Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-656/2024 25.06.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlunun sədrliyi, məhkəmə iclas katibi: X1, inzibati xəta haqqında protokolu tərtib edən şəxs: Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin Liman PB-nın polis sahə rəisi, polis kapitanı X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: Şəxs iştirakı ilə, xx xxx 1978-ci il tarixdə Lənkəran rayonu, Boladi kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, işləməyən, Lənkəran rayonu, Boladi kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan (FİN:xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1ci maddələri ilə Lənkəran Şəhər-Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, müəyyən etdi: Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin Liman PB-nın polis sahə rəisi, polis kapitanı X2 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 21 iyun 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərilmişdir. 21 iyun 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Lənkəran rayon, Boladi kənd sakini Şəxs 21 iyun 2024-cü il tarixdə, saat 11 radələrində Lənkəran rayonu, Boladi kəndində küçədə ünvansız söyüşlər şöymüş və polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Nəticədə Şəxs İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib edən şəxs Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin Liman PB-nın polis sahə rəisi, polis kapitanı X2 izahatında göstərdi ki, 21 iyun 2024-cü il tarixdə, saat 11 radələrində Lənkəran şəhəri, Boladi kəndində küçədə ünvansız şəkildə söyüşlər şöymüş və polis əməkdaşları ona yaxınlaşmışlar onlarında qanuni tələbinə tabe olmamışdır. Bununla da Bağırov X4 ŞRPŞnin iş fəailiyyətini pozmuş, qanuni tələbimə tabe olmamış, həmçinin şöbədə olan vətəndaşların haqlı narazılığına səbəb olan hərəkətlər etmişdir. Şəxs barəsində ən sərt qanuni tədbir görülməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəməyə verdiyi izahatında özünü tam təqsirli bilərək göstərdi ki, 21 iyun 2024-cü il tarixdə, səhər saatlarında işləmək üçün ustanın yanında getmiş, lakin usta olmadığından o, da geri evə qayıtmalı olmuşdur. İş olmadığına və evə pul apara bilmədiyinə görə əsəbləşmiş və həmin gün, saat 11 radələrində öz-özünə Lənkəran rayonu, Boladi kəndində küçədə ünvansız şəkildə şöyüşlər söymüşdür. Həmin vaxt polis əməkdaşları onun yanında avtomobil saxlayaraq onu sakitləşdirməyə çalışsalar da, o, əsəbi olduğundan polis əməkdaşlarına cavab qaytarmış, sonra onu avtomobilə dəvət edərkən polislərin tələblərinə riayət etməmişdir. Əməlindən çox peşmandır. Barəsində qanunda nəzərdə tutulmuş tədbir görülməsinə etirazı yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində göstərdi ki, ŞRPŞ-nin Liman PB nin polis nəfəri polis kiçik serjantı vəzifəsində işləyir. 21 iyun 2024-ci il tarixdə, saat 11 radələrində Lənkəran rayon Boladi kəndində ərazidə xidmətdə olan zaman bir nəfərin uca səslə ünvansız söyüşlər söydüyünü şahidi olmuş, iş yoldaşı Liman PB-nin sahəsinin polis nəfəri polis baş serjantı Ucal Həmidli ilə birlikdə həmin şəxsə yaxınlaşıb özlərini təqdim etmişlər Onu dəfələrlə nizam intizama dəvət etsə də, o, buna məhəl qoymayaraq öz qanunsuz hərəkətlərinə davam etmişdir. Məcbur qalıb onu Liman polis bölməsinə apararaq protokol tərtib etmişlər. Məhkəmə iclasında ifadəsi elan edilərək araşdırılmış şahid X7 göstərmişdir ki, ŞRPŞ-nin Liman PB nin polis nəfəri polis baş serjantı vəzifəsində işləyir. 21 iyun 2024-ci il tarixdə, saat 11 radələrində Lənkəran rayon Boladi kəndində ərazidə xidmətdə olan zaman bir nəfərin uca səslə ünvansız söyüşlər söydüyünü şahidi olmuş, iş yoldaşı Liman PB-nin sahəsinin polis nəfəri polis kiçik serjantı ilə birlikdə həmin şəxsə yaxınlaşıb özlərini təqdim etmişlər Onu dəfələrlə nizam intizama dəvət etsə də, o, buna məhəl qoymayaraq öz qanunsuz hərəkətlərinə davam etmişdir. Məcbur qalıb onu Liman polis bölməsinə apararaq protokol tərtib etmişlər. İş materiallarında olan Azərbaycan Respublikası ƏƏSMN-nin tabeliyində DSMF X8 şəhər filialı tərəfindən verilmiş 25 iyun 2024-cü il tarixli arayışdan görünür ki, Şəxs heç bir növ sosial müavinət alır. İnzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək məhkəmə hesab edir ki, Şəxs İXM-in 510 və 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi araşdırılmış sübutlarla tam sübuta yetir. İXM-in 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. İXM-in 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur və fiziki şəxslər iki yüz manat miqdarında cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Qeyd edilən maddənin dispozisiyasından göründüyü kimi, ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər İXM-in 510-cu maddəsində, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizəsi ilə bağlı vəzifələrini icra edərkən, ictimai qaydanı pozan şəxs tərəfindən onların qanuni tələblərinə qəsdən tabe olmama İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan məsuliyyətə səbəb olur. Hazırki halda Şəxs hərəkətlərində də həmin halların mövcud olması məhkəmə iclasında öz təsdiqini tapmışdır. Belə ki, tərtib edilmiş inzibati xəta haqqında protokol və məhkəmə iclasında araşdırılan sübutlarla müəyyən edildi ki, Şəxs 21 iyun 2024-cü il tarixdə, saat 11 radələrində Lənkəran rayonu, Boladi kəndində küçədə ünvansız söyüş söyərək xırda xuliqanlıq etmiş və polis əməkdaşlarının qanuni tələbinə tabe olmamışdır. Bütün bunlar məhkəməyə Şəxs hərəkətlərində xırda xuliqanlıq və ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən qanuni tələb irəli sürən polis işçisinə tabe olmama kimi halların, yəni İXM-in 510 və 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibinin olması barədə nəticəyə gəlməyə əsas verir. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs törətdiyi əməldən peşman olmasını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində ağırlaşdıran hallar müəyyən edilməmişdir. İXM-nin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən yalnız İXM-lə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən inzibati xətalara görə inzibati tənbeh İXM-ə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; Məhkəmə, İXM-in 31.2-ci maddəsinə əsasən Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən, xətanın xarakterini, onun şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını nəzərə alır və hesab edir ki, Şəxs İXM-in 510 və 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək ona həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə qeyd edir ki, cərimə növündə tənbeh tədbiri inzibati tənbehin məqsədlərinə, yəni Şəxs qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməyə, habelə onun tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almağa uyğundur. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən həmin Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Həmin Məcəllənin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-51, 61, 114, 128-131-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən onun barəsində 200 (iki yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Lənkəran Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Murad Aslanov
Məhkəmə qərarları › İş №3(049)-656/2024
Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-656/2024
25.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver