Məhkəmə qərarları › İş №3(049)-667/2024

Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-667/2024

01.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-667/2024 01.08.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, Məmmədov Tural Məhərrəm oğlunun katibliyi, inzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxs X15 və qərarından şikayət verilən orqan - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin X1 rəis müavini Nümayəndə iştirakı ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin X1 14 iyun 2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından X15 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ X15 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin X1 14 iyun 2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinərək 4000 (dörd min) manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin X1 rəis müavini Nümayəndə qəbul etdiyi 14 iyun 2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, işəgötürən X15 Azərbaycan Respublikası Əmək Məcəlləsinin 49-cu maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq X6 Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, Lənkəran rayonu, Şürük kəndində doğulmuş və hazırda ailə üzvləri ilə birlikdə həmin ünvanda yaşayır. Barəsində tərtib edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin X1 14 iyun 2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ilə tanış olmuşdur. Həmin qərar qərəzli yazılmışdır. Qərarla razı deyildir. Qərar əsassız yazılmışdır. Sənədləri oxumadan və tanış olmadan imza etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin X1 14 iyun 2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar inzibati qanunvericiliyə zidd olaraq qəbul edilmişdir. Ona görə də həmin qərarın ləğv edilməsini xahiş edir. Məhkəmə iclasında X15 şikayətin dəlillərinə uyğun çıxış edərək şikayətin təmin edilməsini və barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin X3 tərəfindən qəbul edilmiş14 iyun 2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etdi. Verilən suallaraq cavab olaraq Rauf Quliyev bildirdi ki, ********** saylı VÖEN-lə fərdi sahibkar kimi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsində vergi uçotuna alınmış vergi ödəyicisidir. “X20” mağazasının sahibidir. Mağazada cehizlik malların, o cümlədən qab-qacaq, yumşaq mebel, qapı və s. məhsul və əşyaların satışı həyata keçirilir. İşəgötürən kimi rəsmi olaraq iki nəfər – X21 Fərəcov adlı şəxslərlə əmək müqaviləsi bağlamışdır. Mağazada mebel, qapı və digər əşyalar satılanda həmkəndlisi X12 malları almış müştərilərin ünvanlarında həmin əşyaların yerləşdirilməsinə və quraşdırılmasına köməklik edir. Zəhmət haqqını isə həmin müştərilər ödəyirlər. Tural Əhmədov onun işçisi deyil, onunla əmək müqaviləsi bağlamamış və ona əmək haqqı ödəmir. Həmkəndlisi və xalası oğlu olan X4 ona məxsus mağazanın yaxınlığında qapı-pencərə sexi vardır. Fərdi səhibkar olan Murtuza Əzizov onunla ədavət apardığından onun X11 Rayon Prokurorluğuna şikayət etmişdir. Lənkəran Rayon Prokurorluğunda aparılan araşdırma zamanı verdiyi izahatında Tural Əhmədovun ona məxsus “X20” mağazasında 2023-cü ilin əvvəlindən fəhləlik etdiyini, ona hər ay 200-250 manat əmək haqqı verdiyini, onun işlərə köməklik etdiyini bildirsə də, həmin izahatda göstərdiyi xüsusatları hazırda təkzib edir. Belə ki, qeyd etdiklərini hüquqi baxımdan savadsız olduğu üçün demişdir. Məhkəmə iclasında qərarından şikayət verilən orqan - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin X1 rəis müavini Nümayəndə şikayətin dəlillərini qəbul etməyərək bildirdi ki, X15 barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında 27 may 2024-cü il tarixli qərar baxılması üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin X2 göndərilmişdir. xx.xx.2024-cü il tarixdə X9 inzibati xəta haqqında işə xx.xx.2024-cü il tarixdə saat 15:00-da baxılacağına dair bildiriş göndərilərək, regional şöbəyə dəvət edilmiş, gəlməyəcəyi halda İXM-nin 61.3cü maddəsinin tələbləri izah edilmişdir. X15 bildirişi almasına baxmayaraq regional şöbəyə gəlməmiş, tərəfindən qəbul edilmiş 14 iyun 2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarla Rauf Quliyev Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinərək 4000 (dörd min) manat məbləğində cərimə edilmişdir. Şikayətçinin göstərdiyi dəlillərlə razı olmadığını, 14 iyun 2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın qanuni və əsaslı olduğunu bildirərək şikayətin təmin edilməməsini və qərarın ləğv edilməməsini xahiş etdi. Məhkəmə iclasında şikayətçi X7 vəsatəti əsasında şahid qismində dindirilmiş X12 izahatında göstərdi ki, həmkəndlisi Rauf Quliyevin sahibi olduğu “X20” mağazasında mebel, qapı və digər əşyalar satılanda həmin malları almış müştərilərin ünvanlarında əşyaların yerləşdirilməsinə və quraşdırılmasına köməklik edir. Zəhmət haqqını isə həmin müştərilər ödəyirlər. O, Rauf Quliyevin işçisi deyil və sonuncu ona əmək haqqı ödəmir. Rauf Quliyevin xalası oğlu sahibkar X4 R.Quliyevin mağazasının yaxınlığında dəmir darvaza sexi vardır. O, Murtuza Əzizov həyətində təkər yandırdığı üçün onun həyətində olan ağaclar ziyan gördüyündən bu barədə FHN-nin aidiyyəti qurumuna məlumat vermişdir. Bundan sonra M.Əzizov onunla ədavət aparmağa başlamış və ondan Lənkəran Rayon Prokurorluğuna şikayət etmişdir. Lənkəran Rayon Prokurorluğunda aparılan araşdırma zamanı verdiyi izahatında 2022-ci ilin ortalarından etibarən Rauf Əhmədova məxsus “X20” mağazasında fəhləlik etdiyini, R.Quliyevin ona hər ay nağd şəkildə 200-250 manat əmək haqqı verdiyini bildirsə də, həmin izahatda göstərdiyi xüsusatları hazırda təkzib edir. Belə ki, qeyd etdiklərini hüquqi baxımdan savadsız olduğu üçün demişdir. İş materiallarında olan: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin X1 rəis müavini Nümayəndə qəbul etdiyi 14 iyun 2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, işəgötürən X15 Azərbaycan Respublikası Əmək Məcəlləsinin 49-cu maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq X6 Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etmişdir. 24-1-2-2-438-0904(05İX-24) nömrəli material üzrə Lənkəran rayon prokuroru, baş ədliyyə müşaviri X8 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərardan görünür ki, vəzifəli şəxs X15 barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsinin məlumatından görünür ki, X15 ********** saylı VÖEN-lə fərdi sahibkar kimi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsində vergi uçotuna alınmış vergi ödəyicisidir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin X3 tərəfindən X9 göndərilmiş xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, ona inzibati xəta haqqında işə xx.xx.2024-cü il tarixdə saat 15:00-da baxılacağına dair məlumat verilərək regional şöbəyə dəvət edilmiş, gəlməyəcəyi halda İXM-nin 61.3-cü maddəsinin tələbləri izah edilmişdir. Məhkəmə izahatları dinləyib, iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 192.1-ci maddəsinə görə bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Həmin Məcəllənin əsas anlayışlardan bəhs edən 3-cü maddəsində qeyd olunmuşdur ki, işçi — işəgötürənlə fərdi qaydada yazılı əmək müqaviləsi (kontrakt) bağlayaraq müvafiq iş yerində haqqı ödənilməklə çalışan fiziki şəxsdir. İşəgötürən — tam fəaliyyət qabiliyyətli olub işçilərlə əmək müqaviləsi (kontrakt) bağlamaq, ona xitam vermək, yaxud onun şərtlərini dəyişdirmək hüququna malik mülkiyyətçi və ya onun təyin (müvəkkil) etdiyi müəssisənin rəhbəri, səlahiyyətli orqanı, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsdir. Həmin Məcəllənin 7-ci maddəsinin 2-3.4-cü hissəsinin tələbinə əsasən tərəflər arasında münasibətlər işəgötürənin əsas fəaliyyət sahəsinə aid işlərin (xidmətlərin) yerinə yetirilməsi ilə bağlı yarandıqda tərəflər arasında yaranan münasibətlər əmək münasibətləri hesab edilir və onların mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinə yol verilmir. Azərbaycan Respublikası İXM-nin “Əmək qanunvericiliyinin pozulması” adlanan 192-ci maddəsinin İ hissəsinin obyektiv cəhətini Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi təşkil edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-3.4 və 2-4-cü hissələrinin Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin İİİ və İV hissələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 oktyabr 2023-cü il tarixli Qərarında ifadə edilmiş hüquqi mövqeyə görə işəgötürənin əsas fəaliyyət sahəsinə aid işlərin (xidmətlərin) yerinə yetirilməsi ilə əlaqədar ayrı-ayrı şəxslərlə daxil olduğu hüquqi münasibətlər bir qayda olaraq əmək münasibətləri olaraq çıxış edir. Belə ki, işəgötürənin əsas fəaliyyət sahəsinə dair işlər əsasən mütəmadi, sistematik və davamlı xarakter daşımaqla, onun nəzarəti altında və təlimatına uyğun olaraq həyata keçirilir. Lakin, bir sıra hallarda işəgötürənin əsas fəaliyyət sahəsinə aid iş və xidmətlərə dair münasibətlər də birdəfəlik və ya qeyrimütəmadi olmaqla, daşıdığı xüsusiyyətlərə və mahiyyətinə görə əmək deyil, mülkihüquqi məzmunlu ola bilər. Bu baxımdan Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, tərəflər arasında əmək münasibətlərinin olub-olmaması bu münasibətlərin xarakterinə və həqiqi mahiyyətinə, işin faktiki hallarına qiymət verilərək məhkəmə tərəfindən müəyyən edilməlidir. Məhkəmə şikayətçi X17 Rayon Prokurorluğunda aparılmış araşdırma zamanı verdiyi etirafedici izahatında göstərdiyi xüsusatları hüquqi baxımdan savadsızlığı ilə əlaqələndirməsinə dair dəlillərinə tənqidi yanaşaraq belə hesab edir ki, şikayətçinin həmin xüsusatları hazırda təkzib etməsi məsuliyyətdən yayınmaq məqsədi güdməklə işin faktiki halları ilə öz təsdiqini tapmır. Eyni zamanda, şikayətçinin vəsatəti əsasında şahid qismində dindirilmiş X5 da Lənkəran Rayon Prokurorluğunda aparılmış araşdırma zamanı verdiyi izahatında Rauf Quliyevə məxsus mağazada fəhlə işləməsini etiraf etməsi inandırıcı və ağlabatan olmaqla, hazırda həmin xüsusatları təkzib etməsi Rauf Quliyevin məsuliyyətdən yayınmasına xidmət edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 80.1-ci maddəsinə görə sənədlərdə müəssisələrin, idarələrin, təşkilatların, vəzifəli şəxslərin və fiziki şəxslərin təsdiq etdikləri və ya şərh etdikləri məlumatların inzibati xəta haqqında iş üzrə icraat üçün əhəmiyyəti vardırsa, bu sənədlər iş üzrə sübutlar hesab edilir. Məhkəmə, Lənkəran Rayon Prokurorluğuna toplanmış müvafiq materialda olan məlumatları İXM-nin 80.1-ci maddəsinin tələbləri baxımından mötəbər sübut qismində qəbul edir. Azərbaycan Respublikası İXM-nin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Beləliklə, araşdırması zamanı müəyyən edildi ki, fərdi sahibkar X15 Azərbaycan Respublikası Əmək Məcəlləsinin 49-cu maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq özünə məxsus “X20” mağazasında əmək müqaviləsi bağlamadan işəgötürən kimi əsas fəaliyyət sahəsinə dair işlərin və xidmətlərin yerinə yetirilməsinə X6 cəlb etməklə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında əməli törətmişdir. Rauf Quliyevin şikayətində irəli sürdüyü formal mülahizələrə söykənən dəlillər qanuni və əsaslı olan inzibati tənbeh vermə haqqında qərarın ləğvi üçün əsas ola bilməz. Göstərilənlərə əsasən məhkəmə bu nəticəyə gəlir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin X1 14 iyun 2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından X15 tərəfindən verilmiş şikayət təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 133-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin X1 14 iyun 2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından X15 tərəfindən verilmiş şikayət təmin edilməsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin X1 inzibati tənbeh vermə haqqında 14 iyun 2024-cü il tarixli, MN ******* nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan etibarən 10 gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hakim Nicat Ağabəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar