Məhkəmə qərarları › İş №3(049)-647/2024

Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-647/2024

20.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-647/2024 20.06.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlunun sədrliyi, məhkəmə iclasının katibi: X5, protokol tərtib etmiş orqanın nümayəndəsi: Lənkəran Şəhər Rayon X12 Təhlükəsizlik Bölməsinin sahə rəisi, polis mayoru X6, zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: Şəxs və onun müdafiəçisi Lənkəran Rayon Vəkil Bürosunda fəaliyyət göstərən vəkil X1 iştirakları ilə, xx xxxxxxxx 1965-ci il tarixdə Lənkəran rayonu, Bala-Şürük kəndndə doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işləməyən, Lənkəran Bala-Şürük kəndndə qeydiyyatda olmaqla yaşayan (FİN:xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala baxaraq müəyyən etdi: Lənkəran Şəhər Rayon Polis Şöbəsinin təhqiqatçısı X7 17 aprel 2024-cü il tarixli qərarı ilə Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 157-ci maddəsi ilə məsuliyyətə cəlb olunması və qərarın icrasının Lənkəran Şəhər Rayon Polis Şöbəsinin X2 həvalə edilməsi qərara alınmışdır. Həmin qərar əsasında Şəxs barəsində Lənkəran Şəhər Rayon X12 Təhlükəsizlik Bölməsinin polis mayoru sahə rəisi X3, tərəfindən MN ******* nömrəli, 20 iyun 2024-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. MN ******* nömrəli, 20 iyun 2024-cü il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 07 aprel 2024-cü il tarixdə, saat 19 radələrində Lənkəran rayonu, Bala- Şürük kənd ərazisində, Zərərçəkmiş şəxs döyərək ona fiziki ağrı yetirmişdir. Nəticədə Şəxsnın İXM-in 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi qeyd olunmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın nümayəndəsi X6 bildirdi ki, Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixdə 102 xidmətinə zəng edərək Şəxs ona müxtəlif xəsarətlər yetirdiyini demişdir. Daxil olmuş məlumata əsasən araşdırma aparılmış, nəticədə toplanmış materiallar üzrə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul olunmuş, barəsində İXM-in 157-ci maddəsi ilə inzibati tədbir görülməsi üçün qərarın surəti X2 göndərilmişdir. Həmin qərar əsasında Şəxs barəsində onun tərəfindən inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün məhkəməyə göndərilmişdir. Göstərilənlərə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə qanunla nəzərdə tutulmuş inzibati tənbeh tədbiri təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, fərdi əməklə məşğul olmaqla ailəsinin dolanışığını təmin edir. o, ailəsi ilə birlikdə Lənkəran rayonu Bala-Şürük kəndində özünə məxsus fərdi yaşayış evində yaşayır. X8 ondan sonra üçüncü qardaşıdır. Zərərçəkmiş şəxs isə qardaşı Səfailin arvadıdır. Onun qardaşı Səfail və arvadı Göyçək ilə əvvəllər qohum kimi münasibtəlri normal olmuş, aralarında hər hansı ədavət və ya düşmənçilik olmamışdır. Həmdə onlar bir-biriləri ilə qudadırlar yəni qardaşı Səfailin qızı Fərqiyyə onun oğlu Elnurun arvadıdır. O, ailəsi ilə birlikdə uzun illərdir ki, Bakı şəhərində Nəsimi rayonunda kirayə bir həyət evində yaşayırlar. 2023-cü ilin oktyabr ayının 4-də yaşadığı evdə oğlu Elnur ilə gəlini Fərqiyyə arasında şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı oğlu Elnur arvadının döydükdən sonra ona yəni oğluna acıqlanmış, lakin sabahısı xəbəri olmadan gəlini Fərqiyyə özbaşına olaraq öz valideyinlərinin göstərişinə əsasən Nəsimi rayonu 22-ci PBnə gedib oğlundan şikayət etmişdir. Oğlu buna görə cərimə olmuşdur. Onların ailəsində də gəlini ərindən polisə şikayət etməsi qəbul olunmaz olduğu üçün o, onları yəni gəlini və oğlunu evdən qovmuş və onlar ayrıca bir mənzil tapıb Bakı şəhərində kirayə qalırmışlar. Bu söhbətdən sonra gəlinini öyrədən anası Göyçək və atası yəni qardaşı Səfaillə də araları pisləşmiş, ədavətləri başlamışdır. Bundan bir müddət keçdikdə 07 aprel 2024-cü il tarixdə arvadı Sənubər ilə birlikdə Lənkəran rayonuna yəni Bala-Şürük kəndində olan evinə bir-iki günlük qaytmışdır. Yaşadığı evdə olarkən həmin gün dükandan araq alıb yaşadığı evdə içərək sərxoş olmuş və həmin gün saat 19 radələrində o, qardaşı Səfaillə olan münasibətə aydınlıq gətirmək üçün sərxoş halda qardaşı Səfailin evinə piyada yollanmışdır. Yaşadığı evin həyətnə daxil olub evin içinə daxil olduqda evin mətbəxində qardaşı arvadı Göyçəyi görüb Göyçəyin onun üstünə qışqırdığını və ona «evimdə nə edirsən deyəndə o, Göyçəyi itələyib üstündə olan paltarı cırmışdır. O, bunu görüb sərxoş olsa da həmin evdən dərhal çıxıb yaşadığı evə qayıtmış, həmin vaxtı yəni mətbəxdə olarknə Göyçəyə hər hansı sillə və yumruq zərbələri vurmamışdır. Yaşadığı evə qayıdarknə polis əməkdaşları ilə rastlaşıb onların avtomobilinə mindikdə və özlərini təqdim etdikdə onlar artıq hadisədən xəbərdar olduqlarını və Göyçəyin ondan şikayət etdiyni deyəndə o, əsəbləşib söyüş söyməyə başlamış və onu belə olan halda sərxoşluq müayinəsindən keçirib sonra buraxmışlar. Polis əməkdaşlarını söyüb onlara qarşı elədiyi hörmətsizliyə görə üzr istədiyini bildirmişdir. Göyçəklə aralarında mübahisə qardaşı Səfailin evində mətbəxdə baş vermiş və təxminən 2-3 dəqiqə davam etmişdir. Mübahisə zamanı o və Göyçəkdən başqa ətrafda heç kim olmamış, heç kimdə oraya toplaşmamışdır. Baş vermiş mübahisə zamanı o, Göyçəklə təkcə tutaşmış və itələyərək paltarını cırmış, Göyçəyə hər hansı zərbə vurmamışdır. İş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən müdafiəçi X4 göstərdi ki, barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən zərərçəkmiş şəxsin vurulması sübuta yeritilmir və buna əsasən iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs bildirdi ki, o, ailəsi ilə birlikdə Lənkəran rayonu, Kosalar kəndində əri Səfailə məxsus fərdi yaşayış evində yaşayır Həmkəndlisi və həmçinin böyük qaynı olan Şəxs həmçinin onun qudasıdı yəni qızı Fərqiyənin qaynatasıdır. Əvvəllər qohum kimi Rafail ilə münasibətləri normal olmuş lakin 2023-cü ilin sentyabr ayından bəri münasibətləri korlanmışdır. Buna səbəb Rafail öz arvac ilə birlikdə evlərində gəlin olan qızı Fərqiyyə ilə yola getməmələri və ona qarşı şiddətlə göstərməsinə görə, onlarda qızlarını müdafiə etdikləri üçün onlarla yəni, o və əri Səfaill; münasibətləri korlanmışdır. Dəfələrlə Rafail evinə gələndə onun ünvanına nalayiq küçə söyüşləı söysə də qohumçuluğu və qızının o, ailədə olmasını nəzərə alıb susarmış və hər hansı bir yer; şikayətlər etməzmiş. Sonuncu dəfə 07 aprel 2024-cü il tarixdə saat 19 radələrində əri Səfail ə dükanına yəni qəssaba almış olduğu ətin pulunu borclu qaldığı pulu vermək üçün yaşadığı evdəı çıxıb getdikdən sonra, o isə yaşadığı evin mətbəxində həmin vaxtı şam yeməyi hazırlayırdı, Bı zaman evinə kiminsə gəlməyinin ayaq səslərini eşidib mətbəxin qapısını açıb dəhlizə keçdikd; görmüşdür ki, evinə gələn qaynı Rafaildir və Rafail onu görüb söyə-söyə üsütünə gələrknə onuı sərxoş olduğunu görmüş və rafail gözlənilmədən bir əli ilə yaxasından tutub digər əli ilə onuı sifətinin sol tərəfinə möhkmə sillə zərbəsi vurmuş sonra onu silkəiərəyək sol çiyninə ardıcıl bi neçə yumruq zərbəsi vurmağa başlamış, sonda onunla tutaşıb yerə yıxıtmış o, yerə yıxıldıqdar sonra Rafail onu söyməkdə davam edərək yaşadığı evdən çıxmış və təxminən 5 dəqiq; keçmişdir ki, o, yerdən artıq durub oturan zaman və halının pisləşdiyi anda əri Səfail yaşadığ evə qayıdıb ondan nə baş verdiyni soruşanda əri Səfailə qardaşı Rafailin onu döyməs nəticəsində halının pisləşdiyni demiş və səfail öz telefonu ilə ilk öncə 102-xidmətinə zəng edit məlumat vermiş və sonra tibbi yardma xəbər etmişdir. Bir neçə dəqiqə keçəndən sonra yaşadığ evə həm polis əməkdaşları həmdə tibbi yardım həkimləri gəlmişlər.Həkimlər ona tibbi yardın göstərmişlər və o, Rafail tərəfindən döyülməyi barədə ərizə ilə Lənkəran ŞRPŞ-nə şikayə etmişdir. Münaqişə yaşadığı evin mətbəxində baş verib və təxminən 2-3 dəqiqə davam etmişdir Baş vermiş münaqişə zamanı o və qaynı Rafaildən başqa heç kim orada olmamış, sonradan ər Səfail oraya gəlmişdir. Qaynı Rafail ona zərbə vursa da o, Rafailə hər hansı cavab zərəbəsi vurmamış, söyüş söyməmişdir. Göstərilənlərə əsasən Şəxs inzibati cərimə tətbiq edilməsini xahiş etdi. İnzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək məhkəmə hesab edir ki, Şəxsnın İXM-in 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi araşdırılmış sübutlarla tam sübuta yetir. Belə ki, Zərərçəkmiş şəxsnnı döyməsi məhkəmə iclasında araşdırılan sübutlarla təsdiqini tapmışdır. İş materiallarında olan və məhkəmədə elan edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi məhkəmə-tibbi ekspertizasının 333 saylı, xx.xx.2024-cü il tarixli rəydə göstərilmişdir ki, vətəndaş Zərərçəkmiş şəxs bədəni üzərində sol kürəküstü nahiyyəsində qançır aşkar edilmişdir. Qeyd olunan xəarət bərk küt əşyanın təsirindər törənmişdir, o, cümlədən göstərilən şəraitdə, yəni bərk küt əşya ilə vurma nəticəsində əmələ gələ bilərdi, müddəti müayinədən bir gün əvvələ uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. İş materiallarında olan və məhkəmədə elan edilərək araşdırılmış “Cinayət işinin başlanmasının rədd edilməsi barədə 17 aprel 2024-cü il tarixli qərarından müəyyən edilir ki, Şəxs barəsində İXM-nin 157-ci maddəsi ilə məsuliyyətə cəlb olunması üçün qərarın icrasının Lənkəran Şəhər Rayon Polis Şöbəsinin X2 həvalə edilməsi qərara alınmışdır. Elektron Məhkəmə Sistemindən çıxarışdan görünür ki, Şəxs əlilliyi yoxdur. İş materiallarında olan və məhkəmədə elan edilərək araşdırılmış “Sərxoşluq Hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinəsi barədə 07 aprel 2024-cü il tarixli, 000496 saylı protokoldan görünür ki, Şəxs yüngül dərəcəli alkoqol sərxoşluğunda olması qeyd edilmişdir. İXM-nin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Göründüyü kimi İXM-nin dispozisyası fiziki ağrını da əhatə edir və zərərçəkmiş şəxsin ifadəsindən də görünür ki, Şəxs qəsdən Zərərçəkmiş şəxs vurmaqla sonuncuya fiziki ağrı yetirmişdir. Məhkəmədə İXM-in 32 və 33-cü maddələrinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilmədi. İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə, işin faktiki hallarını, o cümlədən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs zərərçəkmiş şəxslə qohumluq münaisbətində olmasını, həmçinin məsuliyyətini ağırlaşdıran halların olmamasını, eləcə də inzibati xəta hadisəsinin baş vermə səbəbini nəzərə alaraq hesab edir ki, Şəxs İXM-in 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə qeyd edir ki, cərimə növündə tənbeh tədbiri inzibati tənbehin məqsədlərinə, yəni Şəxs qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməyə, habelə onun tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almağa uyğundur. Qeyd olunanlara əsasən və İXM-in 40.0.1, 43, 48-51, 55, 114, 115, 128-130 və 157ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 300 (üç yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın icrası Lənkəran Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti tərəfə təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Murad Aslanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar