Məhkəmə qərarları › İş №3(049)-671/2025

Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №3(049)-671/2025

10.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № 3(049)-671/2025 10.09.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Mən, hakim Pənahov Anar Elman oğlu X1 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin vəzifəli şəxsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli MN seriyalı ******* saylı inzibati tənbehvermə haqqında qərarın ləğv edilməsinə dair ərizəsinə baxaraq, müəyyən etdim : X3 məhkəməyə şikayət ərizəsi ilə müraciət edərək Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin vəzifəli şəxsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli MN seriyalı ******* saylı inzibati tənbehvermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə şikayət ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək belə qənaətə gəlir ki, şikayət ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsində qeyd edilmişdir ki, Bu Məcəllənin 126.1-ci və 127-4.1-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Həmin məcəllənin 126.1 maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. Həmin məcəllənin 130.2 maddəsinə əsasən, Bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət və ya protest verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Göründüyü kimi qanunvericilik hazırki iş üzə mübahisələndirilən qərardan şikayət vermək müddətini 10 gün həddində müəyyənləşdirmişdir. İş materiallarından göründüyü kimi X1 hazırki şikayət ərizəsi ilə mübahisələndirdiyi qərar xx.xx.2025-ci il tarixdə qəbul edilmişdir. Hüseyn Bağırzadə şikayət ərizəsində mübahisələndirilən qərarın ona xx.xx.2025-ci il tarixdə poçt rabitəsi vasitəsilə çatdırıldığını qeyd etsə də bu hala dair ərizəsinə heç bir sübut əlavə etməmişdir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.5 və 135.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 16 noyabr 2021-ci il tarixli qərarında göstərilmişdir ki, “İnzibati Xətalar Məcəlləsinin 137-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest üzrə qəbul edilmiş qərardan fiziki şəxs, yetkinlik yaşına çatmayanın qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, habelə müdafiəçi və nümayəndə tərəfindən verilən şikayətə, habelə prokurorun protestinə məhkəmələrdə bu Məcəllədə müəyyən edilmiş qaydada və müddətdə baxılır. İnzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest üzrə hakim (vəzifəli şəxs) tərəfindən qəbul edilmiş qərardan bu Məcəllənin 130-cu maddəsində nəzərdə tutulmuş müddətdə şikayət verilə bilər. İnzibati Xətalar Məcəlləsinin yuxarıda qeyd olunan normalarının təhlilindən görünür ki, qanunverici səlahiyyətli orqanın (vəzifəli şəxsin) inzibati xətalara dair iş üzrə qəbul etdiyi qərara yuxarı səlahiyyətli orqan və ya məhkəmə tərəfindən yenidən baxılması, məhkəmənin inzibati xətaya dair iş üzrə qərarından verilmiş şikayətə apellyasiya instansiyası məhkəməsi tərəfindən baxılması, o cümlədən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından verilən şikayət və ya protest üzrə qəbul edilmiş qərara məhkəmədə yenidən baxılmasının prosedur qaydalarını fərqləndirməmiş və onları eyni Fəslin normaları ilə tənzimləmişdir.” Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologoya və Təbii Sərvətlər İdarəsinin 05 avqust 2025-ci il tarixli, MN ******* nömrəli, inzibati tənbeh vermə haqqında qərarı inzibati tənbeh vermə haqqında qərarında da göstərilmişdir ki, qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində yuxarı səlahiyyətli orqana və ya məhkəməyə şikayət verilə bilər. Məhkəmə hesab edir ki, X3 tərəfindən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologoya və Təbii Sərvətlər İdarəsinin 05 avqust 2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayət vermə müddəti qanunvericilikdə nəzərdə tutulan müddəti ötürməklə verildiyi təqdirdə onun həmin qərardan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologoya və Təbii Sərvətlər İdarəsinə şikayət verməsi üçün müddətin bərpası ilə bağlı müraciət etmək hüquqları izah edilməlidir. Əks halda X3 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologoya və Təbii Sərvətlər İdarəsinin sözügedən inzibati tənbeh vermə haqqında qərarının ona rəsmi qaydada hansı tarixdə təqdim edildiyini təsdiq edən sənədləri əlavə etməklə yenidən şikayət verə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin vəzifəli şəxsi tərəfindən xx.xx.2025-ci il tarixdə qəbul edilmiş MN seriyalı ******* saylı inzibati tənbehvermə haqqında qərarın ləğv edilməsi barədə X3 tərəfindən verilmiş şikayət ərizəsi geri qaytarılsın. X2 05 avqust 2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayət verməsi üçün müddətin bərpası ilə bağlı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologoya və Təbii Sərvətlər İdarəsinə müraciət etmək hüquqları izah edilsin. Qərardaddan apellyasiya şikayəti və və protesti verilə bilməz. Hakim Anar Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar