Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-674/2024 11.07.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Pənahov Anar Elman oğlunun sədrliyi, məhkəmə iclas katibi Şabanov Vidadi Fərman oğlunun katibliyi, barəsində inzabati xəta haqqında icraat aparılan şəxs Şəxs inzibati xəta haqqında protokol tərtib etmiş orqan - Lənkəran Şəhər Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis baş leytenantı X1 iştirakı ilə, xx xxxxxx 2005-ci il tarixdə ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə baxaraq, məhkəmə müəyyən etdi : Lənkəran Şəhər Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis baş leytenantı X1 tərtib etdiyi 11 iyul 2024-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolun məzmunundan, habelə inzibati xəta haqqında iş üzrə toplanmış digər materiallarda qeyd edilmişdir ki, Şəxs 10 iyul 2024-cü il tarixdə saat 18 radələrində Lənkəran Şəhər Rayon Polis Şöbəsinin inzibati binasında uca səslə səs-küy salmış, polis əməkdaşları ona bu barədə irad bildirsələr də onların qanuni tələblərinə əməl etməyərək, öz hərəkətlərini davam etdirmişdir. Bu əməlləri ilə o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xəta əməllərini törətmişdir. Lənkəran Şəhər Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis leytenantı X2 məhkəmə iclasında iştirak edib, protokolun məzmununa uyğun izahat verərək, əlavə olaraq qeyd etdi ki, inzibati xəta haqında icraat onun tərəfindən Lənkəran ŞRPŞ-nin TBnin təqhiqatçısı, polis mayoru Vurəun Məmmədovun xx.xx.2024-cü il tarixdə şöbə əisinə ünvanladğı raport əsasında başlamışdır. Belə ki, Şəxs xx.xx.2024-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqadar izahatı alınmaqdan ötrü polis şöbəsinə çağırılmışdır. O, polis şöbəsində olarkən ucadan danışaraq səs-küy salmışdır. Polis əməkdaşları tərəfindən ona bu barədə irad bildirilsə də o, sakitləşməmişdir. Hadisə yerində həmin ərazidə video müçahidə kamerası yoxdur. Həmçinin baş vermiş hadisəni məhkəmə iclasında təsdiq edəcək şahi də yoxdur. O, özü də hadisəni şəxsən görməmişdir. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510, 535.1-ci maddələrinin sanksiyası həddində cərimə cəzası ilə cəzalandırılmasını məhkəmədən xahiş etdi. Barəsində inzabati xəta haqqında icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahatında bildirdi ki, protokolda qeyd edilən inzibati xəta əməlini törətməkdə özünü qismən təqsirli bilmir. Belə ki, o, 10 iyul 2024-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqadar Lənkəran Şəhər Rayon Polis Şöbəsinə çağırılmışdır. Polis şöbəsinə o, təhqiqatçı Vurğun Məmmədov tərəfindən çağırılmışdır. Baş vermiş hadisədən heyfislənərək özündən asılı olmayaraq yüksək səslə özü özünə deyinməyə başlamışdır. Polis təhqiqatçısı Vurğun Məmmədov ona yaxınlaşaraq sakitləşməsini ona bildirdikdə dərhal sakitləşmişdir. Digər polis əməkdaşları tərəfindən ona heç bir irad və qanuni tələblər bildirilməmişdir. Etdiyi əməldən çox peşmandır. Məhkəmədən hazırki inzibati iş üzrə xitam verilməsini xahiş etdi. İş materlallarına əlavə edilmiş Lənkəran ŞRPŞ-nin TB-nin təhqiqatçısı, polis kapitanı Vurğun Məmmədov tərəfindən ərtib edilmiş Lənkəran ŞRPŞ-nin rəisinə ünvanlanmış raportda qeyd edilmişdir ki, Şəxs icraatında olan HK-1-2013 saylı materialın araşdırılması zərurəti ilə əlaqədar izahatının alınması üçün Lənkəran ŞRPŞ-nə dəvət etmişdir. Elşən İbrahimov xidməti otağına daxil olarkən səbəbsiz yerə uca səslə qışqırmağa, nalayiq ifadə işlətməyə başlamışdır, onu sakitləşməyə dəvət etsə də o, əməllərinə davam etdirmiş, şöbənin iş fəaliyyətini pozaraq əməkdaşların və şöbədə olan vətəndaşların haqlı narazılığına səbəb olmuş, barəsində rəhbərliyə müraciət edəcəyini bildirsə də o əməllərini davam etdirmişdir. İnzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, həmçinin inzibati xata haqqında protokolu tərtib edən orqanın nümayəndəsinin, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin və zərərçəkmiş şəxsin izahatlarını dinləyərək məhkəmə belə qənaətə gəlir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcuddur. Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi aşağıdakı məzmundadır: “Xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə – əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur.». Ona görə də o, həmin maddə ilə təqsirli bilinərək, məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən «Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır». Barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin etdiyi əməldən peşmançılıq bildirməsini iş üzrə məsuliyyəti yüngülləşdirən hal kimi qiymətləndirilir. İş üzrə məsuliyyəti ağırlaşdıran hal müəyyən edilməmişdir. Bu səbəbdən Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə təqsirli bilinməli və ona həmin maddənin sanksiyası çərçivəsində cərimə tənbehi tətbiq olunmalıdır və o, tutulmadan azad edilməlidir. İş materiallarına əlavə edilmiş “inzibati qaydada tutma haqqında” protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 23:55-də inzibati qaydada tutulmuşdur. İXM-nin 31.4-1 maddəsinə əsasən, İnzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi aşağıdakı məzmundadır: «Polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə – fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur». İXM-nin 535.1-ci maddəsinin dispozisiyasından görünür ki, həmin maddə məhz ictimai qaydanın mühafizə vəzifələrini icra edən polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələblərinə qəsdən tabe olmamağa görə məsuliyyət müəyyən edir. Yəni hər bir halda təqsirkarın qanunazidd hərəkətləri ictimai qaydanın pozulmasına, müvafiq vəzifəli şəxsin hərəkətləri isə bu pozuntunun qarşısının alınmasına yönəlməlidir. Əks təqdirdə İXM-nin 535.1-ci maddəsinin tərkibi obyektiv cəhətdən mövcud ola bilməz. İctimai qayda dedikdə isə cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İşin faktiki hallarından görünür ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İXM-nin 535.1-ci maddəsində qeyd edilən əməli törətməsini məhkəmə iclasında etiraf etməmişdir. Belə ki, inzibati xəta haqqında protokolu tərtib edən orqan tərəfindən məhkəməyə sözügedən inzibati xəta hadisəsini video və ya audioyazısını özündə əks etdirən heç bir sübut və şahid təqdim edilə bilməmişdir. Belə olan halda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin obyektiv cəhətdən tərkibinin mövcud olmasından söhbət gedə bilməz. Azərbaycan Respublikası İXM-nin 53.0.2-ci maddəsinə əsasən «inzibati xəta tərkibi olmadıqda» inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, “Bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir”. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 115, 117, 128 – 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 75 (yetmiş beş) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq olunsun və o, dərhal tutmadan azad edilsin. Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə başlanmış iş üzrə icraata xitam verilsin. Qərarın icrası tutmadan azad edilmə hissəsində Lənkəran Şəhər Rayon Polis Şöbəsinə, cərimə növündə tənbehin icrası hissəsində isə Lənkəran rayon İcra və probasiya şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Anar Pənahov
Məhkəmə qərarları › İş №3(049)-674/2024
Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-674/2024
11.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver