Məhkəmə qərarları › İş №3(049)-638/2024

Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-638/2024

11.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-638/2024 11.06.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Pənahov Anar Elman oğlunun sədrliyi, məhkəmə iclas katibi Şabanov Vidadi Fərman oğlunun katibliyi, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs, zərərçəkmiş şəxs X2 və inzibati xəta haqqında protokolu tərtib etmiş orqan - Lənkəran Şəhər Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis leytenantı X7 iştirakı ilə, xx.xx.1984-cü il tarixdə Lənkəran rayonunda doğulmuş, Lənkəran rayonu, Biləsər kəndində qeydiyyatda olan və yaşayan, Azərbaycan Respublikasının vətəndaşı, evli, işləməyən, 3-cü qrup əlilliyi olan Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə baxaraq, məhkəmə müəyyən etdi : Lənkəran Şəhər Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis leytenantı X7 tərtib etdiyi 11 iyun 2024-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolun məzmunundan, habelə inzibati xəta haqqında iş üzrə toplanmış digər materiallardan görünür ki, Şəxs 18 aprel 2024-cü il tarixdə günorta radələrində Lənkəran rayonu, Biləsər kəndi ərazisində iş üzrə zərərçəkmiş şəxs qismində tanınmış Əmbərnisə Muradovanı ucadan nalayiq ifadələrlə təhqir edərək ictimai qaydanı pozmuşdur.Bu əməlləri ilə o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xəta əməlini törətmişdir. Lənkəran Şəhər Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis leytenantı X10 məhkəmə iclasında iştirak edib, protokolun məzmununa uyğun izahat verərək, əlavə olaraq qeyd etdi ki, inzibati xəta haqqında icraat materiallarında qeyd edilən hadisə 18 aprel 2024-cü il tarixdə Lənkəran rayonu Biləsər kəndi ərazisində yolun kənarında Pirin qarşısında baş vermişdir. Şəxs və X5 arasında baş verən mübahisənin səbəbi meşə ərazisində yerləşən sahədə onların hər ikisinin iaşə obyekti çayxana işlətmək istəməlidir. Belə ki, həmin ərazi Hirkan Milli Parkının ərazisində yerləşir. Hal hazırda hər iki şəxsin həmin ərazidə qanunsuz fəaliyyətinin qarşısı alınmışdır. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddələrinin sanksiyası həddində cəzalandırılmasını məhkəmədən xahiş etdi. Barəsində inzabati xəta haqqında icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahatında bildirdi ki, protokolda qeyd edilən inzibati xəta əməlini törətməkdə özünü təqsirli bilmir. Belə ki, o, 2 il bundan əvvəl Lənkəran rayonu Biləsər kəndi ərazisində meşədə bir neçə stol, stul qoyaraq çayxana fəaliyyəti ilə məşğul olmuşdur. 2024-cü ilin aprel ayındə Əmbərnisənin oğlu Ramin onun meşədə qoyduğu stol, stulu oradan götürərək oranı özü istifadə etmək istəmişdir. Bu barədə aralarında mübahisə yaranmışdır. 18 aprel 2024-cü il tarixdə Lənkəran rayonu, Biləsər kəndi ərazisində Pirin qarşısında Əmbərnisə Muradovaya yaxınlaşaraq, bu barədə ona öz etirazını bildirmişdir. Ətrafda kənd sakinləri də olmuşdur. O, həmin vaxt Əmbərnisə Muradova ilə uca səslə danışmamış, ona sakit formada öz etirazını bildirmişdir. Özü 3-cü qrup əlildir və himayəsində bir azyaşlı övladı vardır. Məhkəmədən hazırki inzibati iş üzrə xitam verilməsini xahiş etdi. Zərərçəkmiş şəxs X5 məhkəmə iclasında izahatında bildirdi ki, oğlu ikinci Qarabağ müharibəsində şəhid olmuşdur. 18 aprel 2024-cü il tarixdə günorta radələrində Lənkəran rayonu Biləsər kəndində Pirin qarşısında həmkəndlisi Şəxs ona yaxınlaşaraq uca səslə, nalayiq ifadələrlə qışqıraraq ondan niyə meşədə qoyduğu stol, stulu sökdüyünü soruşmuşdur. Ona etirazını bildirərək həmin ərazidə onun özünün də qanunsuz fəaliyyət göstərdiyini bildirmişdir. Pənah mübahisə zamanı ona bildirmişdir ki, şəhid oğlunun adından sui istifadə edir. Ətrafda olan kənd sakinləri də bunları görmüşlər. Pənah Poladın ona qarşı etdiyi əmələ görə cəzalandırılmasını məhkəmədən xahiş etdi. İş materlallarına əlavə edilmiş Lənkəran ŞRPŞ-nin TB-nin təhqiqatçısı, polis kapitanı X3 tərəfindən qəbul edilmiş “cinayət işinin başlanmasının rədd edilməsi barədə” xx.xx.2024-cü il tarixli qərarda qeyd edilmişdir ki, spsrılmış təhqiqat araşdırması zamanı müəyyən edilmişdir ki, 18 aprel 2024-cü il tarixdə günorta saatlarında Lənkəran rayonu, Biləsər kənd sakini Poladov X1 sakini X4 Biləsər kəndində küçədə ucadan nalayiq ifadələrlə thqir edərək ictimai qaydanı pozmuş, cəmiyyət arasında təşəkkül tapmış adətənənələrə hörmətsizlik etmişdir. İnzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, həmçinin inzibati xata haqqında protokolu tərtib edən orqanın nümayəndəsinin, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin və zərərçəkmiş şəxsin izahatlarını dinləyərək məhkəmə belə qənaətə gəlir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcuddur. Ona görə də o, həmin maddə ilə təqsirli bilinərək, məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən «Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır». Barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin 3-cü qrup əlilliyinin olması və himayəsində azyaşlı övladının olması iş üzrə məsuliyyəti yüngülləşdirən hal kimi qiymətləndirilir. İş üzrə məsuliyyəti ağırlaşdıran hal müəyyən edilməmişdir. Bu səbəbdən Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə təqsirli bilinməli və ona həmin maddənin sanksiyası çərçivəsində cərimə tənbehi tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 115, 117, 128 – 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 100 (yüz) manat inzibati cərimə tənbehi tətbiq olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Anar Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar