Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-660/2025 04.09.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ələsgərov Elvin Əvəz oğlunun sədrliyi ilə, məhkəmə iclas katibi Bağırov Əkrəm Muxtar oğlunun katibliyi, protokolu tərtib etmiş Lənkəran ŞRPŞ-in sahə rəisi, polis kapitanı X1, Zərərçəkmiş şəxs və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1970-ci il tarixdə Lənkəran rayonu Nərimanabad qəsəbəsində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsili, Lənkəran rayonu Nərimanabad qəsəbəsində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin(bundan sonra İXM-nin) 157-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında materiala Lənkəran rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: xx.xx.2025-ci il tarixdə Lənkəran rayonu Üzümçülük qəsəbə sakini Şəxs arvadı Zərərçəkmiş şəxs başına yumruqla zərbə vurduğuna görə Şəxs barəsində İXM-nin 157-ci maddəsi ilə xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərmişdir. Məhkəmə iclasında barəsində inzibati iş üzrə icraat aparılan Şəxs ərizə verərək bildirmişdir ki, hazırda Zərərçəkmiş şəxs ilə barışıb, ona qarşı şikayət və tələbi yoxdur və gələcəkdə də bu iş üzrə şikayət və tələbi olmayacaqdır. Ərizəsinin məhkəmə tərəfindən nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs yazılı ərizə verərək bildirmişdir ki, barəsində inzibati iş üzrə icraat aparılan Şəxs barışıb, ona qarşı şikayət və tələbi yoxdur və gələcəkdə də bu iş üzrə şikayət və tələbi olmayacaqdır. Ərizəsinin məhkəmə tərəfindən nəzərə alınmasını xahiş edir. İş materiallarına əlavə olunmuş: «Cinayət işinin başlanmasının rədd edilməsi haqqında» 26 avqust 2025-ci il tarixli qərardan görünür ki, toplanmış material üzrə Şəxs əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş və Şəxs barəsində İXM-nin 157-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsindən ötrü qərarın surəti Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin İTB-nə göndərilmişdir. Lənkəran ŞRPŞ tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli Arayışdan görünür ki, xx.xx.1970-ci ildə Lənkəran rayonu Nərimanabad qəsəbəsində anadan olmuş Tağıyev X2 ŞRPŞ-də Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə aparılan inzibati icraatla əlaqədar DİN-nin Vahid Məlumat-Axtarış Sistemində onun hazırkı günə kimi hər hansı bir əlilliyinin olub-olmaması barədə elektron sorğu aparılmış və alınmış cavabda xx.xx.2025-ci il tarixədək Şəxs heç bir əlillik statusu olmadığı müəyyən edilmişdir. Lənkəran ŞRPŞ-nin X4 tərəfindən verilmiş xx.xx.2025-ci il tarixliArayışdan görünür ki, Lənkəran rayonu Üzümçülük qəsəbə sakini xx.xx.1970-ci il təvəllüdlü Şəxs barəsində Lənkəran ŞRPŞ-nin Növbətçi Hissəsində yığılan inzibati kartotekaısnda son bir ərzində heç bir məlumat qeydə alınmamışdır. Məhkəmə, iclasda tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş xətanı törətmişdir. Qeyd olunan inzibati xətanı törətməsində Şəxs təqsirli olması onun özünün etirafı, zərər çəkmiş şəxsin izahatı, ekspert rəyi, inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilir. İXM-nin 39-cu maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərərçəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. İXM-nin 53.0.9-cu maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda və İXM-nin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda həmin iş üzrə icraata xitam verilir. Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, Şəxs barəsində İXM-nin 157-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən İXM-nin 40, 43, 53, 115 və 128-130-cu maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 39-cu maddəsinə əsasən xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Elvin Ələsgərov Düzdür: Hakim: Rəşad Məmmədov
Məhkəmə qərarları › İş №3(049)-660/2025
Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-660/2025
04.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver