Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-650/2024 20.06.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, Caniyev Tofiq Əmrəli oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan – Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis baş leytenantı X2 iştirakları ilə, xx.xx.1984-cü il tarixdə Lənkəran rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 510 və 535.1-ci maddələri ilə tərtib edilmiş inzibati xəta haqqında protokola Lənkəran Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2024-cü il tarixdə şikayət ərizəsi əsasında izahatı alınan zaman əsəbiləşərək polis əməkdaşlarının ünvanına söyüş söyərək nizam intizama dəvət alınan zaman qanuni tələbinə qəsdən tabe olmadığına barəsində Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis baş leytenantı X6 tərəfindən İXM-nin 510 və 535.1-ci maddələri ilə 20 iyun 2024-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis baş leytenantı X6 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə Məmmədov X3 ŞRPŞ-də izahatı alınan zaman heç bir səbəb olmadan ucadan ünvansız söyüşlər söyərək, onu nizam-intizama dəvət edən zaman polis işçisinin qanuni tələbinə qəsdən tabe olmamışdır. Bununla da o, Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətmiş və bu səbəbdən barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Barəsində inzibati iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında bildirdi ki, Lənkəran şəhəri, Səttarxan küçəsi ev 188-də ünvanında qeydiyyatda olmaqla yaşayır. O, xx.xx.2024-cü il tarixdə arvadı ilə yaşadığı evdə münaqişəsi yaranmışdır. Arvadının göz nahiyəsinə vurmuş, daha sonra evi tərk etmişdir. Sonra qayınatası ondan polisə şikayət etmişdir. X4 tərəfindən polis şöbəsinə dəvət edilmiş, izahatı alınan zaman qayınatasının ondan şikayət etməsindən əsəbiləşib onların ünvanına nalayiq ifadələr işlətmiş, onu sakitləşdirməyə çalışan polis əməkdaşının qanuni tələbinə tabe olmamışdır. Törətdiyi əməldən peşmandır. Özünü təqsirli bilir, barəsində barəsində yüngül tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid X5 bildirmişdir ki, Lənkəran ŞRPŞ-nin TB-nın sahənin təhqiqatçı vəzifəsində xidmət edir. ünvan 3 ünvanından 102 xidmətinə məlumat daxil olmuşdur. Hadisə yerinə baxış keçirmişdir. Vüsalə adlı şəxs əri Amid adlı şəxsin vurduğunu bildirmişdir. Şəxs izahatının alınması üçün Lənkəran ŞRPŞ-yə dəvət etmişdir. İzahatı alınan zaman Şəxs qayınatasının ondan şikayət etməsindən əsəbiləşib onların ünvanına nalayiq ifadələr işlətmiş, onu sakitləşdirməyə çalışan polis əməkdaşının qanuni tələbinə tabe olmamışdır. İnzibati xəta haqqında iş üzrə icraat materiallarına əlavə edilmiş: X1 Çıxarışdan görünür ki, Şəxs həmin şöbədən heç bir növ əmək pensiyası və sosial müavinət almır. Lənkəran ŞRPŞ-nin xx.xx.2024-cü il tarixli, 96/2-15550/24 nömrəli arayışından görünür k, ünvan 4 ünvanda yaşayan Məmmədov X3 ŞRPŞ-nin Növbətçi hissəsində yığılan inzibati kartotekasında son bir il ərzində heç bir məlumat qeydiyyata alınmamışdır. Tutma protokolundan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 20:15-də tutulmuşdur. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, xx.xx.2024-cü il tarixdə Lənkəran ŞRPŞ-nin inzibati binasında şikayət ərizəsi əsasında çağırılan Şəxs izahatı alınan zaman anidən əsəbləşərək ucadan nalayiq küçə söyüşləri söymüş, həmin otaqda olan polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. Həmin Məcəllənin 535.1-ci maddəsinin dispozisiyasına görə polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama həmin maddədə nəzərdə tutulan inzibati xətanın tərkibini yaradır. Məhkəmə hesab edir ki, Şəxs tərəfindən inzibati xətanın törədilməsi onun etirafedici izahatı ilə yanaşı şahidlərin izahatı, inzibati xəta haqqında protokolla və işdə olan sənədlərlə tam təsdiq olunur. İXM-nin 34.3-cü madəsində göstərilir ki, bir şəxsin törətdiyi bir neçə inzibati xətaya dair işlərə eyni vaxtda eyni orqan tərəfindən baxıldıqda, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Həmin Məcəllənin 510 və 535.1-ci maddələrindən görünür ki, İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan xəta daha ciddidir. Belə olan halda məhkəmə hesab edir ki, inzibati xəta törədən şəxs Şəxs İXM-nin 535.1-ci maddəsinin sanksiyası həddində inzibati tənbeh edilməlidir. Məhkəmə araşdırması zamanı Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 30.3-cü maddəsinə əsasən, inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Eyni zamanda həmin Məcəllənin 31.4-cü maddəsinin tələbinə görə, Bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tədbiq edərkən xətanın xarakterini, törədilmə şəraitini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, həmçinin cəmiyyətin maraqlarını, habelə məsuliyyətini yüngülləşdirən halların olmasını, məsuliyyəti ağırlaşdıran halların olmamasını nəzərə almaqla ona inzibati həbs növündə inzibati tənbehin tətbiq edilməsini mümkün hesab edir. Qeyd olunanlara əsasən İXM-nin 40, 43, 53, 115 və 128-130-cu maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsi tətbiq edilməklə həmin Məcəllənin 535.1-ci maddəsi ilə Şəxs barəsində 15 gün müddətində inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. Həbsetmənin əvvəli inzibati qaydada tutulduğu andan, yəni 19 iyun 2024-cü il tarixdən saat 20:15-dən hesablansın. Qərarın icrası Lənkəran Şəhər Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Nicat Ağabəyov
Məhkəmə qərarları › İş №3(049)-650/2024
Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-650/2024
20.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver