Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-63/2023 30.01.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Azad oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmədov Tural Məhərrəm oğlunun katibliyi ilə, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 398-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola Lənkəran Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs xüsusi razılıq (lisenziya) olmadan qanunsuz sahibkarlıq fəaliyyət ilə məşğul olduğuna görə Lənkəran rayon prokuroru Taryel Ələkbərov tərəfindən barəsində İXM-nin 398-ci maddəsi ilə 22 dekabr 2022-ci il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması baradə qərar qəbul edilərək, baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş Şəxs məhkəmə iclasına gəlməmiş və məhkəmə iclasının təxirə salınması barədə məhkəməyə vəsatəti daxil olmamışdır. Şəxs İXM-nin 398-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş materiallarında olan nkəran rayon prokuroru Taryel Ələkbərov tərəfindən barəsində İXMnin 398-ci maddəsi ilə 22 dekabr 2022-ci il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması baradə qərar, ********* №-li cinayət işi üzrə Şəxs şahid qismində dindirilməsinə dair xx.xx.2022-ci və xx.xx.2022-ci il tarixli protokollar, Lənkəran rayon prokurorluğunun müstəntiqi Emin Pənahlının cinayət işinin icraatına xitam verilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan çıxarışla təsdiq edilir. Belə ki, «Valyuta tənzimi» haqqında Azərbaycan Respublikası Qanununun 7-1-ci maddəsiə əsasən “Valyuta mübadiləsi fəaliyyəti” dedikdə, Azərbaycan Respublikasında xarici valyutanın qanunla müəyyən edilmiş qaydada alınması, satılması və dəyişdirilməsi başa düşülür. Həmin Qanunun 3-cü maddəsində qeyd olunur ki;
1. Rezidentlər və qeyri-rezidentlər Azərbaycan Respublikasının daxili valyuta bazarında qanunla müəyyən edilmiş qaydada xarici valyutanı satmaq, almaq və dəyişdirmək hüququna malikdirlər.
2. Azərbaycan Respublikasında valyuta mübadiləsi fəaliyyətini həyata keçirmək hüququna yalnız maliyyə bazarlarına nəzarət orqanından “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən lisenziya almış yerli banklar, xarici bankların yerli filialları, “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən lisenziya almış poçt rabitəsinin milli operatoru və valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslər malikdirlər.
3. Valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslər tərəfindən xarici valyutanın alqı-satqısı yalnız nağd qaydada və müştərilərin sifarişi ilə həyata keçirilir.
4. Valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslər arasında aparılan valyuta mübadiləsi əməliyyatları istisna olmaqla, onlarla digər hüquqi şəxslər və ya hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər arasında sahibkarlıq fəaliyyəti məqsədləri üçün valyuta mübadiləsi fəaliyyətinin həyata keçirilməsinə yol verilmir.
5. Valyuta mübadiləsi əməliyyatlarının aparılması qaydaları, o cümlədən bu əməliyyatların həyata keçirilməsi üçün təşkilati, texniki təchizata və təhlükəsizliyə dair tələblər, valyuta mübadiləsi əməliyyatları üzrə uçotun, hesabatın (maliyyə hesabatları istisna olmaqla) və sənədləşmənin vahid formaları, onların təqdim olunması qaydası və müddətləri, habelə valyuta mübadiləsi fəaliyyəti həyata keçiriləcək obyektlərin yerləşəcəyi ərazilər maliyyə bazarlarına nəzarət orqanı tərəfindən müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmaqla müəyyən edilir.
6. Azərbaycan Respublikası Mərkəzi Bankı manatın sabitliyini təmin etmək məqsədi ilə xarici valyutanın alqı-satqısı üzrə əməliyyatlar aparmaqla valyuta bazarına müdaxilə edə, valyuta mübadiləsi fəaliyyəti zamanı xarici valyutanın alqı-satqı əməliyyatlarında satış məzənnəsinin alış məzənnəsindən kənarlaşmasına hədd qoya və (və ya) bu əməliyyatların yuxarı həddinə dair tələblər müəyyən edə bilər.
7. Azərbaycan Respublikasında banklar arasında xarici valyutanın alqı-satqısı əqdləri barədə məlumat Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. Bu məlumatın forması və təqdim edilməsi qaydası, eləcə də Azərbaycan Respublikası Mərkəzi Bankı ilə banklar arasında aparılan xarici valyutanın alqı-satqısı qaydası Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən müəyyən edilir.
8. Banklar arasında xarici valyutanın alqı-satqısı Azərbaycan Respublikası Mərkəzi Bankının maliyyə bazarlarına nəzarət orqanı ilə razılaşdırmaqla müəyyən etdiyi qaydada həyata keçirilir. İXM-nin 398-ci maddəsinə əsasən dövlət qeydiyyatına (vergi uçotuna) alınmadan və ya sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün lisenziya tələb olunduğu hallarda belə lisenziya almadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, yaxud lisenziyada nəzərdə tutulmuş şərtlərin pozulması ilə və ya xüsusi icazə olmadan mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalardan istifadə etməklə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə görə-inzibati xəta nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) iki mislindən dörd mislinədək miqdarda cərimə edilir. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Şəxs 2022-ci ilin iyun ayının ortalarından başlayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınmadan və xüsusi razılıq (lisenziya) tələb olunduğu halda belə razılıq (lisenziya) almadan Azərbacan Respublikasından Rusiya Federasiyasına və Rusiya Federasiyasından da Azərbaycan Respublikasına qanunsuz pul köçürməklə 3600 manat gəlir əldə edib qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşdur. Aşağıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, ödəniş qəbzindən görünür ki, 3600 manat məbləğində pul dövət büdcəsinə köçürülmüşdür. İXM-nin 398-ci maddəsinin Qeyd hissəsinin 2-ci bəndində göstərilmişdir ki, bu Məcəllənin 398-ci maddəsində nəzərdə tutulan əməli ilk dəfə törətmiş şəxs inzibati xəta nəticəsində vurulmuş ziyanı tamamilə ödədikdə və ya inzibati xəta nəticəsində əldə edilmiş gəliri tamamilə dövlət büdcəsinə köçürdükdə inzibati məsuliyyətdən azad olunur. İXM-nin 53.1 və 53.1.10-cu maddələrinə əsasən bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrinin Qeyd hissələrində bilavasitə müəyyən edilmiş hallarda inzibati xətanı törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, əldə edilmiş gəlir dövlət büdsəinə ödənildiyindən İXM-nin 398-ci maddəsinin Qeyd hissəsinin 2-ci bəndinə Şəxs barəsində İXM-nin 398-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən İXM-nin 40, 43, 53, 115 və 128-130-cu maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ:
Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin və o inzibati məsuliyyətdən azad edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.
Hakim: Rəşad Məmmədov