Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-648/2025 11.09.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, Qənbərov Mirnamiq Nazim oğlunun katibliyi, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXMnin) 338.7-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş inzibati xəta haqqında iş üzrə icraat materiallarına məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: xx.xx.2025-ci il tarixdə, saat 20:53 radələrində köhnə Ələt-Astara yolunun Lənkəran rayonu ərazisindən 208-ci km-də Şəxs təsərrüfatına məxsus 1 baş iribuynuzlu heyvanı yolda nəzarətsiz qoymuş, nəticədə həmin heyvan sutkanın qaranlıq vaxtında asfalt örtüklü yola çıxmış, yolda hərəkətdə olan Zərərçəkmiş şəxs etibarnamə ilə idarə etdiyi “Mercedes Benz E 200 D” markalı, **-FZ-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə həmin heyvanı vurmuşdur. Nəqliyyat vasitəsinin sahibi Zərərçəkmiş şəxs maddi zərər vurulmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, xx.xx.2025-ci il tarixdə, saat 20 radələrində qonşuların tərəfindən ona məxsus 1 baş iribuynuzlu heyvanın köhnə Ələt-Astara yolunun Lənkəran rayonu ərazisindən 208-ci km-də Zərərçəkmiş şəxs tərəfindən idarə olunan “Mercedes Benz E 200 D” markalı, **-FZ-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə vurulduğu barədə məlumat verilmişdir. Heyvanlarına nəzarət etməyi həvalə etdiyi qonşusu ona bildirmişdir ki, iribuynuzlu heyvanlarından biri digərinə buynuz atmış, nəticədə həmin heyvan asfalt yola tərəf qaçdığı üçün avtomobil onu vurmuş, heyvan tələf olmuşdur. Barəsində yüngül tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqanın nümayəndəsi və zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəmə iclasında iştirak etməmiş, işə baxılmasını təxirə salmaq haqqında sonuncunun vəsatəti daxil olmamışdır. Məhkəmə İXM-nin 62.4-cü maddəsinə əsasən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli 02066 №-li protokollaşdırmadan görünür ki, müayinə zamanı Zərərçəkmiş şəxs 0.000% alkoqol sərxoşluğu aşkar edilmişdir. Məhkəmə, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin izahatını dinləyib, inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədləri araşdırıb aşağıda qeyd olunanlara əsasən hesab edir ki, Şəxs İXM-nin 338.7-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş materiallarında olan sənədlərlə sübuta yetirilmiş hesab edilir. Odur ki, o həmin maddənin sanksiyası həddində inzibati tənbeh edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32.2 və 33.2-ci maddələrinə əsasən inzibati xəta törətmiş Şəxs qarşı inzibati tənbeh tətbiq edilərkən inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32.2-ci maddəsinə əsasən Şəxs ilk dəfə inzibati xəta törətməsini yüngülləşdirən hal kimi nəzərə alır. İnzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə məhkəmə, inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, xəta törədənin təqsirinin dərəcəsini, əmlak vəziyyətini nəzərə alaraq inzibati xəta törətmiş şəxs Şəxs barəsində inzibati cərimə növündə inzibati tənbehin tətbiq edilməsini mümkün hesab edir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128 və 130-cu maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 100 (bir yüz) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın icrası Lənkəran Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Nicat Ağabəyov
Məhkəmə qərarları › İş №3(049)-648/2025
Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-648/2025
11.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver