Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-673/2024 10.07.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ X4 Əhmədağa oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədov Tural Məhərrəm oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs və onun vəkili Vəkil və inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan – Lənkəran Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 iştirakı ilə, xx.xx.1978-ci il tarixdə Lənkəran rayonu Şağlaküçə kəndində doğulmuş, deməsinə görə evli və iki yetkinlik yaşına çatmayan uşağı olan, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, Lənkəran rayonu Şağlaküçə kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Lənkəran Rayon İcra və Probasiya Şöbəsin tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-nin) 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola Lənkəran Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Əliyev X1 Rayon Məhkəməsinin 2(049)-870/2021 saylı, 09 avqust 2021-ci il tarixli qətnaməsinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Elvin Babayev tərəfindən Şəxs barəsində İXM-nin 528.1-ci maddəsi ilə 10 iyul 2024cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında bildirmişdir ki, o protokolla razılaşmır. Belə ki, icra məmurlarına özü deyil, onun anası maneə yaratmış, səs küyə hadisə yerinə gəldikdə anasının tərəfini tutmuşdur. Əslində həmin ərazi anasına məxsusdur bə buna görə də məhkəmənin qətnaməsini qanunsuz hesab edir. O, həmin qətnamə çıxarıldığı zaman o, Rusiya Federasiyasında olmuşdur. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs bildirmişdir ki, Şəxs şikayətçidir, məhkəmə qətnaməsi ilə torpaq sahəsindən istifadə ilə əlaqədar törədilən maneələr Şəxs tərəfindən aradan qaldırılmayıb və onun qanunsuz hərəkətlərinə son qoyulmamışdı. Buna görə də onun barəsində qanunauyğun cəza verilməsini xahiş edir. Məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxsin vəkili Vəkil Zərərçəkmiş şəxs izahatına uyğun izahat verdi. Məhkəmə iclasında dindirilmiş Lənkəran Rayon İcra Şöbəsinin icra X3 bildirmişdir ki, Əliyev X1 Rayon 2(049)-870/2021 saylı, 14 09 avqust 2021-ci il tarixli icra sənədi icra etməkdən yayınır. İcra sənədinin icrası ilə əlaqədar borclu Şəxs dəfələrlə xəbərdarlıq edilsə də, o müxtəlif bəhanələr gətirməklə məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş və icra sənədini üzürsüz səbəbdən icra etməmişdir. Həmin qərarın icrasına onun anası da mane olmuşdur. İnzibati xəta haqqında iş üzrə icraat materiallarından görünür ki: Lənkəran Rayon Məhkəməsinin 2(049)-870/2021 saylı, 09 avqust 2021-ci il tarixli icra sənədindən görünür ki, cavabdeh Şəxs iddiaçı Zərərçəkmiş şəxs mülkiyyətində olan Lənkəran rayonu, Şağlaküçə kəndində yerləşən 0.14586 ha torpaq sahəsinin qanunsuz olaraq zəbt edilmiş 0.014 ha hissəsindən (0.0092 ha yol kimi) çıxarılmalıdır. Həmin torpaq sahəsindən istifadə ilə əlaqədar iddiaçıya cavabdeh tərəfindən törədilən maneələr aradan qaldırılması və cavabdehin qanunsuz hərəkətlərinə son qoyulması qərara alınmışdır. İddia qalan hissədə təmin edilməmişdir. Cavabdeh Şəxs 10 manat dövlət rüsumu tutularaq iddiaçı Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. İcraata başlamaq haqqında qərardan görünür ki, Lənkəran Rayon Məhkəməsinin 2(049)-870/2021 saylı, 09 avqust 2021-ci il tarixli tərəfindən verilmiş icra sənədi üzrə icraata başlanılmışdır. Tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, icraata başlamaq haqqında qərarın surəti Şəxs göndərilmiş, ona məhkəmə qətnaməsinin icra edilməməsinə görə məsuliyyəti izah olunmuşdur. Mərkəzləşdirilmiş informasiya sistemindən Çıxarışdan və izahatından görünür ki, Şəxs heç bir növ əmək pensiyası və sosial müavinət almır. Məhkəmə hesab edir ki, Şəxs tərəfindən inzibati xətanın törədilməsi onun izahatı, zərərçəkmişin izahatı, icra məmurunun ifadəsi, «inzibati xəta haqqında» protokolla və işdə olan digər sənədlərlə tam təsdiq olunur. Məhkəmə iclası zamanı müəyyən olunmuşdur ki, inzibati xəta törətmiş Şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin qanunsuz olduğunu bildirərək onu üzrsüz səbəbdən icra etməmiş, məhkəmə qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərini yerinə yetirməmiş və bununla da o, İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Ona görə də onun barəsində həmin maddənin sanksiyası həddində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyası partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati xəta törətmiş Şəxs qarşı inzibati tənbeh tətbiq edilərkən inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə məhkəmə, inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini nəzərə alaraq inzibati xəta törətmiş şəxs Şəxs barəsində inzibati həbs növündə inzibati tənbehin tətbiq edilməsini mümkün hesab edir. Qeyd olunanlara əsasən İXM-nin 40, 43, 53, 115 və 198-130-cu maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 08 (səkkiz) gün müddətinə inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. Həbsetmənin əvvəli «10» iyul 2024-cü il tarixdən saat 18:55-dən hesablansın. Qərar dərhal icra olunsun. Qərarın icrası Lənkəran Şəhər-Rayon Polis Şöbəsinə həvalə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində bilavasitə və ya Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Muradağa Qasımov
Məhkəmə qərarları › İş №3(049)-673/2024
Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-673/2024
10.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver