Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-633/2024 23.07.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Pənahov Anar Elman oğlunun sədrliyi, Şabanov Vidadi Fərman oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs X3 nümayəndəsi və vəkili Vəkil, Azərbaycan Respublikası Ekologiya və Təbii Srvətlər Nazirliyinin 1 X13 və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X5, Azərbaycan Respublikası Ekologiya və Təbii Srvətlər Nazirliyinin yanında Meşələrin İnkişafı Xidmətinin 1 saylı X12 Mərkəzinin nümayəndəsi X6 iştirakı ilə, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 X13 və Təbii Sərvətlər İdarəsinin vəzifəli şəxsi tərəfindən qəbul edilmiş 14 may 2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından X8 tərəfindən verilmiş şikayətə baxaraq məhkəmə, MÜƏYYƏNETDİ: Azərbaycan Respublikası Ekologiya və Təbii Srvətlər Nazirliyinin 1 X13 və Təbii Sərvətlər İdarəsinin vəzifəli şəxsinin 14 may 2024-cü il tarixli MN seriyalı ******* nömrəli qərarı ilə X8 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 541-ci maddəsi ilə təqsirli bilinərək 3.000 (üç min) manat miqdarında cərimə edilmişdir. X8 həmin qərardan şikayət verib. Şikayətdə Azərbaycan Respublikası Ekologiya və Təbii Srvətlər Nazirliyinin 1 X13 və Təbii Sərvətlər İdarəsinin vəzifəli şəxsinin 14 may 2024-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilərək, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi məhkəmədən xahiş edilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 X13 və Təbii Sərvətlər İdarəsinin, xx.xx.2024-cü il tarixli, Ç- BM/4024-176 nömrəli məktubu xx.xx.2024-cü il tarixdə rəsmi qaydada ona çatdırılmışdır (tranzaksiya/göndəriş №: SX020434672AZ). Həmin məktubda qeyd olunmuşdur ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 541-ci maddəsinə uyğun olaraq X8 barəsində tərtib edilmiş 26 aprel 2024-cü il tarixli 84032 saylı akt, MN № ******* saylı inzibati protokol və toplanmış sənədlər əsasında 14 may 2024-cü il tarixdə idarədə MN ******* saylı Qərarı ilə inzibati qaydada vəzifəli şəxs qismində 3.000 (üç min) manat cərimə məbləği tətbiq edilmişdir. Sözügedən məktubun qoşma qismində də MN № ******* saylı qərar göndərilmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 X13 və Təbii Sərvətlər İdarəsi qərarında müəyyən etmişdir ki, 1 saylı RMTM-nin Haftoni meşəbəyliyinin 4-cü kvartalmda müqavilə ilə icarəyə verilmiş 100 ha meşə fondu torpaqlarında əkilmiş meyvə ağacları çıxarılaraq meşə cinsli ağacların əkilməsi üçün verilmiş 21 fevral 2024-cü il tarixli məcburi göstəriş tələbinin yerinə yetirilməmişdir. Hesab edir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 X13 və Təbii Sərvətlər İdarəsinin xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarı tamamilə qanunsuz və əsassız olduğundan ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 X13 və Təbii Sərvətlər İdarəsi qərar qəbul edərkən müəyyən edilən hal kimi göstərilən 21 fevral 2024-cü il tarixli məcburi göstəriş tələbi qanunsuz və əsassızdır. Belə ki, xx.xx.2019-cu il tarixli aqrobağ (meyvəbağı) salınması barədə müraciəti nəzərə alınaraq xx.xx.2019-cu il tarixdə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin Lənkəran X9 Mərkəzi ilə "Meşə fondu torpaqlarının icarəyə verilməsi barədə” 10 nömrəli Müqavilə bağlamaqla X14 X2 meşəbəyliyinin 4-cü kvartalının 15; 16; 10; 11; 8-ci bölmələrindən 15 il müddətinə ona 70 ha torpaq sahəsi icarəyə verilmişdir. Sözügedən müqavilə xx.xx.2019cu il tarixdə 85 nömrə ilə Azərbaycan Respublikası Ekologoya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Departamenti tərəfindən qeydiyyatla təsdiqlənmişdir. Sözügedən 70 ha torpaq sahəsi üzərindəki icarə hüququm xx.xx.2021 -ci il tarixdə Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Daşınmaz əmlakın dövlət reyestrində 239 nömrəli reyestr kitabının 31 nömrəli vərəqində dövlət qeydiyyatına alınaraq Çıxarışla rəsmiləşdirilmişdir. Bundan başqa, xx.xx.2020-ci il tarixli müraciəti nəzərə alınaraq xx.xx.2020-ci il tarixdə cavabdeh Azərbaycan Respublikası Ekologoya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin Lənkəran X9 Mərkəzi ilə “Meşə fondu torpaqlarının icarəyə verilməsi barədə” 08 nömrəli Müqavilə bağlamaqla X14 X2 meşəbəyliyinin 4-cü kvartalının 8; 10; 11; 15 və 16-cı bölmələrindən 15 il müddətinə ona 30 ha torpaq sahəsi icarəyə verilmişdir. Sözügedən müqavilə xx.xx.2020-ci il tarixdə 38 nömrə ilə Azərbaycan Respublikası Ekologoya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Xidməti tərəfindən qeydiyyatla təsdiqlənmişdir. Sözügedən torpaq sahəsi üzərindəki icarə hüququ xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Daşımnaz əmlakın dövlət reyestrində 239 nömrəli reyestr kitabının 30 nömrəli vərəqində qeydiyyata alınaraq Çıxarışla rəsmiləşdirilmişdir. Beləliklə, Lənkəran X9 Mərkəzi ilə imzalanmış “Meşə fondu torpaqlarının icarəyə verilməsi barədə” xx.xx.2019-cu il tarixli, № 10 nömrəli müqaviləyə əsasən 70 ha və xx.xx.2020-ci il tarixli, № 08 nömrəli müqaviləyə əsasən 30 ha olmaqla ümumilikdə mənə aqrobağ salınması üçün 100 ha ərazi icarəyə verilmişdir. 1 Saylı X9 Mərkəzi xx.xx.2024-cü il tarixdə ona xəbərdarlıq ünvanlayıb əkilmiş meyvə ağacların əvəz edilməsini tələb etmişdirlər. Tərəfindən bununla bağlı etiraz məktubu aidiyyati orqana ünvanlanmış və eyni zamanda bununla bağlı Şirvan İnzibati Məhkəməsinə “Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 1 saylı RMTM-nin iddiaçının fəaliyyətinə müdaxiləsi hüquq və azadlıqlarını pozan qanunsuz hərəkətlər hesab edilərək, cavabdehin üzərinə bu hərəkətləri etməkdən çəkinməsinə dair qərar qəbul edilməsi” barədə iddia ərizəsi ilə müraciət edilmiş və iddia ərizəsi icraata götürülmüşdür. (№ 2-1(120)-3306/2024 saylı inzibati iş əlavə olunur). Bundan başqa icarə müqaviləsinin təsdiq edilmiş sxematik planında da aqrobağ salınması öz təsdiqini tapdığı halda 1 X13 və Təbii Sərvətlər İdarəsinin məcburi göstərişi qanunsuz və əsassızdır. Dolayısı ilə qərar tərtib edilərkən müəyyən edilmiş hallar qanunsuz və əsassızdır və inzibati xətanın törədilməsinə dair heç bir subut yoxdur. Bununla yanaşı MN № ******* saylı qərara baxdığımız zaman qərar qanunvericilikdə göstərilən qaydada tərtib edilməmişdir. Belə ki, inzibati xəta haqqında işə baxılarkən onun iştirakı təmin edilməmiş və onun işdə iştirak və etiraz hüququmtəmin edilməmişdir. 1 X13 və Təbii Sərvətlər İdarəsinin Ç-BM/4024-161, 03 may 2024-cü il tarixli məktubunda 14 may 2024-cü il tarixində işə baxılmasında iştirakım tələb edilsə də sözügedən məktub ona 17 may 2024-cü il tarixdə rəsmi qaydada poçt vasitəsilə çatdırılmışdır.(Tranzaksiya/göndəriş №: SX020139627AZ). Həmçinin qərarın, qərara alınır hissəsində hansı inzibati xətam törətdiyim qeyd edilməmiş və 541 məbləğində inzibati cərimə şərti olaraq tətbiq edilməsi və törədilmiş hüquqpozmanın aradan qaldırılması üçün 30 (otuz) gün müddət müəyyən edilmişdir. Lakin, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 X13 və Təbii Sərvətlər İdarəsinin, xx.xx.2024-cü il tarixli, Ç-BM/4024-176 nömrəli məktubunda isə MN № ******* saylı qərara əsasən 3000 (üç min) manat cərimə məbləğinin artıq təyin edildiyini və cərimənin 30 (otuz) gün müddətində sözügedən idarənin bank hesabına ödənilməsi qeyd edilmişdir. Görüldüyü üzərə inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar belə qanunsuzdur və heç bir maddi və prosessual normalara uyğun deyildir. Qanunvericiliyin tələb və göstərişlərinin bütün halları kobud sürətdə pozulmuşdur. Tərəfimdən heç bir inzibati xəta törədilməmişdir və tərtib edilən bütün sənədlər qərəzli və əsassız şəkildə ona qarşı hazırlanmışdır. Ona qarşı edilmiş bu qanunsuz və əsassız hərəkətlər ilk deyil. Azərbaycan Respublikası Ekologoya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin Lənkəran X9 Mərkəzi formal mülahizələrə əsaslanaraq bizə 05 yanvar 2022-ci il tarixli bildiriş məktubu ünvanlayaraq, onunla bağlanan müqavilələrin 05 yanvar 2022-ci il tarixdən ləğv edildiyini bildirmişdir. Lakin iddia tələbinə baxan Şirvan İnzibati Məhkəməsinin 2-1 (120)-l 130/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə iddia təmin edilməklə, xx.xx.2019-cu il tarixli, 10 nömrəli və xx.xx.2020-ci il tarixli, 08 nömrəli “Meşə fondu torpaqlarının icarəyə verilməsi barədə” müqavilələrin ləğv edilməsinə dair Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin Lənkəran X9 Mərkəzinin 05 yanvar 2022-ci il tarixli qərarı ləğv edilmişdir. Sözügedən qərardan cavabdeh tərəf apellyasiya şikayəti versə də, Şirvan Apellyasiya Məhkəməsinin İK-nın 2-1(106)-228/2022 saylı 20 oktyabr 2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Ekologoya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin Lənkəran X9 Mərkəzinin apellyasiya şikayətinin təmin edilməməsi, iş üzrə Şirvan İnzibati Məhkəməsinin 2-1 (120)- 1130/2022 saylı xx.xx.2022-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Kassasiya şikayəti verilmədiyi üçün mübahisə ilə bağlı Şirvan İnzibati Məhkəməsinin 2- 1(120)-1130/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı qanuni qüvvəsini almışdır. Bundan sonra tərəfindən müqavilə şərtlərinə və biznes planına uyğun olaraq tərəfimizdən icarəyə götürülmüş sahəyə milyonlarla vəsait xərclənmiş, ərazi münbit şəraitə gətirilmiş, çoxlu sayda müxtəlif ağaclar əkilmişdir. Lakin bütün bunlara baxmayaraq cavabdeh təşkilat özünün destruktiv münasibətindən əl çəkməyərək müxtəlif bəhanələrlə bizə şəffaf və qurucu fəaliyyətimizi həyata keçirməyə mane olur. Təsadüfi deyil ki, sonuncu belə bir hadisə ilə bağlı tərəfindən Lənkəran Rayon Polis İdarəsinə qarşı tərəfin qanunsuz hərəkətləri ilə əlaqədar ölçü götürülməsinə dair rəsmi müraciət edilmişdir. İşin məhkəmə baxışında iştirak edən şikayət vermiş şəxs X3 nümayəndəsi və vəkili Vəkil şikayət ərizəsinin məzmununa uyğun izahat verərək, əlavə olaraq bildirdi ki, 1 X13 və Təbii Sərvətlər İdarəsi tərəfindən X7 xx.xx.2024-cü il tarixdə məktub göndərilərək, 14 may 2024-cü il tarixli MN seriyalı ******* nömrəli qərarı ilə X7 fiziki şəxs qismində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 541-ci maddəsi ilə təqsirli bilinərək 600 (altı yüz) manat miqdarında cərimə edildiyi bildirilmiş və sözügedən tənbehvermə haqqında qərarda düzəliş edilməklə ona təqdim edilmişdir. Bu halı özü də qanunazidd bir əməldir. Şikayət ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etdi. İşin məhkəmə baxışında iştirak edən inzibati xəta haqqında icraat aparan orqan Azərbaycan Respublikası Ekologiya və Təbii Srvətlər Nazirliyinin 1 X13 və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X10 izahatında bildirdi ki, X7 icarəyə verilmiş X14 X2 meşəbəyliyinin ərazisində yerləşən torpaq sahəsinə Azərbaycan Respublikası Ekologiya və Təbii Srvətlər Nazirliyinin yanında Meşələrin İnkişafı Xidmətinin 1 saylı X9 Mərkəzinin əməkdaları tərəfindən baxış keçirilərkən ərazidə meyvə ağacları əkildiyinə görə bu barədə həmin əməkdaşlar tərəfindən 21 fevral 2024-cü il tarixdə müvafiq akt tərtib edilərək, X7 “meyvə ağaclarının çıxarılaraq yerində meşə cinsli ağacların əkilməsini təmin etməsi haqqında” xx.xx.2024-cü il tarixli məcburi göstəriş tərtib edilərək, təqdim edilmişdir. Məcburi göstərişin icrası müddəti 08 mart 2024-cü il tarixədək müəyyən edilmişdir. Məcburi göstəriş yerinə yetirilmədiyinə görə bu barədə 26 aprel 2024-cü il tarixdə müvafiq at tərtib edilmişdir. Qeyd edilən inzibati hüquqpozma ilə əlaqadar inzibati xəta haqqında icraatı aparmaq ona həvalə edilmişdir. Tərəfindən baş vermiş inzibati xəta hadisəsi ilə əlaqadar xx.xx.2024-cü il tarixdə MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və X7 göndərilmişdir. İnzibati xəta haqında işə baxılması 14 may 2024-cü il tarixə saat 11:30-a təyin edilmiş və bu barədə Rüfət Həsənzadəyə qanunamüvafiq qaydada məlumat verilmişdir. Rüfət Həsənzadə 14 may 2024-cü il tarixdə saat 11:30-a təyin edilmiş iclasda iştirak etmədiyindən işə onun iştirakı olmadan baxılmış və o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 541-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 3.000 (üç min) manat miqdarında cərimə edilmişdir. Sonradan həmin qərarda düzəliş edilərək, 3.000 (üç min) manat miqdarında cərimə 600 (altı yüz) manat miqdarında cərimə ilə əvəz edilmişdir. İnzibati xəta haqqında icraat qanunvericiliyin tələblərinə tam uyğun aparılmışdır. Odur ki, şikayət ərizəsinin təmin edilməməsini mhkəmədən xahiş etdi. İşin məhkəmə baxışında iştirak edən Azərbaycan Respublikası Ekologiya və Təbii Srvətlər Nazirliyinin yanında Meşələrin İnkişafı Xidmətinin 1 saylı X9 Mərkəzinin nümayəndəsi X11 izahatında bildirdi ki, X7 icarəyə verilmiş X14 X2 meşəbəyliyinin ərazisində yerləşən torpaq sahəsinə işlədiyi mərkəzin əməkdaları tərəfindən baxış keçirilərkən ərazidə meyvə ağacları əkildiyinə görə bu barədə həmin əməkdaşlar tərəfindən 21 fevral 2024-cü il tarixdə müvafiq akt tərtib edilərək, X7 “meyvə ağaclarının çıxarılaraq yerində meşə cinsli ağacların əkilməsini təmin etməsi haqqında” xx.xx.2024-cü il tarixli məcburi göstəriş tərtib edilərək, təqdim edilmişdir. Həsənzadə Rüfət mcburi göstərişin tələblərini yerinə yetirmədiyindən onun barəsində inzibati xəta haqqında icraat aparılmış və müvafiq qərar əsasında o, cərimə edilmişdir. Həmçinin hazırda qeyd edilən səbəblərə görə X8 ilə qeyd edilən 100 ha torpaq sahələrinə dair bağlanmış icarə müqavilələrinin ləğv edilməsi həmin ərazidə əkilmiş meyvə ağaclarının onun hesabına çıxarılması və torpaq sahəsinin əvvəlki vəziyyətində qaytarılaraq 1 saylı X1ytarılması barədə Rüfət Həsənzadəyə qarşı iddia tələbi ilə Lənkəran rayon Məhkəməsinə müraciət edilmişdir. Məhkəmə tərəfləri dinləyib, həmçinin iş materiallarını nəzərdən keçirərək hesab edir ki, şikayət təmin edilərək, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 X13 və Təbii Sərvətlər İdarəsinin vəzifəli şəxsi tərəfindən qəbul edilmiş 14 may 2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilərək, X3 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 541-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş yenidən baxılmaq üçün Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 X13 və Təbii Sərvətlər İdarəsinə göndərilməlidir. Belə ki, iş materiallarına əlavə edlmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Srvətlər Nazirliyinin yanında Meşələrin İnkişafı Xidmətinin 1 saylı X9 Mərkəzinin əməkdaşları tərəfindən tərtib edilmiş 003004 nömrəli, 21 fevral 2024-cü il tarixli aktdan görünür ki, X7 icarəyə verilmiş X14 X2 meşəbəyliyinin ərazisində yerləşən torpaq sahəsində meyvə ağaclarının əkilməsi müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş Ç-MG/4024-013 nömrəli, xx.xx.2024-cü il tarixli “məcburi göstəriş”dən görünür ki, X7 X14 X2 meşəbəyliyinin ərazisində yerləşən torpaq sahəsindəonun tərəfindən əkilmiş meyvə ağaclarının çıxarılaraq yerində meşə cinsli ağaclarının əkilməsi tapşırılmışdır. Məcburi göstərişin icrası üçün 10 gün müddət müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş 84032 nömrəli, 26 aprel 2024-cü il tarixli aktdan görünür ki, X8 tərəfindən Ç-MG/4024-013 nömrəli, xx.xx.2024-cü il tarixli “məcburi göstəriş” icra edilmişdir. İş materiallarına əlavə edilmiş MN seriyalı, ******* nömrəli, 26 aprel 2024-cü il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, X3 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 541-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İş materiallarına əlavə edilmiş “inzibati xəta haqqında işin baxılmağa hazırlanması barədə” 046 nömrəli, 26 aprel 2024-cü il tarixli qərardaddan görünür ki, X3 barəsində olan inzibati xəta haqqında işə baxılması 14 may 2024-cü il tarixə saat 11:30-a təyin edilmişdir. İş materiallarına əlavə edilmiş 1 X13 və Təbii Sərvətlər İdarəsinin Ç-BM/4024-161 nömrəli məktubundan görünür ki, həmin məktubda X7 barəsində olan inzibati xəta haqqında işə 14 may 2024-cü il tarixə saat 11:30-da baxılacağı barədə məlumat qeyd edilmiş və həmin iclasda iştirak etməsinin zəruri olduğu qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş poçt zərfinin surətindən görünür ki, 1 X13 və Təbii Sərvətlər İdarəsi tərəfindən X7 ünvanlanmış SX020139627AZ nömrəli poçt göndərişi 16 may 2024-cü il tarixdə Rüfət Həsənzadəyə çatdırılmışdır. İş materiallarına əlavə edilmiş 1 X13 və Təbii Sərvətlər İdarəsi tərəfindən X7 ünvanlanmış 314-40/2-242/2024 nömrəli 14 iyun 2024-cü il tarixli məktubundan görünür ki, həmin məktubda Rüfət Həsənzadənin barəsində qəbul edilmiş qərarda cərimənin 600 manat əvəzinə 3.000 manat qeyd edildiyi göstərilmiş və hazırkı iş üzrə mübahisələndiiləninzibati tənbehvermə haqqında qərarda bu barədə dəyişiklik edilərək Rüfət Həsənzadəyə təqdim edilmişdir. Məhkəmə şikayət ərizəsini iş üzrə təqdim edilmiş sübutlar və tərəflərin izahatları əsasında araşdıraraq müəyyən etdi ki, X3 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 541-ci maddəsi ilə aparılan inzibati xəta haqqında icraat aparılarkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələbləri pozulmuşdur. Belə ki, X3 barəsində tərtib edilmiş MN seriyalı, ******* nömrəli, 26 aprel 2024-cü il tarixli inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında işə baxılması 14 may 2024-cü il tarixə saat 11:30-a təyin edildiyi halda bu barədə müvafiq məktub Rüfət Həsənzadəyə 15 may 2024-cü il tarixdə, yəni iclas keçirildikdən 1 gün sonra poçt rabitəsi vasitəsilə çatdırılmışdır. İnzibati xəta haqqında icraatı aparan orqan işə baxılması barədə barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin məlumatlandırılmasına əmin olmadan işə baxmış və onun barəsində inzibati tənbehvermə haqqında qərar qəbul etmişdir. Bununla da Rüfət Həsnzadə barəsində baxılan inzibati xəta haqqında işin icraatında iştirak etməkdən və öz hüquqlarını həyata keçirməkdən məhrum olmuşdur. Halbuki Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin - inzibati xəta haqqında iş üzrə bütün materiallarla tanış olmaq, izahat vermək, sübutlar təqdim etmək, vəsatət və etirazlar vermək, işə baxılarkən müdafiəçinin hüquqi yardımından istifadə etmək və s. hüquqları vardır. Həmin məcəllənin 60-cı maddəsinə əsasən, hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) bildiriş vasitəsilə inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarını işə baxılmasının vaxtı və yeri, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar edir, onları işə baxılmasında və ya digər prosessual hərəkətlərin həyata keçirilməsində iştirak etmək üçün çağırırlar. Məhkəmə həmçinin işə baxarkən müəyyən etmişdir ki, 1 X13 və Təbii Sərvətlər İdarəsinin vəzifəli şəxsi tərəfindən qəbul edilmiş 14 may 2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarda dəyişiklik edilməklə (cərimənin məbləğinin 3.000 manatdan – 600 manata) həmin qərar X7 təqdim edilmişdir. Məhkəmə bu halın da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun olmadığını qeyd edir. İXM-nin 135.1.1 və 135.1.6-cı maddələrinə görə hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması və bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biridir. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qəra qəbul edilir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 X13 və Təbii Sərvətlər İdarəsinin vəzifəli şəxsi tərəfindən qəbul edilmiş 14 may 2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilərək, X3 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 541-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş yenidən baxılmaq üçün Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 X13 və Təbii Sərvətlər İdarəsinə göndərilməlidir. Ona görə də şikayət qismən təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 134, 136 və 137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: X3 şikayəti qismən təmin edilsin. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 X13 və Təbii Sərvətlər İdarəsinin vəzifəli şəxsi tərəfindən qəbul edilmiş 14 may 2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin. X3 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 541-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş yenidən baxılmaq üçün Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 X13 və Təbii Sərvətlər İdarəsinə göndərilsin. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan etibarən 10 gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hakim Anar Pənahov
Məhkəmə qərarları › İş №3(049)-633/2024
Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-633/2024
23.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver