Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-66/2023 30.01.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Azad oğlunun sədrliyi, məsləhətçi Məmmədov Tural Məhərrəm oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs «X5 Agentliyi» MMC-nin direktoru Nümayəndə iştirakı ilə, «X5 Agentliyi» Məhdud Məsuliyyətli Cəmiyyətinin (bundan sonra mətndə «X5 Agentliyi» MMC-nin) barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-nin) 483-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraat materiallarına Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Cənub Ərazi Baş Gömrük İdarəsində konsiqnasiya yolu ilə ixrac gömrük prosedurunda rəsmiləşdirdiyi yükün müqabilində 180 gün əzində küçürülməli olan 9555.00 ABŞ dolları(16243.50 manat) məbləğində vəsaitin Azərbaycan Respublikasındakı müvəkkil bankında olan hesabına köçürülməsi təmin edilmədiyinə görə «X5 Agentliyi» barəsində Cənub Ərazi Baş Gömrük İdarəsi Əməlliyyat və Təhqiqat İdarəsi Təhqiqat Şöbəsinin böyük təhqiqatçısı, gömrük xidməti baş leytenantı X1 tərəfindən EP seriyalı ******* №-li inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs «X5 Agentliyi» MMC-nin direktoru Nümayəndə bildirmişdir ki, Məhdud Məsuliyyətli Cəmiyyətinin əsas fəaliyyəti ağac kömürünün istehsalından ibarətdir. Ancaq pandemiya ilə əlaqədar olaraq ölkə ərazisində ağac kömürünün istehsalından ibarət olmuşdur. Ancaq pandemiya ilə əlaqədar olaraq ölkə ərazisində ağac kömürünün satışı zəiflədiyindən şirkətin fəaliyyətinin dayandırılması məqsədi ilə xarici ölkələrə ixrac etmək qərarına gəlmişdir. Bu məqsədlə də 31 avqust 2021-ci il tarixdə İraqın Süleymaniyə şəhərində fəaliyyət göstərən “X4” MMC-yə 9555.00 ABŞ dolları dəyərində ağac kömürü malın dəyəri mal ixrac edildikdən sonra ödənilmək yolu ilə ixrac etmişlər və **********0943 sorğu nömrəli gömrük bəyannaməsi ilə rəsmiləşdirmişlər. Lakin ixrac etdikləri 9555.00 ABŞ dolları dəyərində ağac kömürü yükünün müqabilində müvəkkil bank hesabına köçməli olan vəsait şirkətləri tərəfindən hesaba köçürülməmişdir. Belə ki, İraqda fəaliyyət göstərən banklardakı SWİFT sistemi məhdudlaşdırıldığından həmin bankdakı hesablardan Azərbaycan Respublikasında fəaliyyət göstərən banklardakı hesablara pulların köçürülməsi mümkün olmamışdır. Bu səbəbdən də ixrac olunmuş malların müqabilində əldə olunmuş vəsaitin köçürülməsi qeyri-mümkün olmuşdur. Lakin inzibati xəta haqqında protokol tərtib edilənədək həmn pul vəsatinin Kapitalbank ASC-yə köçürülməsi təmin edilmişdir. Məhkəmə baxışının vaxtı və yeri barədə məlumat Cənub Ərazi Baş Gömrük İdarəsinə bildirilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və işə baxılmasını təxirə salmaq haqqında vəsatət verməmişdir. Buna görə də məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinin tələbinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə olunmuş: xx.xx.2021-ci il tarixli gömrük bəyannaməsindən görünür ki, «X5 Agentliyi» MMC tərəfindən dəyəri 9555.00 ABŞ dolları olan aqlomerasiya olunmuş və aqlomerasya olunmamış ağac kömürü «X3» LLC-yə İraq Respublikasına göndərlmişdir. Azərbaycan Respublikası Vergilər Nazirliyi Kommersiya İnternet Vergi İdarəsi üzrə protaldan Çıxarışdan görünür ki, «X5 Agentliyi» MMC dövlət qeydiyyatına alınmışdır. Ödəniş qəbzindən görünür ki, xx.xx.2021-ci il tarixli satış müqaviləsi və gömrük bəyənnaməsinin dəyəri olan 9555.00 ABŞ dolları tam şəkildə «X5 Agentliyi» MMC-nin "xxxx" ASC-də olan filialına ödəniş edilmişdir. "xxxx" ASC tərəfindən Palataya ünvanlanmış 30 yanvar 2022-ci il tarixli məktubdan görünür ki, Kapital Bank ASC-də xx.xx.2022-ci il tarixində 9555.00 USD, məbləğ üzrə **********0493 sorğu nömrəli yük gömrük bəyannaməsi ilə bağlanmışdır. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsini dinləyib, tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək belə nəticəyə gəlir ki, «X5 Agentliyi» MMC barəsində İXM-nin 483-cü maddəsi ilə aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə araşdırmasının nəticəsi olaraq müəyyən edilmişdir ki, «X5 Agentliyi» MMC xx.xx.2022-ci il tarixdə 9555.00 ABŞ dolları məbləğində olan malları Azərbaycan Respublikasından kənara ixrac edilmiş və həmin malların hesabına alınan vəsait xx.xx.2022-ci il tarixdə, yəni inzibati xəta haqqında protokol tərtib edilənədək Azərbaycan Respublikasında yerləşən Kapitl Bank MMC-yə mədaxil edilmişdir. İXM-nin 483-cü maddəsinə əsasən xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə -inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizindən əlli faizinədək məbləğdə cərimə edilir. Göründüyü kimi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs «X5 Agentliyi» MMC tərəfindən Azərbaycan Respublikasından kənara gönrdərilmi mallara görə əldə olunmalı pul 9555.00 ABŞ dolları məbləğində vəsait müvəkkil bank – Kapitalbank ASC-yə ödənilmişdir ki, bu da hazırda inzibati məsuliyyətə səbəb olmur. İXM-nin 53.0 və 53.0.1-ci maddələrinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105-105.1-ci maddələrində göstərilir ki, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcüd olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, inzibati xəta hadisəsi olmadığından «X5 Agentliyi» MMC barəsində İXM-nin 430.4-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 40, 43, 48-51, 53, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: «X5 Agentliyi» MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10(on) gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Rəşad Məmmədov
Məhkəmə qərarları › İş №3(049)-66/2023
Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-66/2023
30.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver