Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-663/2024 01.07.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, Mürsəlov Mirnatiq Mirtofiq oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan – Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis kapitanı X3 iştirakları ilə, xx.xx.1957-cı il tarixdə Lənkəran rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, pensiyaçı, Lənkəran rayonu, Ləj kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 510 və 535.1-ci maddələri ilə tərtib edilmiş inzibati xəta haqqında protokola Lənkəran Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2024-cü il tarixdə saat 21:30 radələrində DİN 102 xidmətinə zəng edərək 102 xidmətinin əməkdaşlarını söyüb təhqir etmiş və Lənkəran ŞRPŞ əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmadığına görə sonuncunun barəsində Lənkəran Şəhər- Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis kapitanı X4 tərəfindən İXM-nin 510 və 535.1-ci maddələri ilə xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis kapitanı X4 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 21:30 radələrində Şəxs DİN 102 xidmətinə zəng edərək 102 xidmətinin operatorlarını söyüb təhqir etmişdir. Buna görədə xx.xx.2024cü il tarixdə o, özü Lənkəran ŞRPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili polis mayoru Əlvan Məstiyev və İTB-nin polis nəfəri, polis serjantı Mahir Əlizadə ilə birlikdə Lənkəran rayonu Ləj kənd sakini Şəxs yaşadığı ünvana getmişlər. Ondan DİN-nin 102 xidmətinin operatorlarını söyməsinin səbəbini soruşduqda təkrar onların ünvanına ucadan nalayiq küçə söyşləri söyməyə başlamışdır. Onlar onu nizam-intizama dəvət etsələrdə o qanuni tələblərinə tabe olmayaraq daha da ucadan söyüşlər söymüşdür. Sonra onun barəsində qanuni tədbir götürülməsindən ötrü Lənkəran ŞRPŞ-yə gətirmişlər. Barəsində inzibati iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında bildirdi ki, özünü təqsirli bilir. O, xx.xx.2024-cü il tarixində yaşadığı evdə spirtli içki qəbul etmişdir. İçki içməyinin səbəbi ona məxsus olan iki heyvanın itməsi ilə bağlı olmuşdur. xx.xx.2024-cü il tarixdə saat 21:30 radələrində DİN 102 xidmətinə zəng edərək itmiş heyvanlarından heç bir xəbər olmadığını bildirərək, ona köməklik etməklərini xahiş etmişdir. Sərxoş vəziyyətdə olduğundan 102 xidmətinin əməkdaşlarının ünvanına nalayiq ifadələr işlətmişdir. söymədiyini bildirmişdir. xx.xx.2024-cü il tarixdə yaşadığı kənddə çayxanada olarkən polis əməkdaşları ona yaxınlaşaraq DİN-nin 102 xidmətinə zəng edib söyüş söyməsinə görə onu polis şöbəsinə dəvət etmişlər. O, bu zaman polisə tabesizlik göstərməmiş, heç kimə təhqir etməmiş, polis əməkdaşları ilə birlikdə Lənkəran ŞRPŞ-yə gəlmişdir. DİN 102 xidmətinə zəng edərək polis işçilərinin ünvanına nalayiq ifadələr işlətməsinə görə səmimi peşmançılıq hissi keçirir. Barəsində yüngül tənbeh tətbiq edilməsini xahiş Məhkəmə iclasında şahid X2 bildirmişdir ki, Lənkəran ŞRPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili, polis mayoru vəzifəsində xidmət edir. xx.xx.2024-cü il tarixdə saat 21:30 radələrində Şəxs DİN 102 xidmətinə zəng edərək 102 xidmətinin operatorlarını söyüb təhqir etmişdir. Buna görədə xx.xx.2024-cü il tarixdə İTB-nin sahə rəisi, polis kapitanı Toğrul Əzizli və İTB-nin polis nəfəri, polis serjantı Mahir Əlizadə ilə birlikdə Lənkəran rayonu Ləj kənd sakini Şəxs yaşadığı ünvana getmişlər. Ondan DİN-nin 102 xidmətinin operatorlarını söyməsinin səbəbini soruşduqda təkrar onların ünvanına ucadan nalayiq küçə söyüşləri söyməyə başlamışdır. Onlar Şəxs nizam-intizama dəvət etsələrdə o, qanuni tələblərinə tabe olmayaraq daha da ucadan söyüşlər söymüşdür. Sonra onun barəsində qanuni tədbir götürülməsindən ötrü Lənkəran ŞRPŞ-yə gətirmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 Məstiyev şahid X1 izahatına uyğun məzmunlu izahat verdi. İnzibati xəta haqqında iş üzrə icraat materiallarına əlavə edilmiş: Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin Uçot-qeydiyyat və Statistik işlər qrupunun operatoru, polis baş serjantı Yadigar Quliyev tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Şəxs Daxili İşlər Nazirliyinin Vahid Məlumat-Axtarış Sistemində (VMAS) hər hansı əlillik statusunun olmadığı müəyyən edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə Lənkəran rayonu, Ləj kəndində polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlətməklə orada xidmət aparan polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. İXM-nin 510-cu maddəsinin dispozisiyasına görə xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər həmin maddədə nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradır. Həmin Məcəllənin 535.1-ci maddəsinin dispozisiyasına görə polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama həmin maddədə nəzərdə tutulan inzibati xətanın tərkibini yaradır. Məhkəmə hesab edir ki, Şəxs təqsiri özünün etirafedici və şahidlərin izahatı, inzibati xəta haqqında protokolla və işdə olan sənədlərlə tam təsdiq olunur. İXM-nin 34.3-cü madəsində göstərilir ki, bir şəxsin törətdiyi bir neçə inzibati xətaya dair işlərə eyni vaxtda eyni orqan tərəfindən baxıldıqda, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Həmin Məcəllənin 510 və 535.1-ci maddələrindən görünür ki, İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan xəta daha ciddidir. Belə olan halda məhkəmə hesab edir ki, inzibati xəta törədən şəxs Şəxs İXM-nin 535.1-ci maddəsinin sanksiyası həddində inzibati tənbeh edilməlidir. Şəxs törətdiyi əməldən səmimi peşmançılıq hissi keçirməsi İXM-nin 32-ci maddəsinə əsasən məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınır. Məhkəmə araşdırması zaman Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tədbiq edərkən xətanın xarakterini, törədilmə şəraitini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini nəzərə almaqla ona inzibati cərimə növündə inzibati tənbehin tətbiq edilməsini mümkün hesab edir. Qeyd olunanlara əsasən İXM-nin 40, 43, 53, 115 və 128-130-cu maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsi tətbiq edilməklə həmin Məcəllənin 535.1-ci maddəsi ilə Şəxs barəsində 200 manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın icrası Lənkəran Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Nicat Ağabəyov
Məhkəmə qərarları › İş №3(049)-663/2024
Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-663/2024
01.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver