Məhkəmə qərarları › İş №3(049)-645/2025

Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №3(049)-645/2025

01.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № 3(049)-645/2025 01.09.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Ağabəyov Nicat Rauf oğlu, Şəxs barəsində Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 571-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədləri Lənkəran Rayon Məhkəməsinin inzibati binasında nəzərdən keçirərək, müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsinin 1-ci (Astara) SNŞ-nin 5-ci (Balıqçılar) SNB-nin rəisi baş leytenant X1 tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 571-ci maddəsi ilə 29 iyun 2025-ci tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Həmin protokolda qeyd edilmişdir ki, “İnzibati xəta haqqında toplanmış materiallarla müəyyən edilmişdir ki, xx.xx.2025-ci il tarixi saat 09:45 radələrində su sərhəd rejiminə iczaəsiz daxil olmaqla inzibati xəta törətmişdir. İnzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, hazırki inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər onu tərtib etmiş orqana geri qaytarılmalıdır. Belə ki, Şəxs mülkiyyətində gəmi və üzmə vasitəsinin olması barədə inzibati xəta haqqında materialda hər hansı bir sənəd yoxdur. Belə olan halda Şəxs üzmə vasitəsinin müsadirəsinin tətbiqinin istisna edildiyi tam aşkar olaraq görünür ki, belə vəziyyətdə də şəxsə tətbiq edilə biləcək yeganə inzibati tənbeh tədbirinin cərimə olması konkret müəyyəndir. Cərimə inzibati tənbeh tədbirinin protokol tərtib edən orqan tərəfindən də tətbiqi qanunvericilklə aydın şəkildə müəyyən edilmişdir. Göründüyü kimi, Şəxs barəsində olan inzibati xəta haqqında protokolun hansı əsasla məhkəməyə göndərilməsi, yəni hansı daha ağır tənbeh tədbirinin tətbiqinin istənilməsi müəyyən deyildir. Bundan başqa, İXM-nin 103.1-ci maddəsinə görə inzibati xəta haqqında protokol (prokurorun inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarı və ya bu Məcəllənin 102.6-cı maddəsində nəzərdə tutulmuş qaydada tərtib etdiyi protokol) tərtib edildiyi vaxtdan 48 saatadək müddətdə hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Həmin Məcəllənin 103.2-ci maddəsinə əsasən inzibati həbs nəzərdə tutan inzibati xəta haqqında protokol (prokurorun inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarı və ya bu Məcəllənin 102.6-cı maddəsində nəzərdə tutulmuş qaydada tərtib etdiyi protokol) tərtib edildikdən dərhal sonra baxılması üçün hakimə göndərilir. Lakin hazırki 29 iyun 2025-ci tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol xx.xx.2025-ci il tarixdə tərtib edilməsinə baxmayaraq yuxarıda sadalanan qanunvericilik normalarının tələbləri Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsi tərəfindən pozulmaqla inzibati xəta haqqında protokol və əlavə edilmiş sənədlər Lənkəran Rayon Məhkəməsinə xx.xx.2025-ci il tarixdə göndərilmiş, xx.xx.2025-ci il tarixdə məhkəmənin dəftərxanasına daxil olmuşdur. İXM-nin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Qeyd olunan əsaslara görə hesab edirəm ki, Şəxs barəsində İXM-nin 571-ci maddəsi ilə tərtib edilərək məhkəməyə göndərilmiş inzibati xəta haqqında materiallar natamam olmaqla, həmin çatışmazlıqlar aradan qaldırılmadan işə mahiyyəti üzrə baxılması, eyni zamanda, bu çatışmazlıqların işə baxılarkən qısa müddət ərzində aradan qaldırılması mümkün olmadığından inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərin onu tərtib etmiş orqana qaytarılması barədə qərardad qəbul edilməlidir. Göstərilənlərə əsasən və İXM-nin 109, 111, 118-ci maddələrini rəhbər tutaraq, Qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsinin 1-ci (Astara) SNŞ-nin 5-ci (Balıqçılar) SNB-nin rəisi baş leytenant X1 tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 571-ci maddəsi ilə tərtib edilmiş 29 iyun 2025-ci tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsinə qaytarılsın. Hakim Nicat Ağabəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar