Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-658/2024 17.07.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Pənahov Anar Elman oğlunun sədrliyi, Şabanov Vidadi Fərman oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs X8, Azərbaycan Respublikasının Qida X2-X12 nümayəndəsi X14 iştirakı ilə, Azərbaycan Respublikasının Qida X2-X12 vəzifəli şəxsi tərəfindən qəbul edilmiş 13 iyun 2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından X13 tərəfindən verilmiş şikayətə baxaraq məhkəmə, MÜƏYYƏNETDİ: Azərbaycan Respublikasının Qida X2-X12 vəzifəli şəxsinin 13 iyun 2024-cü il tarixli MN seriyalı ******* nömrəli qərarı ilə X13 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 289.0.2-ci maddəsi ilə təqsirli bilinərək 600 (altı yüz) manat miqdarında cərimə edilmişdir. X13 həmin qərardan şikayət verib. Şikayətdə Azərbaycan Respublikasının Qida X2-X12 vəzifəli şəxsi tərəfindən qəbul edilmiş 13 iyun 2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməsi məhkəmədən xahiş edilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, ərizəçi Azərbaycan Respublikasının X7 X3 rəisi X9 tərəfindən qəbul edilmiş 13 iyun 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında MN nömrəli ******* saylı qərarı ilə Azərbaycan Respublikasının İXM-nin 289.0.2-ci maddəsi ilə təqsirli bilinərək 600 manat miqdarında inzibati qaydada cərimə edilmişdir ondan ötrü ki, guya 27 may 2024-cü il tarixdə Lənkəran rayonu, Şiləvar kəndi ərazisində özünə məxsus ət dükanında baytarlıq ekspertizası keçirmədən ət satışını həyata keçirmişdir. O, həmin qərarla razı deyildir. Belə ki, o, 26 may 2024-cü il tarixdə özünə məxsus dükanda satmaq üçün 30 kq çəkidə ət almış və bu barədə Azərbaycan Respublikasının X7 X1 baytarlıq arayışını da almışdır. Həmin arayışın verilmə tarixi xx.xx.2024-cü il, saat 06:42, sənədin etibarlılıq tarixi isə xx.xx.2024-cü il saat 06:42 qeyd edilmişdir. Baytarlıq arayışı ona veriləndən sonra satacağı 30 kq ətə möhür də vurulmuşdur. Buna baxmayaraq Azərbaycan Respublikasının X7 X3 əməkdaşları 27 may 2024-cü il tarixdə dükanına gələrək dükanda satmaq üçün qoyduğu ətin möhür vurulmuyan tərəfdən şəkillərini çəkərək inzibati xəta haqqında protokol tərtib etmişlər ki, yuxarıda qeyd etdiyi kimi guya o, 27 may 2024-cü il tarixdə Lənkəran rayonu, Şiləvar kəndi ərazisində özünə məxsus ət dükanında baytarlıq ekspertizası keçirmədən ət satışını həyata keçirir. Həmin ətlər 26 may 2024-cü il tarixdə X6 baytarlıq ekspertizasından keçirtdiyi 30 kq ətin qalığı olmuş və onların üzərində də möhürləri olmuşdur. Lakin Azərbaycan Respublikasının X7 X3 əməkdaşları ətlərin möhür olmayan tərəfdən şəkillərini çəkmişlər, o, bu barədə onlara iradını bildirsə də onlar buna əhəmiyyət verməmişlər. 13 iyun 2024-cü il tarixdə də Azərbaycan Respublikasının X7 X3 rəisi X9 tərəfindən onun barəsində qərar qəbul ediləndə də bu barədə ona bildirmişdir, lakin o, dediklərinə əhəmiyyət verməmiş və heç bir əlavə araşdırma aparmadan qərar qəbul edərək onu təqsirli hesab etmişdir. Hesab edirəm ki, Azərbaycan Respublikasının X7 X3 rəisi X9 tərəfindən qəbul edilmiş 13 iyun 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında MN nömrəli ******* saylı qərar əsassızdır və ləğv edilməlidir. Ona görə də hazırki, şikayətlə məhkəməyə müraciət edir. İşin məhkəmə baxışında iştirak edən şikayət vermiş şəxs X13 şikayət ərizəsinin məzmununa uyğun izahat verərək, əlavə olaraq bildirdi ki, satdığı əti yalnız kəsim yerindən alır, hər dəfə əti aldıqda ona müvafiq baytarlıq arayışı verilir və ətin bir tərəfi möhürlənir. Şikayət ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etdi. İşin məhkəmə baxışında iştirak edən inzibati xəta haqqında icraat aparan orqan Azərbaycan Respublikasının Qida X2-X12 nümayəndəsi X17 izahatında bildirdi ki, Ramin Əhmədov şikayətində satdığı st məhsuluna möhürün vurulduğunu qeyd etsə də məhkəməyə təqdim olunan fotoşəkildə tərəfin irəli sürdüyü iddianın tam yanlış olduğu təsdiqini tapır. Belə ki, şikayətində Ramin Əhmədov ətin möhürlü olduğunu qeyd etsə də yoxlama zamanı çəkilən video və fotoşəkillərdə bu fakt öz əksini tapmır. Satış nöqtəsində olan 100 kq-a yaxın ət məhsulunun möhürsüz olduğu öz təsdiqini tapmışdır. Qarşı tərəfin orqan əməkdaşlarına təqdim eldiyi baytarlıq sənədi 30 kq. ət məhsulu üçün nəzərdə tutulsa da video kadrlarda görünür ki, satış nöqtəsində 100 kiloqramdan artıq ət var. Bu da sahibkarın qeyri səmimi olduğuna qərəzsiz zəmin yaradır. Həmçinin şikayətdə baytarlıq arayışı alındıqdan sonra satış üçün alınan 30 kq. ətə möhür vurulması qeyd edilsə də bu hal qanunvericilikdə və praktikada mümkün olmayan bir haldır. Belə ki, “Baytarlıq yüklərinə nişanın (damğanın) qoyulması haqqında Nazirlər Kabinetinin 209 nömrəli xx.xx.2006-cı il tarxli qərarına əsasən baytaılıq damğası kilo şəklində satılan ətə deyil, yalnız heyvan cəmdəyi ekspertizadan keçirildiyi halda cəmdəyin ayaq və qol hissəsinə möhür şəklində vurulur. Həmçinin şikayətçinin iştirakı ilə faktlar araşdırılaraq, onun barəsində inzibati tənbehvermə haqqında qərar qəbul edilmişdir. Şikayət ərizəsi əsassız olduğundan təmin edilməməsini mhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, həmçinin iş materiallarını nəzərdən keçirərək hesab edir ki, şikayət təmin edilərək, Azərbaycan Respublikasının Qida X2-X12 vəzifəli şəxsi tərəfindən qəbul edilmiş 13 iyun 2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilərək, həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə edlmiş Azərbaycan Respublikasının X7 X1 verilmiş 06241494 nömrəli baytarlıq arayışından görünür ki, fərdi sahibkar X10 Lənkəran rayonu, Şiləvar kəndində yerləşən ət mağazasında 30 kq. ət məhsulunu satmaq üçün müvafiq icazə verilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı Qida X2-X12 nümayəndəsi tərəfindən sübut kimi məhkəməyə təqdim edilmiş fotoşəkillərdən görünür ki, X8 iştirakı ilə ət satışı mağazasında müvafiq yoxlama keçirilir. Yoxlama zamanı mağazada qırmaqdan asılmış ət məhsullarının yalnız bir tərəfdən fotoşəkli çəkilmişdir. X13 şikayət ərizəsində yoxlama zamanı mağazada olan ət məhsulunun satışı üçün müvafiq baytarlıq arayışını əldə etdiyini, ətin bir tərəfinin möhürləndiyini və yoxlayıcı tərəfindən ətin digər tərəfində möhürün olduğuna əhəmiyyət verilmədiyini bildirir. Bunun əksini sübut etmək vəzifəsi inzibati orqanın üzərinə düşür. İşin məhkəmə baxışı zamanı Qida X2-X12 nümayəndəsi izahatında həmin yoxlama zamanı mağazada satılan ətlərin hər tərəfdən foto və video çəkilişlərinin aparıldığını qeyd etdiyinə baxmayaraq, bu barədə sübutları məhkəməyə təqdim edə bilməmişdir. Həmçinin inzibati orqanın nümayəndəsi tərəfindən məhkəmə iclasında “X8 yoxlama zamanı 30 kq. ət məhsuluna dair baytarlıq arayışı aldığı təqdirdə 100 kq.-dan artıq ət məhsulu satdığını” bildirsə də qeyd edilən xüsusat inzibati xəta haqqında icraat materiallarında öz təsdiqini tapmamışdır. Belə ki, qeyd edilən satışda olan ət məhsulunun tərəzidə çəkilərək bu barədə müvafiq rəsmiləşdirmənin aparılması iş materiallarında öz əksini tapmır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 289.0.2-ci maddəsinə əsasən, heyvan mənşəli məhsulların baytarlıq (baytarlıq-sanitariya) ekspertizası aparılmadan satışına və istehsalına görə fiziki şəxslər iki yüz manatdan üç yüz manatadək məbləğdə, vəzifəli şəxslər beş yüz manatdan altı yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 75-ci maddəsinin tələblərinə əsasən, inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: 75.0.1. inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); 75.0.2. inzibati xəta törətmiş şəxs; 75.0.3. inzibati xəta törətməkdə şəxsin təqsiri; 75.0.4. inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; 75.0.5. inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; 75.0.6. inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; 75.0.7. işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. Həmin məcəllənin 8.1 maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2 maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3 maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İXM-nin yuxarıda istinad edilən 8-ci maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinin mahiyyətindən görünür ki, şəxsin əməlində inzibati xətanın tərkibinin olması halı səlahiyyətli orqan tərəfindən sübuta yetirilməlidir. Qanunun bu tələbinə əsasən X8 əməlində Azərbaycan Respublikası İXM-nin 289.0.2-ci maddəsinin tərkibinin olması halının sübuta yetirilməsi vəzifəsi inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın üzərinə düşür. Qida X2-X16 tərəfindən X8 AR İXM-nin 289.0.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi sübuta yetirilməmişdir və inzibati xəta tərkibi mövcud deyildir. Bu səbəbdən də X8 təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən “Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.8-ci maddəsinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2010-cu il tarixli qərarında göstərilmişdir ki, “Hüquqi müəyyənliyə dair tələblər hüququn üstünlüyü, normativ-hüquqi aktların hüquqa və haqq-ədalətə əsaslanmasına dair konstitusiya prinsiplərindən irəli gəlir. Konstitusiya Məhkəməsinin hüquqi müəyyənlik prinsipinin mahiyyəti və əhəmiyyəti barədə formalaşdırdığı hüquqi mövqeyinə görə hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas aspektlərindən biri kimi çıxış edir. Hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Konstitusiya Məhkəməsinin Plenumu bir daha vurğulayır ki, qanunverici orqan tərəfindən hər hansı bir inzibati xətaya görə inzibati tənbeh növü müəyyən edilərkən Konstitusiyada öz əksini tapan qanunun aliliyinin tərkib hissəsi olan mütənasiblik və tarazlıq prinsipləri də nəzərə alınmalıdır.” Azərbaycan Respublikası İXM-nin 53.1.1 və 53.1.2-ci maddələrinin məzmununa görə inzibati xəta hadisəsi olmadıqda; inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Qida X2-X12 vəzifəli şəxsinin xx.xx.2024-cü il tarixli MN seriyalı ******* nömrəli qərarı ləğv edilməli və X8 barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Ona görə də şikayət təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 134, 136 və 137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: X8 şikayəti təmin edilsin. Azərbaycan Respublikasının Qida X2-X12 vəzifəli şəxsinin 13 iyun 2024-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin. X8 barəsində olan hazırki inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan etibarən 10 gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hakim Anar Pənahov
Məhkəmə qərarları › İş №3(049)-658/2024
Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-658/2024
17.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver