Məhkəmə qərarları › İş №3(049)-641/2024

Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-641/2024

05.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-641/2024 05.07.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlunun sədrliyi, məhkəmə iclasının katibi: X1 iştirakı ilə, xx.xx.1991-ci il tarixdə Lənkəran rayonu, Kənarmeşə kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsili, Lənkəran rayonu, Kənarmeşə kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan (FİN:xxxxxxx) Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 571-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında protokola və ona əlavə edilmiş inzibati xəta haqqında iş üzrə icraat materiallarına Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: 28 aprel 2024-cü il tarixdə, saat 10:20 radələrində Lənkəran rayonu, Kənarmeşə kənd sakini Şəxs Xəzər dənizi Lənkəran reydində sahildən 9.6 mil məsafədə Su-sərhəd rejiminə icazəsiz daxil olduğuna görə barəsində Lənkəran 201 nömrəli BQK-ri kapitan leytenantı X2 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 571-ci maddəsi ilə 28 aprel 2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasına dəvət olunmasına baxmayaraq inzibati protokolu tərtib edən şəxs və barəsində inzibati iş üzrə icraat aparılan şəxs məhkəməyə gəlməmişlər. Məhkəmə inzibati xəta haqqında işə onların iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. İnzibati xəta haqqında materiala əlavə edilmiş və məhkəmədə elan edilməklə araşdırılmış 28 aprel 2024-cü il tarixli barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs izahatından görünür ki, xx.xx.2024-cü il tarixdə təxminən saat 08:30 radələrində sahildən 2.0 mil məsafədə keçərək açıq dəniz istiqamətində gəlmişdir. Saaat 10:20 radələrində Lənkəran reydi Xəzər dənizi sahilindən dənizə doğru 9.6 mil aralı məsafədə balıq ovu ilə məşğul olduğu zaman sərhədçilər tərəfindən saxlanılmışdır. Bu məsafədə balıq ovu ilə məşğul olmağının səbəsi sahuldə 2.0 mil məsafəyədək dayazlıq olması və o ərazidə balığın olmamasıdır. Maddi çətinliyini və ailə vəziyyətini nəzərə almağını xahiş etmişdir. İnzibati xəta haqqında materiala əlavə edilmiş və məhkəmədə elan edilməklə araşdırılmış Raportdan görünür ki, 201 nömrəli gəmi 28 aprel 2024-cü il tarixdə, Dövlət sərhədinin Mühafizəsində oluğu zaman saat 10:20 radələrində aliminum tiğli üzərində 1 ədəd “Yamaha-48”markalı asma mühərrikli quraşdırılmış “VE-307” bort nömrəli qayıqla Lənkəran rayon, Aşağı Nüvədi qəsəbə sakinin xx.xx.1984-cü il təvəllüdlü X6 və Lənkəran rayon Kənarmeşə kənd sakini xx.xx.1991-ci il təvəllüdlü Şəxs sahildə təyin olunmuş məsafəni pozaraq (9.6 mil məsafədə) həvəskar balıq ovu ilə məşğul olmaları aşkar olunmuşdur. İnzibati xəta haqqında materiala əlavə edilmiş və məhkəmədə elan edilməklə araşdırılmış 28 aprel 2024-cü il tarixli Lənkəran 201 nömrəli BQK-ri kapitan leytenantı X2 tərtib etdyi protokoldan görünür ki, 28 aprel 2024-cü il tarixdə, saat 10:20 radələrində Lənkəran rayon, Aşağı Nüvədi qəsəbə sakinin Şəxs Sərhəd xidməti tərəfindən saxlanılmış sahildə təyin olunmuş məsafəni pozaraq (9.6 mil məsafədə) həvəskar balıq ovu ilə məşğul olmaları aşkar olunmuşdur. Barəsində tərtib olunan müvafiq sənədləşmə xx.xx.2024-cü il tarixdə icraatına daxil olmuşdur. İnzibati xəta haqqında materiala əlavə edilmiş və məhkəmədə elan edilməklə araşdırılmış 28 aprel 2024-ci il tarixli VE-307 bort nömrəli qayığına baxışın keçirilməsi və rejim pozucusu qismində tutulması Sxemdən görünür ki, xx.xx.2024-cü il tarixdə VE-307 bort nömrəli qayıq və 2(iki) nəfər həyət üzvu =39.42”N,=49.04.6”E koordinatlarda sahildən 9.6 mil aralı məsafədə rejm pozucusu qismində tutulmuşdur. İnzibati xəta haqqında materiala əlavə edilmiş və məhkəmədə elan edilməklə araşdırılmış 28 aprel 2024-ci il tarixli 20/35 nömrəli kiçik həcimli üzmə vasitəsinə yoxlamanın keçirilməsi haqqında protokuldan görünür ki, Şəxs Sərhəd rejim qaydalarını pozaraq 9.6 mil məsafədə balıqovlama ilə məşğul olması səbəbindən sərhd rejiminin pozucusu qismində sənədləşdirilmişdir. İnzibati xəta haqqında materiala əlavə edilmiş və məhkəmədə elan edilməklə araşdırılmış 28 aprel 2024-cü il tarixli 201/63 nömrəli kiçik həcimli qayığın tutulması haqqında protokoldan görünür ki, X4 məxsus Aliminium Yamaha 48 qayıqla Şəxsyla birlikdə Sərhəd rejim qaydalarını pozaraq sahildən 9.6 mil məsafədə balıq ovlama ilə məşğul olması səbəbindən protokol tərtib edilmişdir. İnzibati xəta haqqında materiala əlavə edilmiş və məhkəmədə elan edilməklə araşdırılmış 28 aprel 2024-ci il tarixli “Şəxsi axtarış, fiziki şəxsdə olan şeyləri yoxlama şeylərin və sənədlərin götürülməsi haqqında protokoldan görünür ki, Şəxs üzərində şəxsiyyət vəsiqəsi aşkar edilmiş və götürülmuşdür. Məhkəmə inzibati xəta haqqında iş materiallarını və ona əlavə edilmiş sənədləri tədqiq edərək belə qənaətə gəlir ki, inzibati xəta törətmiş Şəxs İXM-nin 571-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Ona görə də məhkəmə Şəxs həmin maddənin saksiyası çərçivəsində tənbeh edilməsini məqsədəmüvafiq hesab edir. İXM-nin 571-ci maddəsinə görə Azərbaycan Respublikasının sərhəd sularında, yəni sərhəd çaylarının, göllərin və başqa sututarların, Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub olan bölməsində balıqçılıq, ovçuluq, elmi-tədqiqat, idman gəmilərinin, motorlu və motorsuz başqa gəmilərin və digər üzən vasitələrin qeydiyyata alınması, saxlanması, onların yanalma körpülərindən dəniz və digər sututarların sularına çıxması, orada olması, üzməsi və geri qayıtması qaydalarının pozulmasına, göstərilən sularda icazə olmadan və ya belə icazə olduqda, lakin müəyyən edilmiş qaydaları pozmaqla ovçuluq (balıqçılıq), tədqiqat və axtarış fəaliyyətinin həyata keçirilməsinə görə -gəmi və ya digər üzən vasitə müsadirə edilməklə və ya edilməməklə fiziki şəxslər iki yüz əlli manatdan üç yüz əlli manatadək məbləğdə, vəzifəli şəxslər dörd yüz əlli manatdan altı yüz əlli manatadək məbləğdə cərimə edilir. İXM-nin 32 və 33-cü maddələrinə əsasən inzibati xəta törətmiş Şəxs yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tədbiq edərkən xətanın xarakterini, törədilmə şəraitini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, həmçinin cəmiyyətin maraqlarını, habelə inzibati xəta haqqında icraat aparılan şəxsin maddi vəziyyətini nəzərə alaraq hesab edir ki, inzibati xəta törətmiş şəxs Şəxs İXM-nin 571-ci maddəsinin sanksiyasının həddi daxilində inzibati cərimə edilməlidir. Məhkəmə, eyni zamada “Yamaha-48”markalı asma mühərrikli quraşdırılmış “VE-307” bort nömrəli qayığın X4 məxsus olmasını nəzərə alaraq həmin qayığın müsadirə edilməsinin mümkünsüz olmasını da nəzərə alır. Qeyd olunanlara əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 115 və 128-130-cu maddələrini rəhbər tutub, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 571-ci maddəsi ilə təqsirli bilinib barəsində 350 (üç yüz əlli) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın icrası Lənkəran Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Murad Aslanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar