Məhkəmə qərarları › İş №3(049)-643/2024

Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-643/2024

12.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-643/2024 12.06.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, Caniyev Tofiq Əmrəli oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan - Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis leytenantı X1 iştirakları ilə, xx.xx.1986-cı il tarixdə Lənkəran rayonu, Gəgiran kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işsiz, Lənkəran rayonu Gəgiran kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 510 və 535.1-ci maddələri ilə tərtib edilmiş inzibati xəta haqqında protokola Lənkəran Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2024-cü il tarixdə Daxili İşlər Nazirliyinin 102 xidmət zəng məlumat mərkəzinə zəng edərək orada xidmət aparan əməkdaşların və dövlət başçsının, nazirlərin ünvanına nalayiq ifadələr işlətmiş, bununla bağlı Lənkəran Şəhər-Rayon Polis Şöbəsinə dəvət edilmiş və şöbənin inzibati binasının qarşısında polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlətdiyinə görə onu nizam-intizama dəvət edən polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmadığına görə barəsində Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis leytenantı X3 tərəfindən İXM-nin 510 və 535.1-ci maddələri ilə 12 iyun 2024-cü il tarixli MN ******* növbəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis leytenantı X4 məhkəmə iclasında bildirmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə Daxili İşlər Nazirliyinin 102 xidmət zəng məlumat mərkəzinə zəng edərək orada xidmət aparan əməkdaşların və dövlət başçsının, nazirlərin ünvanına nalayiq ifadələr işlətmişdir. Bununla bağlı Lənkəran Şəhər-Rayon Polis Şöbəsinə dəvət edilmiş və şöbənin inzibati binasının qarşısında polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlətdiyinə görə onu nizam-intizama dəvət edən polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. Bununla da o, Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətmiş və bu səbəbdən barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Barəsində inzibati iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında bildirdi ki, Lənkəran rayonu Gəgiran kəndində qeydiyyatda olmaqla yaşayır. Ailəlidir, himayəsində 3 nəfər yetkinlik yaşına çatmayan uşağı vardır. Heç yerdə işləmir. Ünvanlı sosial yardım almaq üçün müraciət etmiş lakin müraciəti müsbət cavablandırılmamışdır. Şikayət etmək üçün Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng etmiş, əsəbiləşdiyindən ölkə başçısı və digər rəhbər vəzifəli şəxslər barəsində nalayiq ifadə işlətmişdir. Buna görə çox peşmandır. Lakin izahat alınması üçün polis şöbəsinə getsə də, polis şöbəsinin qarşısında polis əməkdaşları barəsində nalayiq ifadə işlətməmiş, polisə tabesizlik göstərməmiş, ümumiyyətlə ictimai qaydanı pozmamışdır. Özünü İXM-nin 510 və 535.1-ci maddələri ilə təqsirli bilmədiyindən barəsində olan iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid X5 bildirmişdir ki, Lənkəran ŞRPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində xidmət edir, polis mayorudur. Sonradan şəxsiyyəti müəyyən edilmiş Şəxs izahatının alınması Lənkəran ŞRPŞ-yə gəlmiş, inzibati binanın qarşısında polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlətmiş, səs-küy salaraq ictimai qaydanı pozmuşdur. O, iş yoldaşı polis baş leytenantı Məzahir Ələsgərovla birlikdə Şəxs sakitləşdirməyə çalışmış, nizam-intizama dəvət etmiş, lakin Şəxs onların qanuni tələbinə məhəl qoymayaraq qanunsuz hərəkətlərinə davam etmişdir. Məhkəmə iclasında şahid X2 şahid Əlvan Məstiyevin izahatına oxşar məzmunlu izahat vermişdir. İnzibati xəta haqqında iş üzrə icraat materiallarına əlavə edilmiş: Lənkəran ŞRPŞ-nin xx.xx.2024-cü il tarixli, 96/2-15140/24 nömrəli arayışından görünür k, Lənkəran rayonu, Gəgiran kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Əsədov X6 ŞRPŞ-nin Növbətçi hissəsində yığılan inzibati kartotekasında son bir il ərzində heç bir məlumat qeydiyyata alınmamışdır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, xx.xx.2024-cü il tarixdə izahatının alınması üçün Lənkəran ŞRPŞ-nin inzibati binasına çağırılan Şəxs ictimai yer sayılan ŞRPŞ-nin inzibati binasının qarşısında ucadan nalayiq ifadələr işlətmiş, onu nizam-intizama dəvət edən polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs təqsirini etiraf etməsə də, onun qeyd olunan inzibati xətanı törətməsində təqsiri şahid izahatları, inzibati xəta haqqında protokolla və işdə olan sənədlərlə tam təsdiq olunur. Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin dispozisiyasına görə polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama həmin maddədə nəzərdə tutulan inzibati xətanın tərkibini yaradır. İXM-nin 34.3-cü madəsində göstərilir ki, bir şəxsin törətdiyi bir neçə inzibati xətaya dair işlərə eyni vaxtda eyni orqan tərəfindən baxıldıqda, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Həmin Məcəllənin 510 və 535.1-ci maddələrindən görünür ki, İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan xəta daha ciddidir. Belə olan halda məhkəmə hesab edir ki, inzibati xəta törədən şəxs Şəxs İXM-nin 535.1-ci maddəsinin sanksiyası həddində inzibati tənbeh edilməlidir. Məhkəmə araşdırması zamanı Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Eyni zamanda həmin Məcəllənin 31.4-cü maddəsinin tələbinə görə, Bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tədbiq edərkən xətanın xarakterini, törədilmə şəraitini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, həmçinin cəmiyyətin maraqlarını, habelə məsuliyyətini yüngülləşdirən halların və məsuliyyəti ağırlaşdıran halların olmamasını nəzərə almaqla ona inzibati həbs növündə inzibati tənbehin tətbiq edilməsini mümkün hesab edir. Qeyd olunanlara əsasən İXM-nin 40, 43, 53, 115 və 128-130-cu maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsi tətbiq edilməklə həmin Məcəllənin 535.1-ci maddəsi ilə Şəxs barəsində 25 gün müddətində inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. Qərarın icrası Lənkəran Şəhər Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Nicat Ağabəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar