzibati xəta haqqında protokolun tərtib edilməsində iştirak etməsi məqsədilə xx.xx.2025-ci il tarixdə, saat 15:00da X10 Xidmətinin X4 və ya video konfrans vasitəsi ilə (ƏMAS şəxsi kabinetə daxil edilmiş ZOOM platforması linki üzərindən) dəvət edilmişdir. Həmin tarixədək qeyd edilən hüquq pozuntusunu aradan qaldıraraq müvafiq sənədləri müzakirə zamanı təqdim edilməsi tələb olunmuş, səlahiyyətli nümayəndənin iştirakının təmin edilməsi və iş üzrə bütün sübutların, izahatlar və mülahizələrin təqdim olunması təklif edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin X2 vəzifəli şəxsi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs MMC-nin işəgötürəni X1 əmək haqqından tutulmaların edilməsinə dair DƏMX-nin X2 xx.xx.2025-ci il tarixli, 3-17-5/2- 61492/2025 nömrəli icrası məcburi göstərişi yerinə yetirilməmişdir. Nəticədə Şəxs MMC tərəfindən İXM-nin 529.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Azərbaycan Respublikası İXM-nin 150.5.1-ci maddəsinə əsasən bu Məcəllənin 150.1ci maddəsində nəzərdə tutulmuş müddətdə inzibati cərimə ödənilmədikdə, onun ödənilməsi məqsədi ilə inzibati cərimə tətbiq etmə haqqında qərarın surəti həmin qərarı qəbul etmiş səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən fiziki şəxslər barəsində onun əmək haqqından, təqaüdündən, pensiyasından və ya digər gəlirlərindən tutulması üçün inzibati məsuliyyətə cəlb edilmiş şəxsin işlədiyi və ya oxuduğu, yaxud əmək haqqı aldığı müəssisəyə, idarəyə, təşkilata və ya pensiya təyin edən orqana göndərilir. Həmin Məcəllənin 529.1-1-ci maddəsinə görə bu Məcəllənin 150.5.1-ci maddəsində nəzərdə tutulmuş subyektlər tərəfindən inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın icrası ilə əlaqədar tədbirlərin görülməməsinə görə vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin X6 vəzifəli şəxsi tərəfindən inzibati xətalar haqqında işlər üzrə icraatın qaydalarını tənzimləyən normaların tələbləri pozulmuş, yəni Şəxs MMC-nin nümayəndəsi inzibati araşdırma aparılan orqana dəvət olunmamış, onun iştirakı olmadan inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 61.1.1, 61.1.2, 61.1.3, 61.1.4 və 61.1.5-ci maddələrinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin aşağıdakı hüquqları vardır:
1. İnzibati xəta haqqında iş üzrə bütün materiallarla tanış olmaq;
2. İzahat vermək;
3. Sübutlar təqdim etmək;
4. Vəsatət və etirazlar vermək;
5. İşə baxılarkən müdafiəçinin hüquqi yardımından istifadə etmək. Qeyd olunan hüquqlardan istifadə imkanının yaradılması üçün barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs, inzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxs tərəfindən əvvəlcədən araşdırmanın vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalıdır. Yuxarıda sadalanan hüquqların təmin edildiyini təsdiq edən sənəd olaraq məhkəmə iclasında X10 Xidmətinin X2 rəis müavini Rasim Rəhimov tərəfindən Şəxs MMC-nin rəhbəri X3 ünvanlanmış xx.xx.2025-ci il tarixli, 3-17-5/2-71539/2025 №-li imzalanmamış bildiriş təqdim edilmişdir. Həmin bildirişin imzalanmış nüsxəsinin və poçt orqanı vasitəsilə Şəxs MMC-nin rəhbəri X3 və ya MMC-yə çatdırılmasını təsdiq edən müvafiq poçt sənədi (xəbərnamə və s.) məhkəmənin sonuncu iclasında təqdim ediləcəyi bildirilsə də, məhkəmənin sonuncu iclasında X10 Xidmətinin X2 nümayəndələri iştirak etməmiş, nə də sözügedən bildirişin imzalanmış nüsxəsinin və poçt orqanı vasitəsilə Şəxs MMCnin rəhbəri X3 və ya MMC-yə çatdırılmasını təsdiq edən müvafiq poçt sənədi (xəbərnamə və s.) məhkəməyə təqdim edilməmişdir. Bu hal öz növbəsində onu deməyə əsas verir ki, X10 Xidmətinin X2 rəis müavini Rasim Rəhimov tərəfindən Şəxs MMC-nin rəhbəri X3 xx.xx.2025-ci il tarixli, 3-17-5/2-71539/2025 №-li bildiriş ümumiyyətlə göndərilməmiş, nəticədə barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxsin (onun nümayəndəsi) nəinki İnzibati Xətalar Məcəlləsinin 61.1.1, 61.1.2, 61.1.3, 61.1.4 və 61.1.5-ci maddələrində nəzərdə tutulmuş hüquqları pozulmuş, hətta sonuncunu həmin hüquqlardan istifadə etmək imkanından məhrum etmişdir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 05 mart 2015ci il tarixli qərarında qeyd olunur ki, inzibati xətalar haqqında işlər üzrə icraatın başlanmasını və inzibati araşdırmanın keçirilməsini təsdiqləyən əsas element inzibati protokolun mövcudluğudur. İnzibati xətalar haqqında işlər üzrə icraat prosesində inzibati protokol (prokurorun qərarı) vacib prosessual sənəddir. Belə ki, xəta törədilməsi ilə əlaqədar inzibati məsuliyyətə cəlb edilməsinə dair ittiham məhz inzibati protokol (prokurorun qərarı) əsasında yaranır. Bu prosessual sənəd olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraatın növbəti, yəni inzibati xətaya dair işə baxılması mərhələsinə keçmək mümkün deyil. Məhz bunun məntiqi davamıdır ki, şəxs nədə təqsirləndirildiyini bilmək və ittiham olunduğu xəta ilə bağlı səmərəli müdafiə qurmaq üçün İnzibati Xətalar Məcəlləsinin 100.1ci maddəsində inzibati xəta haqqında protokolda göstərilməli olan halların dairəsi konkret olaraq qeyd edilib. Həmin maddədə digər hallarla yanaşı protokolda “inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti” (İXM, 100.1.4), “barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları” (İXM, 100.1.7) əks olunmalıdır. Lakin 21 avqust 2025-ci il tarixli, ******* nömrəli inzibati xəta haqqında protokolu qanunun qeyd olunan normaları baxımdan təhlil etdikdə müəyyən olunur ki, həmin normaların tələbinə zidd olaraq protokolda Şəxs MMC-nin törədilməsində ittiham olunduğu xətanın yeri, vaxtı və bu xətanın mahiyyəti, habelə onun nümayəndəsinin izahatı əks olunmamış, habelə həmin protokolun surətinin barəsində inzibati xəta haqqında icraat aparılan şəxsə çatdırılmasını təsdiq edən sənəd materiala əlavə edilməmişdir. İnzibati Xətalar Məcəlləsinin 106.0.6-cı maddəsinə əsasən səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən işə baxılmasının yeri və vaxtı barədə işdə iştirak edən şəxsləri məlumatlandırılması məsələsini həll etməlidir. X10 Xidmətinin X2 Şəxs MMC-nin rəhbəri X3 ünvanlanmış xx.xx.2025-ci il tarixli, 3-17- 5/2-71539/2025 №-li imzalanmamış bildirişində onun sonuncu İXM-nin 529.1-1-ci maddəsi ilə inzibati xəta haqqında protokolun tərtib edilməsində iştirak etməsi məqsədilə xx.xx.2025-ci il tarixdə, saat 15:00-da X10 Xidmətinin X4 və ya video konfrans vasitəsi ilə (ƏMAS şəxsi kabinetə daxil edilmiş ZOOM platforması linki üzərindən) dəvət edilməsi, həmin tarixədək qeyd edilən hüquq pozuntusunu aradan qaldıraraq müvafiq sənədləri müzakirə zamanı təqdim edilməsi və səlahiyyətli nümayəndənin iştirakının təmin edilməsi və iş üzrə bütün sübutların, izahatlar və mülahizələrin təqdim olunması təklif edilməsi göstərilsə də, faktiki olaraq həmin bildirişin MMC-yə göndərilməməsi və ya çatdırılmaması, səlahiyyətli orqanın qeyd olunan qanunun tələblərinə riayət etməməsi, nəticədə Şəxs MMC-nin İnzibati Xətalar Məcəlləsinin 61.1-ci maddədə əks olunmuş hüquqlarını, həmin mərhələdə, yəni inzibati xəta haqqında işə baxarkən xəyali hüquqa çevirmişdir. İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən “İnzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir”. İnzibati Xətalar Məcəlləsi digər məcəllələşdirilmiş normativ hüquqi aktlardan strukturuna və tənzimlədiyi münasibətlərin xarakterinə görə fərqlənir. Belə ki, həmin Məcəllə özündə həm maddi normaları, həm də prosessual, yəni inzibati xətalar haqqında işlər üzrə icraatın qaydalarını tənzimləyən normaları ehtiva edir. Qanunun qeyd olunan normasında əks olunmuş vəzifələrin icrasını təmin etmək üçün inzibati xətalar haqqında protokol tərtib etmək və işə baxmağa səlahiyyətli olan şəxslər inzibati xətalar haqqında işlər üzrə icraatın qaydalarını tənzimləyən normalara vaxtında və tam riayət etməyə borculudurlar. Buna baxmayaraq, X10 Xidməti X6 Şəxs MMC-nin barəsində inzibati xəta haqqında protokol tərtib edərkən inzibati xətalar haqqında işlər üzrə icraatın qaydalarını tənzimləyən normaların yuxarıda qeyd olunan pozuntularına yol vermişdir. Məhkəmənin qənaətinə görə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin X6 vəzifəli şəxsi tərəfindən Şəxs MMC-nin barəsində 21 avqust 2025-ci il tarixli, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərkən inzibati xətalar haqqında işlər üzrə icraatın qaydalarını tənzimləyən normaların tələbləri pozulmuş, yəni inzibati xəta haqqında protokol tərtib edilənə qədər İXM-nin müvafiq normalarının tələblərinə riayət edilməməsi Şəxs MMC-ni vaxtında səmərəli müdafiə hüququnu qurmaq və həyata keçirmək imkanlarından məhrum etmişdir. Başq sözlə, səlahiyyətli orqan barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxsin nümayəndəsini dinləmədən, onu inzibati protokol tərtib edilməsində iştiraka dəvət etmədən, o sübutla təqdim etmək və müdafiə hüququnu qurmaq və həyata keçirmək imkanlarından faktiki məhrum etməklə, onun təqsirli olması ilə bağlı yekun və mötəbər nəticəyə gəlmədən Şəxs MMC-nin barəsində 21 avqust 2025-ci il tarixli, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib etmiş, məhkəmə iclasında isə səlahiyyətli orqanın nümayəndələri Şəxs MMC-nin ittiham edildiyi inzibati hüquq pozuntusunu törətməsi, onun təqsirli olması ilə bağlı məhkəməyə təkzibedilməz sübutlar təqdim edə bilməmişlər. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinin tələbinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-nin 8.1-8.3-cü maddələrinin tələblərinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İXM-nin 53.2-ci maddəsinə görə hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Beləliklə, məhkəmə, yuxarıda sadalanan qanunvericilik normalarını rəhbər tutaraq bu nəticəyə ki, barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin ona istinaq olunan inzibati hüquq pozuntusunu törətməsində təqsirliliyi sübuta yetirilmədiyinə görə, onun barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin X2 vəzifəli şəxsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 529.1-1-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 133-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
Hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin X2 vəzifəli şəxsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-1-ci maddəsi ilə tərtib olunmuş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol üzrə icraata xitam verilsin. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan etibarən 10 gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər.
Hakim Nicat Ağabəyov