Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-652/2023 28.03.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlunun sədrliyi, məhkəmə iclasının katibi: X3, barəsində inzibati tənbeh tədbiri tətbiq edilmiş X6, protokol tərtib etmiş orqanın nümayəndəsi: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X4 iştirakı ilə, X1 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X5 10 oktyabr 2022-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X6 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək barəsində tərtib edilmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X5 10 oktyabr 2022-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini, iş üzrə icraata xitam verilməsini və qərarı qəbul etmiş X7 barəsində təqdimat göndərilməsini xahiş etmişdir. Lənkəran Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(049)-946/2022 nömrəli qərarı ilə şikayət qismən təmin edilərək Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X5 10 oktyabr 2022-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək iş yenidən araşdırılması üçün Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə göndərilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(106)-9/2023 nömrəli qərarı ilə Lənkəran Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(049)-946/2022 nömrəli qərarı ləğv edilərək yenidən baxılması üçün Lənkıran Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında X6 şikayətini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəis əvəzi Şakir Quliyev tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli MN ******* saylı qərara əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 541ci maddəsinə əsasən təqsirli bilinərək 4.800 manat məbləğində cərimə edilmişdir. Hesab edir ki, həmin qərar əsassızdır. Çünki o vəzifəli şəxs kimi cərimə edilmişdir. Bildirmək istəyir ki, onun xüsusi mülkiyyətində olan torpaq sahəsinə dair məcburi göstərişin tələblərini yerinə yetirməmişdir. O sahibkarlıq fəaliyyəti ilə məşğul olmur. Onun mülkiyyətində olan torpaq sahəsi ilə bağlı onun vəzifəli şəxs kimi cərimə edilməsi qanunverciliyin tələblərinin pozulmasıdır. Eyni zamanda, analoji məsələyə artıq bir dəfə məhkəmədə baxılmış və Lənkəran Rayon Məhkəməsinin 16 iyun 2022-ci il tarixli qərarı ilə yenidən baxılmağa göndərilsə də, Şakir Quliyev məhkəmənin qərarına məhəl qoymadan yenidən eyni əsasla onun barəsində inzibati tənbeh vermə qərarı qəbul etmişdir. Buna görə də onun barəsində tərtib edilmiş 10 oktyabr 2022-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini, iş üzrəı icraata xitam verilməsini və qərarı qəbul etmiş X7 barəsində xüsusi qərar çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X8 bildirdi ki, X6 tiktinti həyata keçirdiyi üçün 1 saylı regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəyini almalı olduğu halda bunu etməmiş və buna görə də barəsində inzibati protokol tərtib edilmişdir. İş materiallarında olan və məhkəmədə elan olunmaqla araşdırılmış Lənkəran Rayon Məhkəməsinin 16 iyun 2022-ci il tarixli, 3(049)-536 nömrəli qərarından görünür ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X5 24 may 2022-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilmiş və inzibati xəta haqqında iş yenidən baxılmaq üçün Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə göndərilmişdir. İş materiallarında olan və məhkəmədə elan olunmaqla araşdırılmış inzibati xəta haqqında 10 oktyabr 2022-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, X6 barəsində Lənkəran Rayon Məhkəməsinin 16 iyun 2022ci il tarixli, 3(049)-536 nömrəli qərarı dəyişdirilmədiyindən vəzifəli şəxs kimi 4800 manat məbləğində cərimə olunması barədə qərar qəbul edilmişdir. İş materiallarında olan və məhkəmədə elan olunmaqla araşdırılmış inzibati xəta haqqında 24 may 2022-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, X6 vəzifəli şəxs kimi 4800 manat məbləğində cərimə olunması barədə qərar qəbul edilmişdir İş materiallarında olan və məhkəmədə elan olunmaqla araşdırılmış Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2022-ci il tarixli, **********43000 nömrəli məktubundan görünür ki, Hünər Hadızadənin vergi ödəyicisi kimi xx.xx.2021-ci ildən xx.xx.2021-ci il tarixədəkfəaliyyəti aktiv, xx.xx.2021-ci ildən xx.xx.2021-ci il tarixədək isə dayandırılmış vəziyyətdə olmuşdur. Məhkəmə, şikayəti nəzərdən keçirib, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə qənaətə gəlir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X5 10 oktyabr 2022-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında prot inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İXM-in 48-ci maddəsində göstərilmişdir ki, inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-in 541-ci maddəsinə əsasən isə ətraf mühitin mühafizəsini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının qanuni tələblərinin və ya qərarlarının yerinə yetirilməməsi inzibati xəta hesab edilri və bu əmələ görə fziki şəxslər altı yüz manatdan doqquz yüz manatadək məbləğdə, vəzifəli şəxslər isə üç min manatdan dörd min səkkiz yüz manatadək məbləğdə cərimə edilirlər. İş materiallarından görünür ki, Lənkəran Şəhər İcra Hakimiyyəti Aparatının Memarlıq və Tikinti şöbəsi tərəfindən tərtib edilmiş layihə-eskiz sənədlərinə əsasən həmin rayonun sakini X2 Lənkəran şəhəri Füzuli küçməsi 7 ünvanında yerləşən və mülkiyyətində olan 0,06751 ha torpaq sahəsində 3 mərtəbəli fərdi yaşayış evinin tikintisinə icazə verilmiş, lakin H.Hadızadə tərəfindən qeyd olunan ünvanda 3 mərtəbəli fərdi yaşayış evinin əvəzinə 8 mərtəbəli çoxmənzilli yaşayış binası inşa edilmişdir. Sonradan tikinti yerinə baxış keçirən 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi hesab etmişdir ki, Hadızadə tərəfindən 8 mərtəbəli binanın tikintisi aparılarkən dövlət ekoloji ekspertizasının rəyi alınmamışdır. Qeyd olunan rəyi almadan tikinti işlərini apardığına görə H.Hadızadə İXM-in 275.1.1-ci maddəsi ilə təqsirli bilinib inzibati qaydada cərimə edilmiş, eyni zamanda ona 1 ay müddətə vaxt verilərək dövlət ekoloji ekspertizasının rəyinin alnması tələb edilmiş, bununla bağlı H.Hadızadəyə icrası məcburi olan göstəriş verilmişdir. H.Hadızadə tərəfindən həmin göstəriş yerinə yetirilmədiyinə görə onun barəsində İXM-in 541-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə, hazırkı iş üzrə qərarın qanuniliyini yoxlayarkən qeyd olunan sahədə olan normativ hüquqi aktların müddəlarını rəhbər tutmağı zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 75.3.4.cü maddəsinə əsasən dövlət ekoloji ekspertizasının rəyi “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun əlavəsində göstərilən fəaliyyət növləri üzrə alınmalıdır. “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun əlavəsində 34 adda ətraf mühitə təsirin qiymətləndirilməsi tələb olunan fəaliyyət növləri qeyd edilmişdir. Həmin fəaliyyət növləri sırasında isə çoxmənzilli yaşayış binasının tikintisi zamanı dövlət ekoloji ekspertizasının rəyinin tələb edilməsi müəyyən edilməmişdir. “Ekoloji təhlükəsizlik haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində göstərilir ki, Müvafiq icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının, onların vəzifəli şəxslərinin aşağıdakı fəaliyyətə yol verə bilən qərarları qəbul etmələri və həyata keçirmələri qadağandır: 1.1. “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun əlavəsində nəzərdə tutulmuş fəaliyyət növləri üzrə ətraf mühitə təsirin qiymətləndirilməsi sənədi (ƏMTQ) tərtib edilmədən və həmin sənədin dövlət ekoloji ekspertizası keçirilmədən həyata keçirilən fəaliyyət, habelə ətraf mühitə təsirin qiymətləndirilməsinin aparılması tələb olunmayan, lakin dövlət ekoloji ekspertizasının obyekti olan və dövlət ekoloji ekspertizasının müsbət rəyi olmadan həyata keçirilən digər fəaliyyət 1.2. ağır ekoloji nəticələrə səbəb ola bilən təsərrüfat və digər fəaliyyət; 1.3. ekoloji təhlükəsizliyin təmin edilməsinə dair tələblərə uyğun olmayan təsərrüfat və digər fəaliyyət; 1.4. qanunvericiliklə müəyyən edilmiş qaydada yararsız torpaqları bərpa etmədən yeni (xam) torpaq sahələrini təsərrüfat və digər fəaliyyət dövriyyəsinə daxil etmək; 1.5. ekoloji təhlükəsizlik sahəsində qanunvericiliyin pozulması ilə müşayiət olunan elmitədqiqat, iqtisadi və digər eksperimentlər keçirmək.
2. Müvafiq icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının, onların vəzifəli şəxslərinin ekoloji cəhətdən təhlükəli fəaliyyətin həyata keçirilməsinə, o cümlədən: 2.1. “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında» Azərbaycan Respublikası Qanununun əlavəsində nəzərdə tutulmuş fəaliyyət növləri üzrə ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) sənədi və həmin sənədə dair dövlət ekoloji ekspertizasının rəyi ilə ekoloji təhlükəsi müəyyən edilən təsərrüfat və digər fəaliyyətə, habelə ətraf mühitə təsirin qiymətləndirilməsinin aparılması tələb olunmayan, lakin dövlət ekoloji ekspertizasının obyekti olan və dövlət ekoloji ekspertizasının rəyi ilə ekoloji təhlükəsi müəyyən edilən digər fəaliyyətə; 2.2. ölkə ərazisinə radioaktiv tullantıların, yenidən istifadəyə yararlı işlənmiş nüvə yanacağının, qanunvericiliklə müəyyən edilən siyahıya müvafiq toksik və digər təhlükəli istehsalat və məişət tullantılarının, digər radioaktiv maddələr və nüvə materiallarının, təkrar istifadə edilə bilinməyən qeyri-toksik tullantıların, habelə istifadəsi və təkrar istifadə texnologiyası ekoloji təhlükə yaradan maddələrin gətirilməsinə; 2.3. ətraf mühitin və onun komponentlərinin qlobal dəyişiklərinə səbəb olan, o cümlədən ekoloji təhlükəsizlik sahəsində beynəlxalq müqavilələri pozan fəaliyyətə; 2.4. emal, zərərsizləşdirmə və təkrar istifadə texnologiyası ekoloji cəhətdən təhlükəli olan məhsulların, habelə ekoloji cəhətdən digər təhlükəli məhsulların ölkə ərazisinə gətirilməsinə və istehsalına; 2.5. insan orqanizmində və ətraf mühitdə cəmləşə bilən və təbii parçalanmaya uğramayan toksik maddələrin istifadə edilməsinə, habelə zərərsizləşdirilmə texnologiyası ekoloji cəhətdən təhlükəli olan toksik maddələrin tətbiq edilməsinə; 2.6. ətraf mühit və insanlar üçün təhlükə dərəcəsi qiymətləndirilməmiş maddələrin tətbiq edilməsinə; 2.7. müvafiq ərazinin təbii mühitinə xas olmayan, habelə nəzarətsiz artımının və yayılmasının qarşısının alınması üzrə səmərəli tədbirlər hazırlanmadan süni yolla əldə edilmiş orqanizmlərin istifadə edilməsinə, çoxaldılmasına və yayılmasına; 2.7-1. “Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, genetik modifikasiya olunmuş bitkilərin genetik materiallarının Azərbaycan Respublikasının ərazisinə gətirilməsinə, həmin ərazidə yayılmasına və istifadəsinə; 2.8. ekoloji təhlükəsizlik sahəsində qanunlarla və digər normativ hüquqi aktlarla ekoloji cəhətdən təhlükəli fəaliyyət kateqoriyasına aid edilmiş digər fəaliyyətə səbəb ola bilən qərarlar qəbul etmələri və həyata keçirmələri qadağandır. Hüquqi və fiziki şəxslərin də göstərilən fəaliyyət növlərini həyata keçirmələri qadağandır. Göründüyü kimi, qeyd olunan qanunda da həmin fəaliyyət növləri sırasında çoxmənzilli yaşayış binasının tikintisi zamanı dövlət ekoloji ekspertizasının rəyinin tələb edilməsi müəyyən edilməmişdir. Eləcə də, “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 54-cü maddəsində konkret olaraq dövlət ekoloji ekspertizasının obyektləri müəyyən edilmişdir. Həmin maddəyə əsasən ölkə və iqtisadiyyat sahələri üzrə məhsuldar qüvvələrinin inkişafına və yerləşdirilməsinə dair dövlət və yerli proqramların layihələri strateji sənədlərin layihələrinə dair strateji ekoloji qiymətləndirmə (SEQ) sənədləri; istehsal, sosial, ticarət, ictimai iaşə və digər xidmət obyektləri, infrastruktur obyektləri və komplekslərinin layihələri, onların konservasiyası, ləğv olunması, yeni texnika ilə təchiz edilməsi və genişləndirilməsi üzrə layihələr, texniki-iqtisadi əsaslandırılmalar (TİƏ), ətraf mühitə təsirinin qiymətləndirilməsi (ƏMTQ) və transsərhəd konteksdə ətraf mühitə təsirin qiymətləndirilməsi sənədləri; yeni texnikanın, texnologiyanın, materialların və maddələrin yaradılmasına, o cümlədən idxalına və ixracına dair sənədlər; ətraf mühitin mühafizəsi sahəsində metodiki təlimatların və texniki normativ hüquqi aktların layihələri; ərazilərin kompleks ekoloji-tədqiqat materialları, ərazilərə xüsusi mühafizə statusunun verilməsi, ekoloji fəlakət zonalarının və fövqəladə ekoloji vəziyyətin elan olunmasının əsaslandırılması sənədləri, habelə həmin ərazilərin bərpası proqramları; https://www.e-qanun.az/framework/3852 regionların, ayrı-ayrı ərazilərin və təbiət komplekslərinin ekoloji vəziyyətinə dair sənədlər; müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən təbiətdən (təbii ehtiyatlardan) istifadəni nəzərdə tutan müqavilə (kontrakt) və razılaşmaların layihələri; müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən hallarda tikinti layihələrinin ekologiya bölməsi dövlət ekoloji ekspertizasının obyektləri hesab edilir. Şərh olunan qanunda da çoxmənzilli yaşayış binasının tikintisi zamanı dövlət ekoloji ekspertizasının rəyinin tələb edilməsi müəyyən edilməmişdir. Bundan başqa, iş materiallarında olan Şirvan İnzibati Məhkəməsinin 14 oktyabr 2022-ci il tarixli, 2-1(120)-2087/2022 nömrəli qərarından görünür ki, Lənkəran şəhəri Füzuli küçəsi 7 ünvanında yerləşən 4060.98 kv.m təşkil edən çox mənzilli dair xüsusi mülkiyyət hüququnu təsdiq edən çıxarışın və texniki pasportun verilməsi öhdəliyi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsinə həvalə edilmişdir. İXM-nin 134.1.3-cü maddəsinin tələbinə görə, məhkəmə bu Məcəllənin 135.1.5-1ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edir. İXM_nin 135.1.5-1-ci maddəsinin tələbinə görə, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması qərarın ləğv edilməsi üçün əsasdır. İXM-nin 53-cü maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda; inzibati xəta tərkibi olmadıqda; şəxs son zərurət vəziyyətində hərəkət etdikdə; şəxs zəruri müdafiə vəziyyətində hərəkət etdikdə; inzibati məsuliyyət müəyyən edən normativ hüquqi akt ləğv olunduqda; bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda; barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə aid eyni fakt üzrə inzibati tənbeh etmək haqqında hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı olduqda, yaxud inzibati xəta haqqında işə xitam verilməsi barəsində ləğv edilməmiş qərar olduqda, habelə həmin fakt üzrə cinayət işi başlamaq haqqında qərar olduqda; barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs öldükdə; Bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda; bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrinin Qeyd hissələrində bilavasitə müəyyən edilmiş hallarda inzibati xətanı törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda; bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş xəta haqqında elektron qərar real vaxt rejimində tərtib olunmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Göstərilənlərə əsasən, çoxmənzilli yaşayış binasının tikintisi zamanı dövlət ekoloji ekspertizasının rəyinin tələb edilməsi müəyyən edilmədiyindən, yuxarıda qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X5 10 oktyabr 2022-ci il tarixli MN ******* inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53, 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X5 10 oktyabr 2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.
Sədrlik edən Murad Aslanov