Məhkəmə qərarları › İş №3(049)-655/2024

Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-655/2024

25.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-655/2024 25.06.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Pənahov Anar Elman oğlunun sədrliyi, Məhkəmə iclas katibi Şabanov Vidadi Fərman oğlunun katibliyi, Barəsində inzibati icraat aparılan şəxs Şəxs, Lənkəran rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1 və tələbkar Zərərçəkmiş şəxsnın iştirakları ilə, xx xxxxxx 1991-ci ildə Lənkəran rayonunda doğulmuş, Lənkəran rayonu, Girdəni qəsəbəsində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Lənkəran Rayon Məhkəməsinin 2(049)-307/2024 nömrəli 23 mart 2024-cü il tarixli icra sənədinə əsasən borclu Şəxs 1675 manat və 37 manat dövlət rüsumunun alınaraq tələbkar Zərərçəkmiş şəxs verilməlidir. İcra sənədində qeyd edilən borcdan borclu tələbkara heç bir ödəniş eməmişdir. Eyni zamanda borclu icra məmurunun çağırışlarından yayınmışdır. Şəxs bu hərəkətləri ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati icraat aparılan şəxs Şəxs dindirilərkən izahatında göstərdi ki, Lənkəran Rayon Məhkəməsinin müvafiq icra sənədinə əsasən onun tələbkar Zərərçəkmiş şəxs borc öhdəliyi üzrə 1712 manat məbləğində borcu qalmaqdadır. Maddi imkanı olmadığına görə qeyd edilən məbləği ödəyə bilməmişdir. Lakin hazırda həmin borc məbləğinin hissə-hisə ödənilməsi ilə əlaqadar tələbkar ilə aralarında razılıq əldə olunmasını nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında tələbkar Zərərçəkmiş şəxs dindirilərkən izahatında göstərdi ki, Lənkəran Rayon Məhkəməsinin müvafiq icra sənədlərinə əsasən Şəxs ona ümumilikdə 1712 manat məbləğində alimnet borcu vardır. Lakin hazırda borclu ilə aralarında razılıq əldə olunmuşdur. Bu səbəbdən məhkəmədən iş üzrə icraata xitam verilməsini xahiş etdi və bu barədə məhkəməyə ərizə təqdim etdi. İş materialına əlavə edilmiş tələbkar Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim olunmuş ərizədən görünür ki, o, Şəxs ilə borcla bağlı aralarında razılıq əldə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən Məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Maddənin dispozisiyasına əsasən icra sənədini üzrsüz səbəbdən icra etməmə inzibati məsuliyyət yaradır. Azərbaycan Respublikası İXM-nin 105-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İnzibati xətalar haqqında işlərə baxılarkən çıxarılan qərarlardan biri də İXM-in 114.1.4-cü maddəsinə əsasn inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərardır. İXM-in 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-ci maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. İXM-in 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Beləliklə hazırkı iş üzrə borclunun icra sənədini üzürsüz səbəbdən icra etməməsi öz təsdiqini tapmadığından iş üzrə icraata xitam verilməlidir Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 105 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərar verdi: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində işə baxan Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Anar Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar