Məhkəmə qərarları › İş №3(049)-672/2025

Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-672/2025

11.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-672/2025 11.09.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ələsgərov Elvin Əvəz oğlu, məhkəmə iclasının katibi Bağırov Əkrəm Muxtar oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan - Lənkəran Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx.xx.1991-ci il tarixdə Lənkəran rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Lənkəran rayonu, Qumbaşı kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şəxs barəsində Lənkəran Rayon İcra və Probasiya Şöbəsin tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş inzibati xəta haqqında iş üzrə icraat materiallarına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq və İXMnin 40, 43, 53, 115 və 198-130-cu maddələrini rəhbər tutub, MÜƏYYƏN ETDİ: Məlikov X3 Rayon Məhkəməsinin 2(050)-1362/2023 saylı, 24 may 2023-cü il tarixli icra sənədlərinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Lənkəran rayon icra və probasiya şöbəsinin icra məmuru X2 tərəfindən Ayxan Nəhmətzadə barəsində İXM-nin 528.1-ci maddəsi ilə 11 sentyabr 2025-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında dindirilmiş Lənkəran Rayon İcra Şöbəsinin icra məmuru X2 bildirmişdir ki, Məlikov X3 Rayon Məhkəməsinin 2(050)-1362/2023 saylı, 24 may 2023-cü il tarixli icra sənədini icra etməkdən yayınır. Belə ki, Ayxan Nəhmətzadə icra sənədi üzrə tələbkar Zərərçəkmiş şəxs hazırki tarixə 4930 manat aliment borcu vardır. Borclu dəfələrlə borcun ödənilməsi ilə bağlı xəbərdarlıq edilmiş, hətta buna qədər bir dəfə saxlanılaraq icra şöbəsinə gətirilmiş və razılıq olduğuna görə barəsində tədbir görülməmişdir. Bir dəfə isə barəsində Lənkəran Rayon Məhkəməsinin qərarı ilə 20 gün müddətində inzibati həbs növündə tənbeh tədbiri görülmüşdür. Lakin yenə borclu borcunu ödəməmişdir. Şəxs xx.xx.2025-ci il tarixdə Lənkəran ŞRPŞ-in əməkdaşları tərəfindən saxlanılıb xx.xx.2025-ci il tarixdə Lənkəran icra və probasiya şöbəsinə təhvil verilmişdir. Məhkəmədən borclu barəsində maddənin sanksiyasında nəzərdə tutulmuş daha ciddi tənbeh tədbirinin tətbiq etməsini xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında bildirmişdir ki, o borcu ödəməkdən imtina etmir. Barəsində inzibati cərimə tənbeh tədbirinin görülməsini məhkəmədən xahiş edir. Özünün hər hansı əlilliyi yoxdur. Borcunun ödənilməsi üçün yönəldilə biləcək hər hansı əmlakı yoxdur. xx.xx.2025-ci il tarixdə Lənkəran rayonu ərazisində saat 19 radələrində saxlanılaraq Lənkəran ŞRPŞ-nə aparılmış və orada saxlanılmışdır. İnzibati xəta haqqında iş üzrə icraat materiallarından görünür ki: Masallı Rayon Məhkəməsinin 2(050)-1362/2023 saylı, 24 may 2023-cü il tarixli icra sənədindən görünür ki, 10 iyul 2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay 170 manat sabit pul məbləğində aliment cavabdeh Şəxs alınaraq iddiaçı Zərərçəkmiş şəxs ödınilsin. Alimentin tutulmasının başlanğıcı 28 mart 2023-cü il tarixdən hesablansın. İcraata başlamaq haqqında qərarından görünür ki, Masallı Rayon Məhkəməsinin 2(050)-1362/2023 saylı, 24 may 2023-cü il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. Tələbin könüllü icrası haqqında bildirişlərdən görünür ki, icraata başlamaq haqqında qərarın surəti Şəxs göndərilmiş, ona məhkəmə qətnaməsinin icra edilməməsinə görə məsuliyyəti izah olunmuşdur. İş materiallarına əlavə edilmiş Şəxs izahatları və digər sənədlərdən görünür ki, icra sənədlərindən məlumatı olmuş və uşağın birgə nikahdan olmamasına görə aliment borcunu ödəməyəcəyini bildirmişdir. Lənkəran Rayon Məhkəməsinin 27 sentyabr 2023-vü il tarixli 3(049)-1534/2023-cü il tarixli qərarından görünür ki, qeyd edilən icra sənədi üzrə məhkməyə verilmiş və Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 20 (iyirmi) gün müddətində inzibati həbs tənbeh tədbiri tətbiq edilmişdir. Məhkəmə hesab edir ki, Şəxs tərəfindən inzibati xətanın törədilməsi onun izahatı, icra məmurunun ifadəsi, «inzibati xəta haqqında» protokolla və işdə olan digər sənədlərlə tam təsdiq olunur. Məhkəmə iclası zamanı müəyyən olunmuşdur ki, inzibati xəta törətmiş Şəxs məhkəmə qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərini yerinə yetirməmiş, məhkəmə qətnaməsini üzrsüz səbəbdən icra etməmiş və bununla da o, İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Ona görə də onun barəsində həmin maddənin sanksiyası həddində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Belə ki, İXM-in 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati xəta törətmiş Şəxs qarşı inzibati tənbeh tətbiq edilərkən inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə məhkəmə, inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini nəzərə alaraq inzibati xəta törətmiş şəxs Şəxs barəsində inzibati həbs növündə inzibati tənbehin tətbiq edilməsini mümkün hesab edir. Qeyd olunanlara əsasən İXM-nin 40, 43, 53, 115 və 198-130-cu maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 20 (iyirmi gün) müddətinə inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. Həbsetmənin əvvəli xx.xx.2025-ci il tarixdən saat 19:00-dan hesablansın. Qərar dərhal icra olunsun. Qərarın icrası Lənkəran Şəhər-Rayon Polis Şöbəsinə həvalə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Şirvan Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Elvin Ələsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar