Məhkəmə qərarları › İş №3(049)-659/2024

Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-659/2024

17.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-659/2024 17.10.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Pənahov Anar Elman oğlunun sədrliyi, Şabanov Vdadi Fərman oğlunun katibliyi ilə, Şikayət verən şəxs X2 və Lənkəran Şəhər Rayon X6 yol polisi bölməsinin inspektoru (yol nəqliyyat hadisələri üzrə), polis kapitanı Nümayəndə iştirakı ilə Lənkəran Şəhər Rayon X6 yol polisi bölməsinin vəzifəli şəxsi tərəfindən qəbul edilmiş 22 iyun 2024-cü il tarixli TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X4 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : X4 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Lənkəran Şəhər Rayon X6 yol polisi bölməsinin vəzifəli şəxsi tərəfindən qəbul edilmiş 22 iyun 2024-cü il tarixli TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cu il tarixində saat 15-54 radələrində Şahin Qurbanovun istifadəsində olan **-TJ-*** qeydiyyat nişanlı “Mercedes” markalı avtomobil Lənkəran şəhəri H.Z.Tağıyev küçəsində hərəkətdə olan zaman və yaşadığı evə dönən zaman onu arxadan “Hyundai” markalı **-KN-*** dövlət nişanlı avtomobil ötmə edib keçib avtomaşınına sol tərəfdən vuraraq yol hərəkəti qəzası törətmişdir. Onun avtomobilinə xeyli miqdarda ziyan dəymişdir. Sonradan o, özü mobil telefonundan 102 qaynar xəttinə və sığorta mütəxəssisinə zəng edib hadisə barədə məlumat vermişdir. DİN-nin YPX-nin əməkdaşları gəlib maşınları cərimə meydançasına aparmışlar, onu və digər sürücünü norkoloji testdən keçirməyə aparmışlar. Sonra o, xx.xx.2024-cü il tarixdə Lənkəran ŞRPŞ-nin DYP-nin idarəsinə getmiş, orada onu polis kapitanı Nümayəndə qəbul edib izahatını almışdır. Ona sübutlarını və şahidlərini gətirməsini tələb etmişdir. O, da kamera görüntülərini və şahidlərini ora aparmışdır. Lakin Nümayəndə artıq qərar verdiyini və onu günahkar hesab etdiyini bildirmişdir. Ona dəfələrlə izah etməyə çalışmışdır ki, günah arxadan gələn, ötmə icazə verilməyən yerdə və o, sola dönmə nişanımı yandırmaqla vurulduğunu bildirsə də Nümayəndə ona bunun azlıq etdiyini və Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə təqsirli bilinib 40 manat cərimə edildiyini bildirmişdir. Bütün bunların qanunsuz olduğunu iddia edir. Çünki video çəkilişdən görünür ki, 99- KN-703 markalı avtomobil onu arxadan ötmə etməklə hansıki mən dönmə nişanı, yandırıb evinun həyətinə dönərkən vurmuşdur. Məhkəmədən ekspertiza təyin edilməsini və işin tam araşdırılmasını xahişi edir. O, dəfələrlə polis kapitanından hadisə yerinə baxış keçirilməsini və qəzanın tam araşdırılmasını tələb etsə də inspektor hadisə yerinə gəlməmişdir. İş üzrə keçirilmiş məhkəmə iclaslarında iştirak edən X1 şikayət ərizəsinin məzmununa uyğun izahat verərək, ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə 08 iyul 2024-cü il tarixində keçirilmiş məhkəmə iclasında iştirak edən Lənkəran Şəhər Rayon X6 yol polisi bölməsinin inspektoru (yol nəqliyyat hadisələri üzrə), polis kapitanı Nümayəndə şikayət tələbini qəbul etməyərək, izahatında bildirdi ki, inzibati xəta haqqında iş üzrə mübahisələndirilən qərar onun tərəfindən qəbul edilmişdir. İnzibati xəta haqqında iş üzrə bütün xüsusatlar tam olaraq onun tərəfindən araşdırılaraq, təqdim edilmiş sübutlar araşdırılmış və 20 iyun 2024-cü il tarixdə başvermiş yol-nəqliyyat hadisəsi zamanı təqsirin X3 olduğu nəzərə alınaraq o, AR İXM-nin 327.1-ci maddəsi ilə təqsirli bilinərək, 40 manat cərimə edilmişdir. Şikayət ərizəsinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını, şikayəti və materialları nəzərdən keçirərək hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan 22 iyun 2024-cü il tarixli TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyi üçün barəsində 80 manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, İXP seriyalı, ******* saylı inzibati xəta haqqında protokoldan və yol-nəqliyyat hadisəsinin sxemindən görünür ki, xx.xx.2024-cü il tarixdə saat 15-54 radələrində Lənkəran şəhəri H.Z.Tağıyev küçəsində **-TJ-*** dövlət qeydiyyat nişanlı Mercedes markalı avtomobil ilə Hyundai markalı **-KN-*** dövlət nişanlı avtomobil arasında yol-nəqliyyat hadisəsi baş vermişdir. Lənkəran Şəhər Rayon X6 yol polisi bölməsində aparılan inzibati xəta haqqında araşdırma zamanı yol-nəqliyyat hadisəsinin iştirakçılarının izahatları alınmışdır. X2 şikayət ərizəsinə dair hazırki iş üzrə məhkəmə tərəfindən yol-nəqliyyat hadisəsi ekspertizası təyin edilmişdir. Təyin edilmiş ekspertizaya dair Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzindən daxil olmuş xx.xx.2024-cü il tarixli, 8/2192 nömrəli ekspert rəyinin nəticə hissəsində qeyd edilmişdir ki, məhkəmə tərəfindən təqdim olunmuş məlumatlara əsasən Mercedes Benz E320 markalı, **-TJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X2 hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Ekspert rəyinin təsviri-əsaslandırıcı hissəsində qeyd edilmişdir ki, göstərilən vəziyyətdə sürücü Ş.Qurbanov idarə etdiyi Mercedes Benz E320 markalı avtomobili manevr etdirməzdən əvvəl etdiyi manevrin hərəkətin təhlükəsizliyini təmin edəcəyinə əmin olmalı, hərəkətin təhlükəsizliyi təmin olunmadığı vəziyyətdə avtomobili manevr etdirməməli idi. Mövcud vəziyyətdə sürücü Ş.Qurbanov ondan sol arxada Hyundai Elantra markalı avtomobilin hərəkətdə olduğu vəziyyətdə avtomobili yolun sağ kənarından sola doğru manevr etdirməməli, hərəkət üçün təhlükə yaratmamalı idi. Lakin, məhkəmə tərəfindən göstərildiyi kimi, sürücü Ş.Qurbanov ondan sol arxada sürücü C.Mirişovun idarə etdiyi Hyundai Elantra markalı avtomobilin hərəkətdə olduğu vəziyyətdə idarə etdiyi Mercedes Benz E320 markalı avtomobili yolun sağ kənarından sola doğru manevr etdirməsi hərəkət üçün təhlükə yaratması və Hyundai Elantra markalı avtomobil ilə toqquşması onu izah edir ki, mövcud vəziyyətdə Mercedes Benz E320 markalı avtomobilin sürücüsü Ş.Qurbanovun etdiyi manevr hərəkətin təhlükəsizliyini təmin etməmişdir. Odur ki, qeyd olunan vəziyyətdə sürücü Ş.Qurbanovun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. X1 tərəfindən məhkəməyə sübut kimi təqdim edilmiş yaddaş kartında olan xx.xx.2024-cü il tarixdə saat 15-54 radələrində Lənkəran şəhəri H.Z.Tağıyev küçəsində **- TJ-*** dövlət qeydiyyat nişanlı Mercedes markalı avtomobil ilə Hyundai markalı **-KN-*** dövlət nişanlı avtomobil arasında yol-nəqliyyat hadisəsinin video yazısına məhkəmə iclasında baxış keçirilməklə tədqiq edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən “Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur.” Hüquq normaları ictimai münasibətlərdən irəli gələn hüquq münasibətlərinin tənzimlənməsinin əsasını təşkil edir. Belə münasibətlərin reallaşdırılmasının özülü kimi qiymətləndirilən hüquq normaları özundə dövlətin iradəsini əks etdirir və hüquq subyektlərinin qarşılıqlı hüquq və vəzifələrini müəyyənləşdirir. Qeyd edilməlidir ki, fərdin hüquq normalarında nəzərdə tutulan tələb və göstərişlərə zidd davranışı ictimai zəruri və faydalı hesab edilməyən hərəkəti kimi hüquq pozuntusu olmaqla cəmiyyət və dövlət qarşısında muvafiq məsuliyyətin yaranması ilə nəticələnir. Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə görə Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.8-ci maddəsinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2010-cu il tarixli qərarında göstərilmişdir ki, “Hüquqi müəyyənliyə dair tələblər hüququn üstünlüyü, normativ-hüquqi aktların hüquqa və haqq-ədalətə əsaslanmasına dair konstitusiya prinsiplərindən irəli gəlir. Konstitusiya Məhkəməsinin hüquqi müəyyənlik prinsipinin mahiyyəti və əhəmiyyəti barədə formalaşdırdığı hüquqi mövqeyinə görə hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas aspektlərindən biri kimi çıxış edir. Hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Konstitusiya Məhkəməsinin Plenumu bir daha vurğulayır ki, qanunverici orqan tərəfindən hər hansı bir inzibati xətaya görə inzibati tənbeh növü müəyyən edilərkən Konstitusiyada öz əksini tapan qanunun aliliyinin tərkib hissəsi olan mütənasiblik və tarazlıq prinsipləri də nəzərə alınmalıdır.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 128.2.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından-yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət və ya protest verilir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinin tələbinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə şikayət verilir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Mercedes Benz E320 markalı, **-TJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X2 hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuş və o, bunu etməmişdir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci bəndinə əsasən, Sürücü hərəkətə başlamazdan, yerdəyişməzdən, dönməzdən, ötməzdən və dayanmazdan qabaq müvafiq istiqamətə dönmək üçün xarici işıq siqnallarının köməyi ilə, bunlar olmadıqda və ya nasazlıq yarandıqda isə əl işarələri ilə siqnal verməlidir. Bu zaman manevr təhlükəsiz olmalı və hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1 maddəsinə əsasən, yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə - qırx manat məbləğində cərimə edilir. Bütün qeyd olunanları nəzərə alaraq, habelə inzibati xəta haqqında protokolu, videogörüntünü, ekspert rəyini və digər sənədləri araşdıraraq məhkəmə hesab edir ki, X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə inzibati xəta törətməsi tam sübuta yetirilir və onun şikayəti əsassız hesab olunaraq rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 57, 106, 128, 129, 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Lənkəran Şəhər Rayon X6 yol polisi bölməsinin vəzifəli şəxsi tərəfindən qəbul edilmiş 22 iyun 2024-cü il tarixli TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X4 tərəfindən verilmiş şikayət təmin edilməsin. Qərardan 10 (on) gün muddətinə Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və və protesti verilə bilər. Hakim Anar Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar