Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-67/2023 14.02.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, Caniyev Tofiq Əmrəli oğlunun katibliyi, inzibati xəta haqqında iş üzrə qərar qəbul etmiş orqanın nümayəndəsi - Lənkəran rayon prokurorunun köməkçisi X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi və nümayəndəsi Vəkil iştirakları ilə, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 398-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola Lənkəran Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs 2022-ci ilin iyun ayının ortalarından araşdırma ilə dəqiq müəyyən edilməmiş tarixdən başlayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına (vergi uçotuna) alınmadan və xüsusi razılıq (lisenziya) tələb olunduğu halda belə razılıq (lisenziya) almadan Azərbaycan Respublikasından Rusiya Federasiyasına və Rusiya Federasiyasından Azərbaycan Respublikasına qanunsuz pul köçürülməsi fəaliyyəti ilə məşğul olmuş, həmin dövrdə ümumilikdə 2500 (iki min beş yüz) manat gəlir əldə etməklə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi və nümayəndəsi Vəkil məhkəmə iclasında bildirmişdir ki, hüquqlarını müdafiə etdiyi şəxs 2022-ci ilin iyun ayının ortalarından Azərbaycan Respublikasından Rusiya Federasiyasına və Rusiya Federasiyasından Azərbaycan Respublikasına qanunsuz pul köçürülməsi fəaliyyəti ilə məşğul olmuş, lakin buna görə lisenziya tələb olunduğu bilməmişdir. Şəxs törətmiş olduğu əməldən peşmandır, əldə etdiyi gəliri, 2500 (iki min beş yüz) manat pulu dövlət büdcəsinə ödəmişdir. Buna görə də Şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. İnzibati xəta haqqında iş üzrə qərar qəbul etmiş orqanın nümayəndəsi - Lənkəran rayon prokurorunun köməkçisi X2 məhkəmə iclasında, qanunamüvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İnzibati xəta haqqında iş üzrə icraat materiallarına əlavə edilmiş: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2022-ci il tarixli, **********256900 saylı məktubundan görünür ki, Şəxs vergi orqanında uçotda olması barədə məlumat aşkar edilməmişdir. Azərbaycan Respublikasının Mərkəzi Bankının 29 noyabr 2022-ci il tarixli 6-1.27-2- 2022-17162 saylı məktubundan görünür ki, Şəxs valyuta mübadiləsi fəaliyyətinə Mərkəzi Bank tərəfindən lisenziya verilməmişdir. xx.xx.2023-cü il tarixli, ödəniş qəbzindən görünür ki, 2500.00 manat məbləğində pul X1 müvafiq hesabına köçürülmüşdür. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, İXM-nin 398-ci maddəsinə əsasən dövlət qeydiyyatına (vergi uçotuna) alınmadan və ya sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün lisenziya tələb olunduğu hallarda belə lisenziya almadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, yaxud lisenziyada nəzərdə tutulmuş şərtlərin pozulması ilə və ya xüsusi icazə olmadan mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalardan istifadə etməklə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə görə-inzibati xəta nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) iki mislindən dörd mislinədək miqdarda cərimə edilir. Həmin maddənin Qeyd hissəsinin 2-ci bəndində göstərilmişdir ki, bu Məcəllənin 398-ci maddəsində nəzərdə tutulan əməli ilk dəfə törətmiş şəxs inzibati xəta nəticəsində vurulmuş ziyanı tamamilə ödədikdə və ya inzibati xəta nəticəsində əldə edilmiş gəliri tamamilə dövlət büdcəsinə köçürdükdə inzibati məsuliyyətdən azad olunur. İXM-nin 53.1 və 53.1.10-cu maddələrinə əsasən bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrinin Qeyd hissələrində bilavasitə müəyyən edilmiş hallarda inzibati xətanı törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, əldə edilmiş gəlir dövlət büdsəinə ödənildiyindən İXM-nin 398-ci maddəsinin Qeyd hissəsinin 2-ci bəndinə əsasən Şəxs barəsində İXM-nin 398-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən İXM-nin 40, 43, 53, 115 və 128-130-cu maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin və o inzibati məsuliyyətdən azad edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Nicat Ağabəyov
Məhkəmə qərarları › İş №3(049)-67/2023
Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-67/2023
14.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver