Məhkəmə qərarları › İş №3(049)-634/2024

Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-634/2024

08.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-634/2024 08.07.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlunun sədrliyi, məhkəmə iclasının katibi: X6, protokol tərtib etmiş orqanın nümayəndəsi: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin məsləhətçi-müfəttişi X1 iştirakı ilə, X4 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 15 mart 2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X8 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək barəsində tərtib edilmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 15 mart 2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. X2 şikayəti onunla əsaslandırmışdır ki, Lənkəran şəhəri, M.F.Axundov küşəsi ev 18Ada yaşayır. Eyni zamanda Lənkəran rayonu, Şiləvar kəndi ərazisində iaşə obyekti işlətməklə sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Daha doğrusu həmin obyekt etibarnamə əsasında ailə üzvləri tərəfindən (qızı Arzu Əzimzadə) istifadə edilir. 2024-cü ilin fevral ayının 26-da Azəbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşı həmin obyektə gələrək obyekt sahibinin, inzibati qaydada cərimə olunduğunu bildirmiş və heç bir obyektiv araşdırma aparmadan çıxıb getmişdir. Onu dediklərinə əsasən bildirmək istəyir ki, barəmdə hazırki qərarın qəbul edilməsinə səbəb guya obyektdə kabab çəkmək üçün nəzərdə tutulmuş manqalın üzərində tüstünü təmizləmək üçün xüsusi avadanlığın olmaması olmuşdur. Halbuki, qeyd olunan obyektdə ümumiyyətlə manqal olmamış və ora gələn əməkdaş tərəfindən də bu halın təsdiq olunmasını özündə əks etdirən sübutlar müəyyənləşdirilməmişdir. Bundan sonra Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən barəmdə xx.xx.2024-cü il tarixli, MN № ******* nömrəli protokol, onun əsasında isə 15 mart 2024-cü il tarixdə MN № ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar qəbul edilmişdir. Məhkəmənin diqqqətinə çatdırmaq istəyir ki, tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN № ******* nömrəli protokol və onun əsasında qəbul edilmiş 15 mart 2024-cü il tarixdə MN № ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən ona rəsmi qaydada verilməmişdir. 15 mart 2024-cü il tarixdə MN № ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar onun adına Lənkəran rayonunun Şiləvar kəndinə göndərilmişdir. Halbuki, faktiki yaşadığı yerlə rəsmi qeydiyyatda olduğu ünvan eynidir. İndiyədək heç bir vaxt Şiləvar kəndində yaşamamış və rəsmi qeydiyyatı da yoxdur. Buna görə də poçt tərəfindən həmin sənəd çatdırılmadan geri qaytarılmışdır. xx.xx.2024-cü il tarixdə ona məlum olmuşdur ki, sözügedən idarə tərəfindən barəsində belə bir qərar qəbul olunub və o, Azərbaycan Respublikası İXM-nin 541-ci maddəsinə əsasən vəzifəli şəxs qismində 3000 manat məbləğində cərimə olunmuşdur. Elə həmin gün də, yəni xx.xx.2024-cü il tarixində qeyd olunan idarədə qəbul edilmiş 15 mart 2024-cü il tarixdə MN № ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar təqdim olunmuşdur. Hesab edirəm ki, həmin protokol və qərar qanunsuz və əsassızdır. Belə ki, sözegdən inzibati xətanın tərəfindən təqsirli olaraq törədilməsini təsdiq edən heç bir mötəbər sübut yoxdur. Hesab edir ki, sözügedən qərar qəbul edilərkən İXM-nin tələbləri pozulmaqla qəbul edilmişdir. Belə ki, həmin qərarda qeyd olunmuş xx.xx.2024-cü il tarixli, Ç-MG/4024-005 nömrəli məcburi göstəriş adlanan hansısa bir sənəd şəxsən ona təqdim olunmamışdır. Lakin, 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən barəsində Azərbaycan Respublikasının İXM-nin 541-ci maddəsi ilə inzibati tənbeh tətbiq edilmişdir. Həmin maddənin məzmunundan görünür ki, Ətraf mühitin mühafizəsini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının qanuni tələblərinin və ya qərarlarının yerinə yetirilməməsinə görə inzibati xəta tərkibi yaranır. Lakin 1 saylı RETSİ-nin rəisi Ceyhun Hüseynov tərəfindən barəsində inzibati tənbeh tətbiq edilərkən qanunvericiliyin tələbi pozulmuş və heç bir təqsirli hərəkət edmədiyi halda barəsində İXM-nin 541-ci madəsi ilə qərar qəbul etmişdir. Bununla da inzibati orqan tərəfindən araşdırma aparılarkən tam və hərtərəfli aparılmamış, qanunsuz və əsassız qərar qəbul edilməklə həmin inzibati xətanı aradan qaldıracaq şübhələr araşdırılmamışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq şikayət verən şəxs X2 məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X5 izahatında göstərdi ki, X4 uzun müddətdir ki, tanıyır, sonuncu hazırda yataq xəstəsidir. X4 mülkiyyətində olan “Ay lolo” şadlıq evində manqalın tüstüsünün təmizləmək üçün xüsusi qurğunun olmamasını şifahi qaydada bilmiş və bu barədə akt tərtib etmişdir. Qəbul edilmiş X3na, yəni Şiləvar kəndində göndərilmişdir. Göstərilənlərə əsasən, iş üzrə ədalətli qərar qəbul edilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmədə elan olunmaqla araşdırılmış Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 15 mart 2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından görünür ki, idarə tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məcburi göstərişin tələblərinin yerinə yetirilməməsinə görə X8 İXM-nin 541-ci maddəsinə əsasən şərti cərimə edilmişdir. İş materiallarında olan və məhkəmədə elan olunmaqla araşdırılmış xx.xx.2023-cü il tarixli məcburi göstərişdən görünür ki, X4 mülkiyyətində olan “Ay lolo” şadlıq evində manqalın tüstüsünün təmizləmək üçün xüsusi qurğu və avadanlıqların quraşdırılmasının təmin edilməsi üçün 20 gün icra müddəti müəyyən edilmişdir. İş materiallarında olan və məhkəmədə elan olunmaqla araşdırılmış Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 26 fevarl 2024-cü il tarixli aktından görünür ki, X4 mülkiyyətində olan “Ay lolo” şadlıq evində manqalın tüstüsünün təmizləmək üçün xüsusi qurğu və avadanlıqların quraşdırılmasının təmin edilməmişdir. X3 tərəfindən imzalanmamışdır. İş materiallarında olan və məhkəmədə elan olunmaqla araşdırılmış Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 26 fevarl 2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, idarə tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məcburi göstərişin tələblərinin yerinə yetirilməməsinə görə X8 İXM-nin 541-ci maddəsi ilə inzibati xətanı törətmişdir. Məhkəmə, şikayəti nəzərdən keçirib, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə qənaətə gəlir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 15 mart 2024-cü il tarixli, MN ******* inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli, inzibati xəta haqqında iş yenidən baxılmaq üçün Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 541-ci maddəsinə əsasən Ətraf mühitin mühafizəsini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının qanuni tələblərinin və ya qərarlarının yerinə yetirilməməsinə görə-fiziki şəxslər altı yüz manatdan doqquz yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan dörd min səkkiz yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, 26 yanvar 2024-cü il tarixdə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşı tərəfindən X4 mülkiyyətində olan “Ay lolo” şadlıq evində manqalın tüstüsünün təmizləmək üçün xüsusi qurğu və avadanlıqların quraşdırılmaması müəyyən edilmiş və hgəmin qurğuların quraşdırılmasının təmin edilməsi üçün 20 günlük icra müddəti tətbiq edilməklə məcburi göstəriş verilmidir. Lakin həmin məcburi göstərişin X7 çatdırılması təmin edilməmişdir. Belə ki, məhkəmə iclasında X7 məcburi göstərişin göndərilməsi barədə hər hansı sübut müəyyən edilməmişdir. Məcburi göstərişin Lənkəran rayonu, Şiləvar kəndinə göndərilməsi barədə məktub məhkəməyə təqdim edilmişdir. Bununla bağlı məhkəmə bildirir ki, X4 yaşayış ünvanı ünvan 1əmin məktubun Lənkəran rayonu, Şiləvar kəndində ünvana çatdırılması barədə sənəd də məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qəra qəbul edilir. Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 15 mart 2024cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli, inzibati xəta haqqında iş yenidən baxılmaq üçün Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 15 mart 2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və inzibati xəta haqqında iş yenidən baxılmaq üçün Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Murad Aslanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar