Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-648/2024 26.09.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlunun sədrliyi, məhkəmə iclasının katibi: X12, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs nümayəndəsi Nümayəndə, protokol tərtib edən orqanın nümayəndəsi: Azərbaycan Yerüstü Nəqliyyat X9 İdarəsinin mütəxəssisi X4 iştirakı ilə, Şəxs (VÖEN **********) barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 326-cı maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş inzibati xəta haqqında iş üzrə icraat materiallarına Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: xx.xx.2024 cü il tarixdə, saat 09:26 radələrində Lənkəran rayon Digah kənd ərazisində Şəxs MMC-yə məxsus FORD TRANSİT yük markalı **-DZ-*** dövlət qeydiyyat nömrəli avtomaşınla reysqabağı texniki və sürücüsünü tibbi müayinəsi olmamasına görə Şəxs MMC barəsində Azərbaycan Yerüstü Nəqliyyat X9 İdarəsinin tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 326-cı maddəsi ilə inzibati xəta haqqında 14 iyun 2024-cü il tarixli, MN ******* saylı protokol tərtib edilərək baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən protokol tərtib edən orqan nümayəndəsi Azərbaycan Yerüstü Nəqliyyat X9 İdarəsinin mütəxəssisi X8 izahatında barəsində inzibati xəta haqqında icraat aparılan şəxsə qanunla nəzərdə tutulmuş inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etdi. Məhkəmənin əvvəlki iclasında iştirak edən barəsində inzibati xəta haqqında icraat aparılan şəxs “VƏKİLOĞLU“ MMC-nin nümayəndəsi Nümayəndə izahatında göstərdi ki, şiarkətləri tərəfindən mallar müxtəlif avtomibllərlə daşınır və həmin avtomobillərin hansınsa inzibati xəta törətməsinə şirkət cavabdehlik daşımır. FORD TRANSİT yük markalı, **-DZ-*** dövlət qeydiyyat nömrəli avtomobilə fərqlənmə nişanı alınması ilə bağlı məlumatı yoxdur. Məhkəmə iclasında şahid qismində iştirak edən X11 ifadəsində göstərdi ki, FORD TRANSİT yük markalı, **-DZ-*** dövlət qeydiyyat nömrəli avtomobili dostu Şahid1 ona sürmək üçün vermişdir. O, da arada müxtəlif malları daşımaqla məşğuldur. İndiyədək 9-10 dəfə “VƏKİLOĞLU“ MMC-nin mallarını daşımışdır. Onun sənədləşmə işlərindən başı çıxmır, sadəcə malları daşıyıb pulunu qazanır. 14 iyun 2024-cü il tarixdə yaşadığı Lənkəran rayonu, Ürgə kəndindəki evdən aptekə gedərkən yolda o, Azərbaycan Yerüstü Nəqliyyat X9 İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb cərimə edilmişdir. Həmin vaxt onun avtomobilində hər hansı yük olmamışdır. O, şirkətə görə cərimə olunduğunu görüb şirkətin Lənkəran rayonu ərazisindəki nümayəndəsinə zəng edib onlara görə cərimə olunduğunu bildirib irad etmişdir. Nümayəndə ona hər şeyin həll olunduğunu bildirdiyi üçün çıxaıb getmişdir. Məhkəmə iclasında şahid qismində iştirak edən X6 ifadəsində göstərdi ki, Azərbaycan Yerüstü Nəqliyyat X9 İdarəsinin rəisi vəzifəsində işləyir. 14 iyun 2024-cü il tarixdə tərəflərindən FORD TRANSİT yük markalı, **-DZ-*** dövlət qeydiyyat nömrəli avtomobil saxlanmış və fərqlənmə nişanı olmadığı üçün inzibati məsuliyyət barədə protokol tərtib edilmişdir. Həmin zaman FORD TRANSİT yük markalı, **-DZ-*** dövlət qeydiyyat nömrəli avtomobilin yek yerinə baxış keçirməmişlər. Sistemdə baxdıqda həmin avtomobilin əvvəllər fərqlənmə nişanı alması, hazırda isə almaması müəyyən edildiyindən hüquqi şəxsi barəsində protokol tərtib edilərək məhkəməyə göndərilmişdir. İş materaiallarına əlavə edilmiş bildişidən görünür ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) Lənkəran regional idarəsinin əməkdaşları tərəfindən xx.xx.2024-cü il tarixdə Lənkəran rayonu Digah kəndi ərazisində keçirilən monitorinq zamanı Şəxs MMCyə məxsus Ford Transit markalı, 99- DZ-272 dövlət qeydiyyat nişanlı avtomobilin Reysqabağı texniki və sürücünün tibbi müayinəsinin olmamasına görə cəmiyyətin barəsində İnzibati Xətalar Məcəlləsinin 326- cı maddəsinə əsasən MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün İnzibati Xətalar Məcəlləsinin 18.5-ci maddəsinə əsasən Lənkəran rayon məhkəməsinə göndərilməsi barədə məlumat verilmişdir. İş materaiallarına əlavə edilmiş Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin X1 məlumatdan vərəqindən çıxarışdan görünür ki, FORD TRANSİT yük markalı, **-DZ-*** dövlət qeydiyyat nömrəli avtomobil xx.xx.2024, xx.xx.2024 və xx.xx.2024-cü il tarixlərdə VÖEN ********** olan VƏKİLOĞLU MMC-yə məxsus olması barədə fərqlənmə nişanı almışdır. İş materaiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli Aktdan görünür ki, Azərbaycan Yerüstü Nəqliyyat X7 İdarəsinin müdiri X6, mütəxəssisi X8 və kiçik inspektoru X5 iştirakı ilə tərtib edilmişdir ki, xx.xx.2024-cü il tarixində, saat 09.26 radələrində Lənkəran rayonunun Digah kəndi ərazisində aparılan monitorinq zamanı Tərtər rayonunda yerləşən Şəxs MMCyə məxsus Ford Transit markalı **-DZ-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinin reysqabağı texniki və sürücünün Reysqabağı tibbi müayinədən keçməməsi müəyyən edildi və bu barədə İXM-nin 326-cı maddəsinə əsasən “Protokol” tərtib edilmişdir. İş materaiallarına əlavə edilmiş Nəqliyyat vasitəsinin Qeydiyyat Şəhadətnaməsindən görünür ki, FORD TRANSİT markalı, 99- DZ-272 dövlət qeydiyyat nişanlı avtomobil Şahid1 mülkiyyətindədir. İş materaiallarına əlavə edilmiş Şahid1 xx.xx.2024 tarixdə Lənkəran Rayon Məhkəməsinə göndərdiyi teleqramdan görünür ki, ona məxsus olan FORD TRANSİT markah, 99- DZ-272 dövlət qeydiyyat nişanlı avtomobili özü surmədiyi üçün dostu Şahid2a etibarnamə ilə şəxsi məqsədlər üçün istifadə etməyə vermişdir. Arabir kiminsə sifarişi ilə pul alıb yük daşımasından xəbəri var. Məhkəmə, yuxarıda şərh olunan sənədləri tədqiq edib belə nəticəyə gəlir ki, VƏKİLOĞLU MMC-nin İXM-in 326-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi sübuta yetirilmədiyindən iş üzrə icraata xitam verilməlidir. Belə ki, “Avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını yerinə yetirən daşıyıcılar tərəfindən sərəncamında olan avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılması, sürücülərin reysqabağı tibbi müayinəsinin keçirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 24 aprel 2009-cu il tarixli, 71 nömrəli Qərarından aşağıdakılar görünür: 2.1. Avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılmasının əsas məqsədi onların reysqabağı texniki vəziyyətinin qüvvədə olan təhlükəsizlik və istismar qaydalarının, normativlərinin, standartlarının tələblərinə uyğun olmasını, insanların həyat və sağlamlığının qorunmasını təmin etməkdir. 2.2. Avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını yerinə yetirən daşıyıcılar onların mülkiyyət, icarə və ya istifadəsində olan avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılmasını təmin etməlidirlər. 3.1. Reysqabağı tibbi müayinənin əsas məqsədi reysə çıxmazdan əvvəl sürücülərin sağlamlıq vəziyyətinin tibbi norma və tələblərə müvafiq olmasını, insanların həyat və sağlamlığının qorunmasını təmin etməkdir. 3.2. Avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını yerinə yetirən daşıyıcılar onların sərəncamında olan avtonəqliyyat vasitələrinin sürücülərinin reysqabağı tibbi müayinədən keçmələrini təmin etməlidirlər. 3.5. Reysqabağı tibbi müayinə hüquqi və fiziki şəxslər tərəfindən əmək və və ya mülki hüquq müqavilələri əsasında həyata keçirilir. 3.6. Reysqabağı tibbi müayinə zamanı sürücülərin anamnezi toplanmalı, bədən temperaturu ölçülməli, nəbzi sayılmalı və nəfəsvermə havasında alkoqolun olmaması təyin edilməlidir. 3.7. Sürücülərin reysqabağı tibbi müayinəsinin keçirilməsi zamanı aşağıdakı prinsiplərə riayət olunmalıdır: 3.7.1. müayinənin ixtisaslı tibb işçiləri tərəfindən müvafiq tibbi avadanlıqlardan istifadə edilməklə aparılmasına; 3.7.2. istifadə olunan tibbi avadanlıqların istifadəyə yararlı və müəyyən olunmuş standartlara uyğun olmasına. 3.8. Sürücülərin reysqabağı tibbi müayinəsinin nəticələrinin qeydiyyatı müvafiq qaydada xüsusi jurnalda aparılır. 3.9. Reysqabağı tibbi müayinənin nəticələrinə görə forması Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilən sürücünün reysqabağı tibbi müayinə kitabçasında müayinə məntəqəsinin möhürü ilə təsdiq edilmiş qeydlər aparılır. 3.10. Sağlamlıq vəziyyəti tibbi tələblərə uyğun olmayan sürücülər nəqliyyat vasitəsinin idarə edilməsinə buraxılmırlar. İXM-nin 326-cı maddəsində sərnişin və yük daşımalarını yerinə yetirən avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılmasının, həmin avtonəqliyyat vasitələrinin sürücülərinin reysqabağı və digər zəruri tibbi müayinəsinin təşkil edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. İş materiallarına 14 iyun 2024-cü il tarixli akta “FORD TRANZİT yük” markalı, **-DZ- *** dövlət qeydiyyat nömrəli avtomobilin qabaq hissəsinin fotoşəkili əlavə edilsə də, onun yük yerində daşınması nəzərdə tutulan yüklərin fotoşəkili çəkilməmiş və iş materiallarına əlavə ediməmişdir. Bundan əlavə, “FORD TRANZİT yük” markalı, **-DZ-*** dövlət qeydiyyat nömrəli avtomobilin sürücüsünün qeyd olunan tarixdə reysə çıxıb-çıxmaması aydınlaşdırılmamışdır. Belə ki, İXM-nin 326-cı maddəsinə görə sərnişin və yük daşımalarını yerinə yetirən avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılmasının, həmin avtonəqliyyat vasitələrinin sürücülərinin reysqabağı və digər zəruri tibbi müayinəsinin təşkil edilməməsinə görə - vəzifəli şəxslər beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan üç min manatadək məbləğdə cərimə edilir. Məhkəmə hesab edir ki, İXM-nin 326-cı maddəsi ilə inzibati məsuliyyət yaranması üçün ilk olaraq sərnişin və yük daşımalarını yerinə yetirən avtonəqliyyat vasitələrinin, habelə sürücülərin reysqabağı fəaliyyətdə olması müəyyyən edilməlidir. Yəni, nəqliyyat vasitəsin mülkiyyətçisi və ya sahibi və sürücüdən yalnız o halda resyqabağı müvafiq icazə snədləri, fərqlənmə nişanları, buraxılış vərəqləri, buraxılış kartı və s. o zaman tələb edilə bilər ki, o, bilavasitə həmin işi ilə bağlı reysdən qabaq fəaliyyətlə məşğul olmuş olsun. Hazırkı iş üzrə isə “FORD TRANZİT yük” markalı, **-DZ-*** dövlət qeydiyyat nömrəli avtomobil və sürücüsünün reysqabağı fəaliyyətdə olmasına dair məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Həmin avtomobilin yük yerinin şəkili, videogörüntüsü, habelə orada yük olmasına dair şahid ifadəsi, akt, hər hansı sənəd, daşınan mala dair qaimə, siyahı və s məhkəmə araşdırması zamanı müəyyən edilməmişdir. Məhkəmə eyni zamanda qeyd edir ki, “FORD TRANZİT yük” markalı, **-DZ-*** dövlət qeydiyyat nömrəli avtomobilə əvvəlki aylar üçün əvvəllər fərqlənmə nişanlarının VƏKİLOĞLU MMC tərəfindən alınması, həmin avtomobilin həmin tarixdə, yəni xx.xx.2024-cü il tarixdə də VƏKİLOĞLU MMC üçün fəaliyyətm göstərməsi anlamına gəlməməlidir. Göstərilən əsaslara görə məhkəmə hesab edir ki, VƏKİLOĞLU MMC İXM-nin 326-cı maddəsi ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. İXM-nin inzibati məsuliyyətin əsaslarını müəyyən edən 3-cü maddəsində göstərilir ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8-ci maddəsində isə göstərilir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 75-ci maddəsində göstərildiyi kimi, inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 53.1.1 və 53.1.2-ci maddələrinə əsasən, inzibati xəta hadisəsi olmadıqda və ya inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, İXM-nin 326-cı maddəsi ilə Şəxs barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə protokolu tərtib etmiş orqan tərəfindən heç bir sübut təqdim edilmədiyindən, onun əməlində həmin maddənin tərkib əlamətləri sübuta yetirilmədiyi üçün iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-117, 128-130-cı maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs (VÖEN **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 326-cı maddəsi ilə tərtib edilmiş MN seriyalı ******* nömrəli, 14 iyun 2024-cü il tarixli inzibati xəta haqqında protokol üzrə inzibati işin icraatına xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Murad Aslanov
Məhkəmə qərarları › İş №3(049)-648/2024
Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-648/2024
26.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver