Məhkəmə qərarları › İş №3(049)-630/2024

Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-630/2024

04.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-630/2024 04.07.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlunun sədrliyi, məhkəmə iclasının katibi: X11, şikayət verən şəxs X7 qərarından şikayət edilən orqanın nümayəndəsi: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Lənkəran-Astara Regional şöbəsinin məsləhətçisi X2 iştirakı ilə, X3 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin rəis müavini X5 tərəfindən tərəfindən qəbul edilmiş 23 may 2024-cü il tarixli MN № ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayətə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X7 məhkəməyə şikayət ərizəsi ilə müraciət edərək Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin rəis müavini X5 tərəfindən qəbul edilmiş X3 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinərək 3500 (üç min beş yüz) manat məbləğində inzibati cərimə edilməsi barədə 23 may 2024-cü il tarixli MN № ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və iş üzrə başlanılmış inzibati icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətdə göstərilmişdir ki, Lənkəran rayonunun Qurunba kəndində çayxana işlətməklə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olur. İşlətdiyi çayxana balaca olduğundan oraya gələn müştərilərin sayı az olduğundan həmin çayxananı şəxsən özü işlədir və əlavə iş götürməyə ehtiyacı yoxdur. 27 sentyabr 2020-ci ildə başlanılan “44 Günlük Vətən müharibəsi” nəticəsində Ermənistan işğalında olan torpaqlar işğaldan azad olunandan sonra işğaldan azad olunmuş ərazilərin bərpası başlanılmış və həmin bərpa işləri ilə məşğul olan şirkətlər tərəfindən yük maşınlarının icarə götürülməsinə başlanılmışdır. Onun da Kamaz markalı yük maşını olduğu üçün 16 dekabr 2022 ci il tarixdə Laçın rayonunda tikinti işləri ilə məşğul olan "xxxx" MMC ilə Kamaz Markalı yük maşınının icarəyə götürülməsi ilə razılığa gəlinmişlər. Həmin müqavilə bağlanılmamışdan əvvəl həmkəndlisi olan X13 da özünə məxsus olan Kamaz markalı yük maşınını icrəyə vermək istəmiş və belə olan halda “AYDİNOĞLU-R" MMC tərəfindən həmin KAMAZ markalı maşının icarəsinin də onunla bağlanılacaq müqavilədə əks olunacağı bildirildiyindən və X6 da buna etirazı olmadığından xx.xx.2022-ci tarixdə "xxxx" MMC ilə aramızda avtonəqliyyat vasitəsinin icarə müqavilə bağlanılmış və hər bir KAMAZ markalı yük maşınına görə aylıq 3500 manat icarə haqqın ödənilməsi barədə razılığa gəlinmişdir. Həmin müqavilə üzrə onun tərəfindən KAMAZ marklı yük maşınlarının tikinti işlərinin aparıldığı Laçın rayonuna çatdırılmasından ibarət olmuş, həm öhdəliyi yerinə yetirəndən sonra şirkət tərəfindən həmin maşınlara görə aylıq icarə haqı ona ödənilərkən Elxan Şirvanovun da icarə haqqı onun bank hesabına ödənilmiş və həmin məbləğ ödəniləndən sonra vaxtı vaxtında hesabdan çıxarılmaqla nağdlaşdıraraq öz hissəsini özünə. Elxan Şirvanova çatası pulu isə onun özünə vermişdir. Həmin pullan isə işəgötürən kimi “AYDİNOĞLİ R” şirkəti onun hesabına köçürmüş və o, yalnız onun kartına oturan və Elxan Şirvanov çatası pulu nağdlaşdırıb ona vermişdir. Bir neçə müddət şirkət tərəfindən müqavilə üzrə ica haqqları vaxtı vaxtında ödənilsə də sonradan şirkət tərərfındən icarə haqqları verilmədiyindən Elxan Şirvanovla birlikdə həmin işəgötürənə yaxınlaşaraq özünə məxsus olan KAMAZ markalı yük maşınlarının oradan götürüb öz yaşadığı əraziyə özüylə gətirmişdir. Lakin şirkət tərəfindən onların icarə haqqlarını ödənilmədiyindən Elxan Şirvanov tərəfindən "xxxx" MMC nin barəsində şikayət verilmiş və həmin şikayətin araşdırılması cinayət təqibindən kənar icraatlar idarəsinin rəisi İİİ dərəcəli dövlət ədliyyə müşaviri Elmir Musayev tərəfindən aparılmış və onun xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında iş üzrə İXM-nin 192.1-ci madddəsi ilə icraatın başlanılması haqqında qərar qəbul edilmiş və həmin qərar baxılması üçün aidiyyəti üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinə göndərilmişdir. Həmin xidmət rərəfindən 29 aprel 2024-cü il tarixli ona məktub göndərilmiş və həmin məktubu baxandan sonra məlum olub ki, X12 Xidməti ona heç bir araşdırma aparmadan işəgötürən kimi qəbul etmiş və X13 ilə əmək müqaviləsi bağlanılıb bağlanılmaması sorğu göndərilmiş, izahat və digər sənədləri Xidmətin Lənkəran Regional Ərazi idarəsinə təqdim edilməsi göstərilmişdir. O da həmin məktubu aldıqdan bir gün sonra Lənkəran regional Ərazi İdarəsinə getmiş və orada izahat yazmaq istəsə də, onun izahatının yazılmasına ehtiyac olmadığı bildirilmiş və bu barədə özləri Baş idarəyə məlumat verəcəkləri bildirildiyindən o yaşadığı ünvana getmişdir. Daha sonra xx.xx.2024-cü il tarixdə daha bir məktub poçt vasitəsi ilə ona gəlmiş və həmin məktubla tanış olanda məlum oldu ki, X12 Xidməti tərəfindən xx.xx.2024-cü il tarixdə işə baxaraq heç bir araşdırma aparmadan onun işəgötürən olmamağına baxmayaraq X6 işəgötürəni "xxxx" MMC- "xxxx" MMC olmasına baxmayaraq onu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə vəzifəli şəxs qismində inzibati məsuliyyətə cəlb edərək barəsində 3500 (üç min beş) manat məbləğində inzibati tənbeh tətbiq edilmişdir. X12 Xidmətinin rəis müavini X5 tərəfindən qəbul edilmiş 23 may 2022-ci il tarixli MN №1292056 nömrəli inzibati tənbeh vermə haqqında, qərar qanunsuz və əsassız olduğundan ləğv edilməlidir. Belə ki, Müfəttişlik tərəfindən heç bir araşdırılma aparılmamış, onun VÖEN-nin Lənkəran rayonunda fəaliyyət göstərən çayxana xidmətinin göstərilməsi üçün açılmasına və həmin vöenlə yalnız çayxana xidməti göstərməyim də araşdırılmamış və qərar qəbul olunarkən bu hal da nəzərə alınmamışdır. Bundan başqa "‘AYDİNOGLU-R” MMC ilə vəzifəli şəxs kimi yox yalnız fiziki şəxs kimi müqavilə bağlamağı da nəzərə alınmamışdır. Lakin X12 Xidmətinin rəis müavini X5 tərəfindən barəsində Azərbaycan Respublikasının İXM-nin 192.1-ci maddəsi ilə inzibati tənbeh tətbiq edilmişdir. X12 Xidmətinin rəis müavini X5 tərəfindən barəsində inzibati tənbeh tətbiq edilərkən qanunvericiliyin tələbi pozulmuş və ümumiyyətlə işəgötürən olmamağı, yalnız icarə müqaviləsi ilə özümün və Elxan Şirvanovun KAMAZ markalı yük maşınlarını icarəyə verməyimdən başqa heç bir fəaliyyətim olmadığı halda barəmdə İXM-nin 192.1-ci madəsi ilə qərar qəbul etmişdir.Bununla da inzibati orqan tərəfindən araşdırma aparılarkən tam və hərtərəfli aparılmamış, qanunsuz və əsassız qəbul edilməklə həmin inzibati xətanı aradan qaldıracaq şübhələr araşdırılmamışdır. Beləliklə X12 Xidmətinin rəis müavini X5 inzibati Xətalar Məcəlləsinin yuxarıda qeyd olunan normalarını pozmaqla barəsində 23 may 2024-cü il tarixli MN № ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul etmişdir. Məhkəmə iclasında iştirak edən şikayət verən şəxs X7 şikayətin dəlillərinə uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Hüquq İdarəsinin nümayəndəsi X4 şikayətin təmin edilməməsini və qərarın qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini. Şikayətlə əlaqədar inzibati işin materiallarını araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyərək məhkəmə hesab edir ki, X7 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinməli, lakin inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergi İdarəsinin 05 iyun 2024-cü il tarixli məktubundan görünür ki, xx.xx.2024-cü il tarixə olan məlumatlara əsasən bildirilir ki, Sənham Ağayev vergi orqanında 5610301-Çayxanalar tərəfindən xidmətlərin göstərilməsi əsas fəaliyyət növü üzrə uçotdadır. İş materiallarında olan 18 aprel 2024-cü il tarixli inzibati xəta haqqında icraata başlanılması haqqında qərardan görünür ki, X8 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılmışdır. İş materiallarında olan 23 may 2024-cü il tarixli, MN ******* nnömrəli inzibati xəta haqqında qərardan görünür ki, X1 rayonunda yaşayan evlərinin tikintisi zamanı Kamaz markalı avtomobil sürücüsü işləyən X6 əmək müqavilsi və ya mülki müqavilə olmadan işlərin yerinə yetirilməsinə cəlb etiyi üçün İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətəkdə təqsirli bilinib barəsində 3500 manat cərimə tənbeh tədbiri tətbiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə-fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Maddənin qeydində göstərilmişdir ki, Məcəllənin 192.1-ci maddəsi həmin maddədə göstərilən əməllər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddəsinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 49-cu maddəsinin 1-ci bəndinə görə həmin Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-ci bəndinə əsasən həmin maddənin 2-1-cı hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76-cı maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İşin faktiki halları ilə müəyyən edilir ki, X9 İXM-nin 192.1-ci maddəsinin tələblərini pozaraq, yəni əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işçini işə cəlb etməsi iş materiallarında olan inzibati xəta haqqında protokol, digər sənədlərdə öz təsdiqini tapmışdır. Belə ki, iş materiallarından görünür ki, X1 rayonunda yaşayan evlərinin tikintisi zamanı Kamaz markalı avtomobil sürücüsü işləyən X6 əmək müqavilsi və ya mülki müqavilə olmadan işlərin yerinə yetirilməsinə cəlb edilmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə obyektiv həqiqət olaraq müəyyən olunmuşdur ki, X8 barəsində qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin həmin qərarla xəta törətmiş şəxs maddənin sanksiyada nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. Eyni zamanda qeyd edilməlidir ki, şikayətdə göstərilən əsasların müəyyən olunması, həqiqiliyinin aşkar edilməsi üçün məhkəməyə hər hansı mötəbər sübut qismində araşdırılması üçün heç bir dəlil (şahid izahatı, hər hansı sənəd və s) irəli sürülməmişdir. Şikayətdə göstərilən və eləcə də şikayətə əlavə edilən sənədlər birbaşa inzibati xəta hadisəsinin törədilməsi faktını təsdiq edən sənədlərdir ki, həmin hallar şikayətin əsası kimi yox, əksinə şikayətin verilən qərarın həqiqiliyini, qauniliyini sübuta yetirmiş olur. Həmçinin İXM-in 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Lakin hazırkı iş üzrə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə İXM-in tələblərinin pozuntusu müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 53, 114-115-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: X3 şikayəti təmin edilməsin. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin rəis müavini X5 tərəfindən qəbul edilmiş X3 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinərək 3500 (üç min beş yüz) manat məbləğində inzibati cərimə edilməsi barədə 23 may 2024-cü il tarixli MN № ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Murad Aslanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar