Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-631/2025 25.08.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, Qənbərov Mirnamiq Nazim oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan - Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin yol patrul xidməti inspektoru X1 iştirakı ilə, xx.xx.2000-ci il tarixdə Lənkəran şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanda yaşayan Şəxs barəsində Lənkəran Şəhər-Rayon Polis Şöbəsi tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-nin) 327.6 və 332.4-cü maddələri ilə tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş inzibati xəta haqqında iş üzrə icraat materiallarına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq və İXM-nin 40, 43, 115 və 198-130-cu maddələrini rəhbər tutub, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2025-ci il tarixdə, saat 01:20-də Lənkəran şəhəri, S.Axundov ərazisində idarə etmə hüququ olmadan idarə etdiyi “VAZ-2107 minik” markalı, **-NA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin ön sağ hisssəsi ilə yolun kənarında hərəkətsiz vəziyyətdə dayanmış Zərərçəkmiş şəxs məxsus olan “Mercedes Benz C180” minik markalı, **-CJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sol arxa hissəsi ilə toqquşduğuna görə Lənkəran rayonu YPX inspektoru X2 tərəfindən onun barəsində Azərbaycan Respublikası İXM-nin 327.1, 332.1, 327.6 və 332.4-cü maddələri ilə xx.xx.2025-ci il tarixli İXP ******* saylı protokol tərtib edilərək baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə, saat 11:20-də Lənkəran şəhəri S.Axundov küçəsində özünə məxsus olan “VAZ-2107 minik” markalı, **-NA-*** nömrəli avtomobili sürücülük hüququ olmadan idarə edən zaman onun idarə etdiyi avtomobilin ön sağ hisssəsi yolun kənarında hərəkətsiz vəziyyətdə dayanmış Zərərçəkmiş şəxs məxsus olan “Mercedes Benz C180” minik markalı, **-CJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa sol tərəfinə dəymişdir. Hadisə zamanı xəsarət alan olmasa da avtomobillərə maddi ziyan dəymişdir. Təqsirli bilindiyi maddədə cərimə növündə tənbeh nəzərdə tutulsa da, cərimə tənbehi tətbiq ediləcəyi halda həmin cəriməni ödəməyə maddi imkanı yoxdur. Barəsində həbs növündə tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan - Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin yol patrul xidməti inspektoru X2 bildirmişdir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin yol hərəkəti qaydalarına əleyhinə müxtəlif maddələri ilə müəyyən edilmiş inzibati xətaları törətdiyi üçün bu Məcəllənin 327.7-ci maddəsində göstərilən balla qiymətləndirilən xətaları yol verdiyinə görə bir il ərzində 20 və daha çox bal topladığından, inzibati cərimə tətbiq edilmədən onun nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmışdır. Şəxs xx.xx.2025-ci il tarixdə, saat 01:20-də Lənkəran şəhəri, S.Axundov ərazisində idarə etmə hüququ olmadan idarə etdiyi “VAZ-2107 minik” markalı, **-NA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin ön sağ hisssəsi ilə yolun kənarında hərəkətsiz vəziyyətdə dayanmış Zərərçəkmiş şəxs məxsus olan “Mercedes Benz C180” minik markalı, **-CJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sol arxa hissəsi ilə toqquşduğuna görə onun tərəfindən onun barəsində Azərbaycan Respublikası İXM-nin 327.1, 332.1, 327.6 və 332.4-cü maddələri ilə xx.xx.2025-ci il tarixli İXP ******* saylı protokol tərtib edilmişdir. İş materiallarında olan Lənkəran ŞRPŞ-nin çıxarışından müəyyən olunur ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-1, 327.1-2, 327.2-327.6, 327.8, 328.2, 328.3, 328.4, 331, 333.1, 333-1.1, 342.7, 343.1, 343-1.1 və 346.2-3469-cu maddələri ilə müəyyən edilmiş inzibati xətaları törətdiyi üçün bu Məcəllənin 327.7-ci maddəsində göstərilən balla qiymətləndirilən xətaları yol verdiyinə görə bir il ərzində 20 və daha çox bal topladığından, inzibati cərimə tətbiq edilmədən onun nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmışdır. İş materiallarında olan sərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında xx.xx.2025-ci il tarixli 001357 №-li protokolundan görünür ki, Zərərçəkmiş şəxs alkoqol sərxoşluğu vəziyyəti yoxdur. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli rəydən görünür ki, hadisə zamanı “Mercedes Benz C180” minik markalı, **-CJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə 520 manat maddi ziyan dəymişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyib, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə nəticəyə gəlir ki, Şəxs İXM-nin 332.4-cü maddəsində nəzərdə tutulmuş xətanı törətmişdir. Belə ki, məhkəmə araşdırmasının nəticəsi olaraq müəyyən edilmişdir ki, xx.xx.2025-ci il tarixdə, saat 11:20-də Lənkəran şəhəri, S.Axundov ərazisində Şəxs nəqliyyat vasitəsini idarə etmə hüququ olmadan idarə etdiyi “VAZ-2107 minik” markalı, **-NA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə yolun kənarında hərəkətsiz vəziyyətdə dayanmış Zərərçəkmiş şəxs məxsus olan “Mercedes Benz C180” minik markalı, **-CJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sol arxa hissəsi ilə toqquşaraq sonuncuya maddi ziyan vurmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1-ci maddəsinin “nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs” müddəasının şərh edilməsinə dair Azərbaycan Respublikası Kosntitusiya Məhkəməsi Plenumunun 24 sentyabr 2014-cü il tarixli Qərarında ifadə edilmiş hüquqi mövqeyə görə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1-ci maddəsinin “nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs” müddəası hadisə törədilən zaman ümumiyyətlə sürücülük vəsiqəsi olmayan şəxsi, qanunvericiliyə uyğun olaraq nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilmiş şəxsi, nəqliyyat vasitələrini idarə etmək hüququ məhdudlaşdırılmış şəxsi, həmin növ nəqliyyat vasitəsini idarə etmək hüququna malik olmayan şəxsi ehtiva edir. Göründüyü kimi həmin qərarda ifadə edilmiş hüquqi mövqeyə əsasən, “nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs” müddəası, həmçinin hadisə törədilən zaman qanunvericiliyə uyğun olaraq nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilmiş şəxsi də ehtiva edir. İXM-nin 332.4-cü maddəsinə əsasən bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə-beş yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 332.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsi inzibati xəta tərkibini yaradır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.1-ci maddəsinə əsasən bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Həmin Məcəllənin 34.2-ci maddəsinin tələbinə görə, şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.6cı maddəsi ilə inzibati xəta haqqında işə baxılması hakimin səlahiyyətlərinə aid olmadığından inzibati xəta törətmiş şəxs Şəxs yalnız Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə inzibati tənbeh verilməlidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan inzibati xətanın törətməsində təqsiri özünün izahatı, tərtib edilmiş inzibati xəta haqqında protokol, eləcə işin digər materialları ilə tam sübuta yetirilmişdir. Odur ki, o, həmin maddənin sanksiyası həddində inzibati tənbeh edilməlidir. Məhkəmə iclası zamanı Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tədbiq edərkən, İXM-nin 31.2-ci maddəsinə müvafiq olaraq xətanın xarakterini, törədilmə şəraitini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, həmçinin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmssmasını nəzərə alınaraq, barəsində həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi qənaətinə gəlir. Belə ki, İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına inzibati xəta törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 40, 43, 48-51, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 20 (iyirmi) gün müddətinə inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. Həbsetmənin əvvəli «25» avqust 2025-ci il tarixdən saat 18:00-dan hesablansın. Qərar dərhal icra olunsun. Qərarın icrası Lənkəran Şəhər-Rayon Polis Şöbəsinə həvalə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Şirvan Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Nicat Ağabəyov
Məhkəmə qərarları › İş №3(049)-631/2025
Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-631/2025
25.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver