Məhkəmə qərarları › İş №3(049)-642/2025

Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-642/2025

11.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-642/2025 11.09.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Ələsgərov Elvin Əvəz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Bağırov Əkrəm Muxtar oğlunun katibliyi, Azərbaycan Dövlət Su Agentliyi yanında Suların İstifadəsində və X3 Xidməti 5 saylı Lənkəran-Astara Regional bölməsinin nümayəndəsi X1 iştirakları ilə Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 264.0.3-cü maddəsi ilə inzibati xəta törətməsinə dair Azərbaycan Dövlət Su Agentliyi yanında Suların İstifadəsində və X3 Xidməti 5 saylı Lənkəran-Astara Regional bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala Lənkəran Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Azərbaycan Dövlət Su Agentliyi yanında Suların İstifadəsində və X3 Xidməti 5 saylı Lənkəran-Astara Regional bölməsinin səlahiyyətli şəxsi tərəfindən Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 264.0.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 22 avqust 2025-ci il tarixli MN № ******* nömrəli protocol tərtib edilərək baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Dövlət Su Agentliyi yanında Suların İstifadəsində və X3 Xidməti 5 saylı Lənkəran-Astara Regional bölməsinin nümayəndəsi X2 protokolu müdafiə edərək ona uyğun çıxış edərək Şəxs barəsində inzibati cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmış Şəxs iclasa gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İXM-nin 61.3-cü maddələrinə əsaslanaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında tədqiq edilmiş iş materialları: xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, 22 avqust 2025-ci il tarixində Lənkəran çayının Narbağı kəndindən keçən hissəsində qazıntı işlərinin aparılmasına görə Şəxs barəsində İXM-nin 264.0.3-cü maddəsi ilə protokol tərtib edilmişdir. xx.xx.2025-ci il tarixli 001037 saylı aktdan görünür ki, ADSEA yanında Suların İstifadəsində və X3 Xidməti 5 saylı Lənkəran-Astara Regional bölməsinin sərəncamına əsasən onlar 5 saylı Lənkəran-Astara Regional bölməsinin əməkdaşları Lənkəran çayının Narbağı kəndi ərazisindən keçən hissəsində monitorinq aparmışlar. Monitorinq nəcitəsində baxılan ərazidə 3057762, ******* koordinatlarında eksvatorla qazıntı işlərinin aparılmasını müşahidə etdilər. Qazıntı işlərini aparan eksvatorçunun Şəxs olduğu müəyyən edilmişdir. Şəxs bir dəfə 5 saylı Lənkəran-Astara Regional bölməsi tərəfindən akt və protokol tərtib edilmişdir. Şəxs buna baxmayaraq imkanı düşən kimi Lənkəran çayının mühafizə zonasında və məcrasında özünə məxsus eksıvatorla qazıntı işləri aparır. Bu qanun pozuntusu Azərbaycan Respublikasının İXM-nin 264.0.3-cü maddəsinə yəni su mühafizə zonaları və sahil mühafizə zolaqları ilə bağlı Su Məcəlləsində müəyyən edilmiş tələblərə riayət etməmək, maddəsinə əsasən inzibati xəta yaradır. Çayın məcrasının nizamsız şəkildə qazılması çayda xırda gölməçələrin yaranmasına, çayın məcrasının səviyyəsinin aşağı düşməsinə müxtəlif antisanitariya vəziyyətlərinin yaranmasına səbəb olur ki, bu da çayın məcrasının sonralar qamışlıqlar və kol-koslarla örtülməsinə gətirib çıxarır. Beləliklə çayın sərbəst axını üçün maneələr əmələ gəlir və sulu dövrlərdə ətraf ərazilərin suyun altında qalmasına səbəb olur. Qeyd olunan səbəblərə əsasən akt tərtib olundu. Akt iki nüsxədən ibarət tərtib olundu. Qanun pozuntusu ilə əlaqədar ərazidən fotoşəkillər çəkilib götürüldü. Azərbaycan Respublikasının İXM-nin 264.0.3-cü maddəsinə əsasən, su obyektlərinin mühafizəsi qaydalarının pozulmasına, yəni su mühafizəsi zonaları və sahil mühafizə zolaqları ilə bağlı Azərbaycan Respublikasının Su Məcəlləsində müəyyən edilmiş tələblərə riayət edilməməsinə görə fiziki şəxslər altı yüz manatdan min manatadək məbləğdə, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər yeddi min beş yüz manatdan on min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 22-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə araşdırması nəticəsində Mehtiyev Elməddin Hətəm oğlunun əlində Azərbaycan Respublikasının İXM-nin 32 və 33-cü maddələrində nəzərdə tutulmuş inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə inzibati xəta törətmiş Şəxs inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikasının İXM-nin 31.2-ci maddəsinin tələbinə uyğun olaraq onun törətdiyi xətanın xarakterini, şəxsiyyətini, təqsirinin dərəcəsini, iş üzrə məsuliyyəti yüngülləşdirən və iş üzrə məsuliyyəti ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş minimum həddə cərimə tənbehi tətbiq edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40,43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 264.0.3-cü maddəsi ilə təqsirli bilinib 600 (altı yüz) manat miqdarında cərimə edilsin. Qərarın icrası Lənkəran rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardan onun təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Elvin Ələsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar