Məhkəmə qərarları › İş №3(049)-642/2024

Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-642/2024

27.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-642/2024 27.06.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Pənahov Anar Elman oğlunun sədrliyi, məhkəmə iclasının katibi Şabanov Vidadi Fərman oğlunun katibliyi ilə, xx.xx.1984-cü il tarixdə Lənkəran rayonunda doğulmu, Azərbaycan Respublikasının vətəndaşı, Lənkəran rayonu, Aşağı nüvədi kəndində qeydiyyatda olan (FİN: xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-nin) 571-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol və inzibati xəta haqqında iş üzrə icraat materiallarına Lənkəran Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Şəxs inzibati xəta haqqında toplanmış materiallarla müəyyən edilmişdir ki, xx.xx.2024-cü il tarixi saat 10:20 radələrində Xəzər dənizi Lənkəran reydində sahildən 9.6 mil məsafədə su sərhəd rejiminə icazəsiz daxil olmaqla inzibati xəta törətdiyinə görə barəsində X4 tərəfindən İXM-nin 571-ci maddəsi ilə 28 aprel 2024-cü il tarixli MN ******* №-li inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərilmişdir. İşin məhkəmə baxışının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş Şəxs və inzibati protokolu tərtib etmiş orqanın nümayəndəsi gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İNZİBATİ XƏTA HAQQİNDA İŞ ÜZRƏ İCRAAT MATERİALLARİNDA OLAN: xx.xx.2024-cü il tarixli raportdan gürünür ki, 201 nömrəli gəmi xx.xx.2024-cü il tarixdə X1 zaman saat 10:20 radələrində aliminium tipli, üzərinə 1 ədəd “Yamaha-48” markalı asma mühərriki quraşdırılmış “VE-307” bort mömrəli qayıqla Lənkəran rayonu Aşağı Nüvədi kəndində qeydiyyatda olan və yaşayan xx.xx.1984-cü il təvəllüdlü Şəxs və Lənkəran rayonu Kənarmeşə kəndində qeydiyyatda olan və yaşayan xx.xx.1991-ci il təvəllüdlü X2 təyin olunmuş məsafəni pozaraq (9.6 mil məsafədə) həvəskar balıq ovu ilə məşğul olmaları aşkar olunmuşdur. Sahildən təyin olunmuş üzmə məsafəni pozduqlarına görə qeyd edilən şəxlər Azərbaycan Respublikasının İXM-nin 571-ci maddəsinə əsasən inzibati xəta törədərək su sərhəd rejim pozucusu qismində tutulmuşdurlar. Kiçik həcimli üzmə vasitələrinin yoxlamanın keçirilməsi haqqında 201/35 saylı protokoldan görünür ki, sərhəd rehim qaydalarını pozaraq sahildən 9.6 ml məsafədə balıq ovlama ilə məşğul olması səbəbindən sərhəd rejim pozucusu qismində sənədləşdirilmişdir. Barəsində inzibati iş üzrə icraat aparılan Şəxs izahat inzibati orqanda aparılan inzibati xəta haqqında icraat zamanı izahat verərək, bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə təxminən saat 08:30 radələrində sahildən 2.0 mil məsafəni keçərək açıq dəniz istiqamətində gəlib. Saat 10:20 radələrində Lənkəran reydi Xəzər dənizi sahilindən dənizə doğru 9.6 mil aralı məsafədə balıq ovu ilə məşğul olduğu zaman sərhədçilər tərəfindən saxlanılıb. Bu məsafədə balıq ovu ilə məşğul olmağı səbəbi sahildən 2.0 mil məsafəyədək dayazlıq olması və o ərazidə balığın olmamsıdır. Maddi çətinliyi və ailə vəziyyəti nəzərə alınmasını xahiş edib. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixi saat 10:20 radələrində Xəzər dənizi Lənkəran reydində sahildən 9.6 mil məsafədə su sərhəd rejiminə icazəsiz daxil olmuşdur. Qayıqda olan Şəxs və X5 adlı şəxslər sahildən təyin olunmuş məsafəni pozaraq (9.6 mil məsafədə) həvəskar balıq ovu ilə məşğul olmaları aşkar olunmuşdur. İXM-nin 571-ci maddəsinin dispozisiyasına görə Azərbaycan Respublikasının sərhəd sularında, yəni sərhəd çaylarının, göllərin və başqa sututarların, Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub olan bölməsində balıqçılıq, ovçuluq, elmi-tədqiqat, idman gəmilərinin, motorlu və motorsuz başqa gəmilərin və digər üzən vasitələrin qeydiyyata alınması, saxlanması, onların yanalma körpülərindən dəniz və digər sututarların sularına çıxması, orada olması, üzməsi və geri qayıtması qaydalarının pozulmasına, göstərilən sularda icazə olmadan və ya belə icazə olduqda, lakin müəyyən edilmiş qaydaları pozmaqla ovçuluq (balıqçılıq), tədqiqat və axtarış fəaliyyətinin həyata keçirilməsinə görə - gəmi və ya digər üzən vasitə müsadirə edilməklə və ya edilməməklə fiziki şəxslər iki yüz əlli manatdan üç yüz əlli manatadək məbləğdə, vəzifəli şəxslər dörd yüz əlli manatdan altı yüz əlli manatadək məbləğdə cərimə edilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan inzibati xətanın törətməsində təqsiri inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tədbiq edərkən xətanın xarakterini, törədilmə şəraitini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, həmçinin cəmiyyətin maraqlarını, habelə məsuliyyətini yüngülləşdirən halları nəzərə almaqla ona inzibati cərimə növündə inzibati tənbehin tətbiq edilməsini mümkün hesab edir. İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına inzibati xəta törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 40, 43, 48-51, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 571-ci maddəsində nəzərdə tutulmuş xətanı törədilməsində təqsirli bilinərək barəsində 300 (üç yüz) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şirvan Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Anar Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar