Məhkəmə qərarları › İş №3(049)-668/2024

Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-668/2024

19.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-668/2024 19.07.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlunun sədrliyi ilə, məhkəmə iclas katibi: X4, şikayət verən şəxs: X5, qərarından şikayət verilən orqanın nümayəmdəsi: Xİ X10 Xidməti inspektpru polis baş serjantı X1 iştirakı ilə, X3 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Yol Patrul Xidmətinin 07 may 2024cü il tarixli, TP 646874 saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə baxaraq, müəyyən etdi: X5 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Yol Patrul Xidmətinin 07 may 2024cü il tarixli, TP 646874 saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Baş Dövlət Yol Polisi İdarəsinin 11-cı X10 Xidməti inspektoru polis baş serjantı X2 05.04 2024 cü il tarixində, saat 11:25 radələrində Lənkəran rayonu Göyşaban kəndi yaxınlığında qanunsuz olaraq idarə etdiyi **-BY-*** dövlət nömrə nişanlı "Hunday" markalı avtomaşını saxlayaraq guya əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə halına yol verdiyinə gorə ona İXM nın 327.1-ci maddəsinə əsaslanıb İXP ******* nömrəli, xx.xx.2024-cü il tarixli protokol tərtib etmişdir. Protokol əsassız və qanunsuzdur Belə kı o, 3.20 “otmək qadağandır” nişanını keçdikdən təxminən 140 metr sonra sağa və sola 8 ədəad yol ayrıcı keçmişdir (halbuki 3.20 "ötmək qadağandır" birinci yol ayrıcında qüvvədən düşür; və qabağında "Qaz-53”-markalı dövlət nömrə nişanı olmayan yolun sağ kənarı ilə saatda təxminən 20- km surətlə hərəkət edən yük maşınının yanından sürət həddini aşmadan (saatda 50-km sürətlə) keçmiş və dərhal arxadan gələn yol patrul xidmətinin əməkdaşı patrul (DYP) dayanmağını işarə vermişdir və o, dayanmış Yol Patrul Xidməti inspektoru polis baş serjantı X2 ona qanunsuz otmə əməliyyatı etdiyini bildirib barəsində əsassız olaraq heç bır hal şahidinin iştirak olmadan qərarsız protokol tərtib etmişdir. (DYP- patrul avtomaşınının kamerası cox guman ki, bütün bunları qeydə almışdır. Bu zaman o, inspektora öz iradını bildirmiş və protokolda da etirazı ilə bağlı qeyd etmişdir. Protokol yazılandan 32 gün sonra xx.xx.2024-cü il tarixində protokola əsasən onun xəbəri olmadan barəsində TР ******* nömrəli xx.xx.2024 cü il tarixli qərarla 40 manat məbləğində inzibatı cərimə tətbiq etmişlər. Məhkəmə iclasında iştirak edən şikayət verən şəxs X5 ərizəsinə uyğun izahat verərək ərizəsinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən qərarından şikayət verilən orqanın nümayəmdəsi Xİ X10 Xidməti inspektpru polis baş serjantı X2 iş üzrə tərəfindən təqdim edilmiş videogörüntü ilə X3 inzibati xətanı törətməsi sübuta yetirildiyini bildirib 07 may 2024-cü il tarixli, TP 646874 qərarın dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə, şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarında olan İXP ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokol və 07 may 2024-cü il tarixli, TP 646874 saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X5 İXM-nin 327.1-ci maddəsində nəzərdə tutuımuş inzibati xətanı törətməsinə görə 40 manat məbləğində inzibati cərimə edilmişdir. Məhkəmə iclasında tərəflərin iştirakı ilə tədqiq edilmiş videogörüntüdən müəyyən olunmuşdur ki, X5 xx.xx.2023-cü il tarixdə, saat 12.29-da Lənkəran rayonu, Göyşaban kəndi ərazisində **-BY-*** dövlət nömrə nişanlı "Hunday" markalı avtomobillə ötmə hərəkəti etmişdir. İXM-nin 327.1-ci maddəsinin tələbinə görə də, Yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “X7” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə-qırx manat məbləğində cərimə edilir. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. “X7” Azərbaycan Respublikası Qanunun 1.11-ci maddəsinə əsasən yolayrıcı — yolların bir səviyyədə hər hansı kəsişməsi, birləşməsi və ya şaxələnməsi, o cümlədən bunların əmələ gətirdiyi ərazidir. Həmin Qanunun 1.39-cu maddəsinə əsasən, ötmə - hərəkət etdiyi zolağı dəyişməklə hərəkətdə olan bir və ya bir neçə nəqliyyat vasitəsini ötüb keçməkdir. Həmin Qanuna 2 saylı əlavədə ötmək qadağandır işarəsi 3.20 nişanı kimi göstərilmişdir. Həminin Qanunun 64-cü maddəsinin Vİ hissəsində göstərilmişdir ki, 3.16, 3.20, 3.22, 3.24, 3.26—3.30 nişanlarının qüvvəsi nişanın qoyulduğu yerdən ən yaxın yolayrıcına qədər, yaşayış məntəqələrində yolayrıcı olmadıqda isə yaşayış məntəqəsinin qurtaracağına qədərdir. Yola bitişik ərazilərdən yola çıxış yerlərində, çöl, meşə yolları və qarşısında müvafiq nişanlar qoyulmamış digər ikinci dərəcəli yollarla kəsişmə (qovuşma) yerlərində nişanlar qüvvəsini itirmir. Məhkəmə iclasında tədqiq edilmiş videogörüntüdən, habelə şikayət verilən şəxsin izahatından görünür ki, şikayət verən şəxs Lənkəran rayonu Göyşaban kəndi ərazisində ötmə qadağaındır işarəsini keçşdikdən sonra digər nəqliyyat vasitəsini ötmüşdür. İnzibati xəta yaşayış məntəqsində baş vermişdir. Şikayət verənin şikayətində göstərdiyi həmin yola birləşmələrin isə yolayrıcı deyil, yola bitişik ərazilərdən yola çıxış yerləri olduğu müəyyən edilmiş və qeyd olunan qadağa işarəsinin qüvvəsi yaşayış məntəqəsinin (Göyşaban kəndinin) sonuna kimi olması müəyyən edilmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, X5 barəsində qəbul edilmiş qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin həmin qərarla xəta törətmiş şəxs maddənin sanksiyada nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. Həmçinin İXM-in 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Lakin hazırkı iş üzrə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə İXM-in tələblərinin pozuntusu müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, qərara aldı: X3 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Yol Patrul Xidmətinin 07 may 2024cü il tarixli, TP 646874 saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət təmin edilməsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Yol Patrul Xidmətinin 07 may 2024-cü il tarixli, TP 646874 saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Lənkəran Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Murad Aslanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar